Previous Next
Bağla

ASAN 2.0-ın üstünlükləri

13-11-2018 17:05
ASAN 2.0-ın üstünlükləri

Dünən Bakıda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin inzibati binasının - “ASAN 2.0”ın açılışı olub.

Ümumiyyətlə "ASAN 2.0"ın konsepsiyası nədən ibarətdir?

Əvvələr vətəndaşlar “ASAN xidmət” mərkəzlərində hansısa xidmətdən istifadə etmək üçün mərkəzə 2 dəfə müraciət edirdilər. Birinci dəfə öz müraciətlərini vermək üçün, ikinci dəfə isə sənədlərini götürmək üçün mərkəzlərə gəlirdilər. İndi bu konsepsiyaya əsasən vətəndaşlar elektron sistemdən istifadə edəcəklər. Onlar öz şəxsi kabinetləri və portal vasitəsi ilə müraciət edəcəklər və yalnız sənədlərini götürmək üçün “ASAN xidmət” mərkəzlərinə yaxınlaşacaqlar. Bu həm vətəndaşların vaxt itkisini, həm də xərclərinin qarşısını alacaq. Sistemin digər dövlət orqanlarının sistemləri ilə əlaqələndirilməsi isə vətəndaşların xidmətlərə müraciət zamanı təqdim etdikləri sənədlərin sayını əhəmiyyətlə dərəcədə azaldacaq.

Xeberler.az  bildirir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də məsələyə münasibət bildirib: 

“Əminəm ki, haqqında xeyli əvvəllərdən söhbət gedən “ASAN 2.0” bu mərkəzdən uğurla gerçəkləşəcək".

Mərkəzin açılışı ilə bağlı olaraq “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov yerli mətbuata müsahibəsində vurğulayıb ki, mərkəz ölkədə elektron hökumət sahəsində siyasətin icrasını həyata keçirir:

"Mərkəzin binasında vətəndaşa birbaşa xidmət olmayacaq, vətəndaşlar xidməti E-gov.az portalı vasitəsilə alacaqlar. Mərkəz həftənin 7 günü, günün 24 saatı fasiləsiz olaraq vətəndaşlara xidmət göstərəcək".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sabah ASAN xidmət mərkəzləri işləməyəcək

19-01-2017

ASAN xidmət mərkəzlərində 2 gün iş olmayacaq

05-07-2016

"ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq

07-03-2026

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

ASAN xidmət mərkəzləri 1 gün işləməyəcək

24-09-2016

ASAN xidmət mərkəzlərinə daxil olan müraciətlərin sayı açıqlanıb

05-01-2017

ASAN xidmət mərkəzləri 4 gün işləməyəcək

29-12-2016

ASAN xidmət mərkəzləri sabah işləməyəcək

08-11-2016

“ASAN xidmət” və “ASAN kommunal”ın bayram günlərində iş qrafiki açıqlanıb

28-12-2024

"myGov"portalının funksiyaları artırılacaq

15-11-2022

"ASAN xidmət" mərkəzləri noyabrın 8 və 9-da işləməyəcək

07-11-2025

ASAN xidmət və ASAN Kommunal sabah işləməyəcək

08-05-2017

Prezident İlham Əliyev Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

12-11-2018

ASAN xidmət-də 5 gün iş olmayacaq

30-12-2015

Bərdə ASAN xidmət mərkəzi daha iki rayonun sakinlərinə xidmət göstərəcək

16-02-2016

ASAN xidmət mərkəzləri xüsusi iş rejimində fəaliyyət göstərəcək

14-03-2020

ASAN xidmət mərkəzləri 1 gün işləməyəcək

07-11-2017

Elektron Hökumətin İnkişafı Mərkəzinə rəhbər təyin edildi

01-05-2018

ASAN xidmət mərkəzləri 3 gün işləməyəcək

30-08-2017

Sabah ASAN xidmət mərkəzləri işləməyəcək

10-04-2018

“ASAN müraciət” informasiya sisteminin operatoru dəyişib

03-06-2023

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018

9 noyabr ASAN xidmət və ASAN Kommunal mərkəzlərində qeyri - iş günüdür

08-11-2018

ASAN xidmət bir gün işləməyəcək

06-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə