Previous Next
Bağla

Özəl zərflə məktub göndərə bilməzsiniz- Problem

10-07-2015 17:51
Özəl zərflə məktub göndərə bilməzsiniz- Problem

Son günlər vətəndaşlar  Azərpoçt  MMC-nin  xidmətindən  narazılıqlarını bildirir.

Vətəndaşlar qeyd edir ki, onlar sadə və sifarişli məktublarda müxtəlif növ yazılı məlumat, iş kağızları, fotoşəkillər, bədii açıqcalar, sxemlər və başqa oxşar çap məhsullarını  özləri aldığı zərflərdə Azərpoçt-dan göndərə bilmirlər.

Qeyd edilir ki, istifadəçilər mütləq Azərpoçt-a məxsus  möhürlü zərfləri almalıdırlar. Müxtəlif bəhanələrlə vətəndaşların zərfləri qəbul edilmir və məcbur edilir ki, yalnız Azərpoçta məxsuz zərfləri ödəniş edib almalıdırlar.

Xeberler.az olaraq, məsələni araşdırmaq üçün Azərpoçtun 1 saylı filialının 7 saylı  Poçt Şöbəsinə yollandıq.

Özümüz aldığımız adi zərf vasitəsi ilə məktubu göndərməyə çalışdıq. Lakin zərfi qəbul etmədilər və bizə məlumat verildi ki, mütləq Azərpoçt-a məxsus zərfləri almalıyıq.

Öyrəndik ki, sadə formada göndəriləcək zərfin qiyməti 60-70 qəpikdir, sifarişli məktubların qiyməti isə 1 manatdan yuxarıdır.

Yəni, bu o deməkdir ki , hər hansı bir təşkilat və ya şirkət öz loqosu olan zərflə qeyd olunan ödənişi etsə də Azərpoçt vasitəsilə məktubu göndərə bilməz. Mütləq tələb olunur ki, Azərpoçta məxsus və markası qabaqcadan üstlərinə yapışdırılan zərflərdən istifadə olunmalıdır.

Xeberler.az problemlə bağlı RYTN-nin  poçt sektorunun müdiri Novruz Məmmədovla əlaqə saxlayıb.

Məsələyə aydınlıq gətirən şöbə müdiri bildirib ki, istənilən halda vətəndaş zərf və marka üçün  ödəniş etməlidir:

“Markalar sifarişə uyğun olaraq müxtəlif qiymətdə satılır. Zərfə məktubun göndəriş  dəyərinə uyğun marka yapışdırlır”.

Novruz Məmmədov qeyd edib ki, müştəri bu xidmətdən istifadə edərkən heç nə itirmir. O hesab edir ki, Azərpoçt əslində bu xidməti ilə onların işini asanlaşdırır və məktubların göndərilməsinə nəzarət edə bilir. Onun sözlərinə görə, vətəndaşın fərdi şəkildə hazırlayacağı zərfin qiyməti ilə Azərpoçt-un təklif etdiyi qiymətdə elə də böyük  fərq yoxdur. 

Novruz Məmmədovun sözlərinə görə, vətəndaş 3-5 məktubla markası olduğu halda poçtla müraciət edirsə, poçt işçilərinin onları  Azərpoçt-un zərfindən istifadəyə məcbur etməsi doğru deyil. Biz qarşılaşdığımız problemi də qeyd etdik ki,  bir məktubla yaxınlaşmışdıq, buna baxmayaraq bizə poçtun zərfini almaq təklif olundu.

Novruz Məmmədov bunu qanunsuz hesab edib.

Mövzuya qayıdacağıq.

 

Məltəm Talıbzadə

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərpoçt ötən il 10 mln.a yaxın məktubu ünvanına çatdırıb

30-01-2019

Azərpoçt”MMC-nin müştəriləri hədəfə alınıb

14-12-2023

Azərbaycan markası “WOPA+”da ilin ötən ən yaxşı markası kimi paylaşılıb

14-01-2026

"Azərpoçt"da yeni şöbə yaradılıb

22-09-2021

Türkiyənin ən sərfəli pul köçürmələri “Azərpoçt”da

21-04-2021

Azərpoçt və Bakcell yeni layihəyə başlayıb

17-08-2015

Azərpoçt-un şöbəsinin maliyyə xidməti göstərmək icazəsi ləğv edilib

06-04-2017

"Azərpoçt" bayram günlərində 30 mindən çox məktub çatdırıb

29-03-2022

Ötən həftə nə ilə yadda qaldı?

13-07-2015

“Azərpoçt” vətəndaşlara müraciət edib

17-10-2023

Azərpoçt messencerlər üzərindən pulköçürmə xidmətini istifadəyə verəcək

30-05-2019

"Azərpoçt" MMC adından göndərilən saxta mesajların sayı artıb

25-01-2024

Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

13-12-2023

Azərpoçt-un “sms xəbərdarlıq” xidməti pulsuz olub

22-05-2018

Paytaxtda yeni poçt şöbəsi istifadəyə verilib

19-03-2019

“Azərmarka” MMC “Azərpoçt” MMC-yə birləşdirilir

23-07-2021

"Azərpoçt"un sədri vətəndaşlara müraciət edib

02-08-2023

Ulu Öndərə həsr olunmuş növbəti poçt markası dövriyyəyə buraxılıb

13-12-2023

"ABA"nın 35 illiyi ilə bağlı poçt markası buraxılıb

25-06-2025

Azərpoçt 2 poçt şöbəsini yenidənqurmadan sonra istifadəyə verdi

06-02-2019

RİNN “İnnovativ könüllü” proqramına start verir

13-06-2022

"Azərpoçt"un adından saxta mesajlar yayılır

17-09-2025

Azərpoçt bu xidmətləri ödənişsiz həyata keçirəcək

05-04-2019

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 3 il ötür

10-02-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə