Previous Next
Bağla

Ekspert ASAN xidmət indeksi üzrə Reytinq Cədvəlinin nəticələrindən danışdı

28-01-2019 18:52
Ekspert ASAN xidmət indeksi üzrə Reytinq Cədvəlinin nəticələrindən danışdı

Ötən ilin sonunda VXSİ Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə 2018-ci il qiymətləndirmə nəticələrinə dair hesabatının ilkin nəticələrini açıqlamışdı. Hazırda bu hesabat əsasında hazrlanan Reytinq Cədvəli də açıqlanıb.

“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  Xeberler.az-a açıqlamasında nəticələri analiz etdikdə xeyli maraqlı məqamların üzə çıxdığını vurğulayıb:

"Məlumdur ki, bu qiymətləndrimə Prezidentin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına əsasən həyata keçirilir. Qiymətləndirmə prosesində qurumların özləri və bəlli bir meodika əsasında Dövlət Agentliyi iştirak edir. Vətəndaşların münasibət bildriməsi üçün də imkanlar yaradılıb. Dövlət Agentliyi ötən il 30 mərkəzi icra hakimiyyəti orqanının 353 xidmətini, Bakı şəhərində fəaliyyət göstərən 13 yerli icra hakimiyyəti orqanının 234 xidmətini və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 47 xidmətini qiymətləndirib. Xidmətlər çoxsaylı parametrlər üzrə qiymətləndirilir və yekunda 5 ulduz sistemi əsasında Reytinq Cədvəli müəyyən olunur. Sonuncu qiymtləndirmənin nəticələrinə görə ötən ildə olduğu kimi cari ildə də 5 ulduz qazanan yoxdur. Cəmi 1 qurum , Dövlət Miqarsiya Xidməti 4 ulduz qazanaraq 1-ci yeri , Vergilər Nazilriyi və Statistika Komitəsi 3 ulduzla 2 və 3-cü yerləri bölüşdürüblər.  Qalan 25 Nazilrik isə 2 və 1 ulduzla xeyli zəif nəicələr göstəriblər. Bu o deməkdir ki, xidmətlərin göstərilməsində keyfiyyətt ən aşağı səviyyədədir. Rayon icra hakimiyyətləri arasında isə yalnız 3 qurum, Binəqədi, Suraxanı və Pirallahı İcra Haikimiyyətləri 2 ulduz qazanaraq ilk yerləri tutublar.

Qiymətləndirmə metedologiyasının hazırlanmasında ADA və həmçinin Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura olaraq biz də iştirak etmişik və təkliflər vermişdik. Sənəd kifayət qədər təkmildir . ASAN-nın qiymətləndirmə peşəkarlığına da əminəm. Belə olan halda maraqlı məqam, Reytinq Cədvəlində sonuncu yerləri tutanlardan daha çox, böyük resurslara malik olan, e-xidmət sahəsinə uzun illər xeyli vəsaitlər xərcləyən dövlət qurumlarının zəif nəticələr göstərməsidir. Məsələn, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərsu, Azərişıq və Azəriqaz kimi qurumların göstərdiyi xidmətlərin cəmi 1 ulduz qiymət alması, ciddi resurslara malik olmayan qurumlarla bir sırada olması sadəcə anlaşılmaz və biabırçılıqdır. Çünki , elə Nazirliklər var ki onların resursları və imkanları, kadrları yetərli deyil və nəticələri də indiki məqamda anlaşılandır.  Amma sadaladığım qurumlardakı imkanlar, kadrlar və indiyədək yatırılan resurslar baxımından xidmətlərin keyfiyyət səviyyəsinin hədsiz aşağı səviyyədə olması normal bir hal deyil.  Düşünürəm ki PA-nın eGov quruculuğu ilə bağlı şöbəsi, VXSİ Dövlət Agentliyi və EHİM bu nəticələrin fərqində olmalıdırlar."

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xidmət səviyyəsinə görə sıfır bal toplayan dövlət qurumları var-ŞƏRH

10-02-2023

Osman Gündüz: Dövlət qurumları necə xidmət göstərirlər?

03-02-2022

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

20-02-2024

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

07-02-2023

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

28-11-2019

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

24-02-2025

Dövlət qurumlarının rəsmi internet resurslarının İnformasiya açıqlığı üzrə monitorinqi davam edir

17-09-2013

Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti araşdırılır

27-04-2015

Dövlət xidmətlərinin keyfiyyəti necədir?-Foto

21-09-2017

ƏƏSMN “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 1-ci yeri tutdu

24-02-2025

Dövlət qurumlarının saytlarının şəffaflıq faizi açıqlandı

06-08-2015

Multimedia Mərkəzi dövlət qurumlarını monitorinq edəcək

19-03-2015

Dövlət qurumlarının rəsmi internet resurslarının informasiya açıqlığı üzrə monitorinqinə başlanır

22-07-2013

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021

Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib.

04-03-2014

Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib.

04-03-2014

Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

22-05-2020

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

23-02-2026

Hansı qurumlar informasiya açıqlığına görə fəaldır?-Siyahı

25-10-2016

Hansı dövlət qurumun xidməti keyfiyyətlidir?-Siyahı

21-09-2017

Dövlət qurumlarının informasiya açıqlığı üzrə monitorinqi davam edir

23-10-2013

AzMİU “QS Stars” reytinq sistemində 5 ulduz qazanıb

02-05-2025

Sabah Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

24-05-2016

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

16-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə