Previous Next
Bağla

Osman Gündüz: Nə üçün bizim startaplar investisiya ala bilmir?

02-08-2021 15:44
Osman Gündüz: Nə üçün bizim startaplar investisiya ala bilmir?
"Bir neçə gün öncə qonşu ölkələrin startaplarının son bir ildə yüz milyonlarla xarici investisiya cəlb etməsindən yazmışdım.
 
Ümumiyyətlə, qonşu ölkələrin bir çoxunun təcrübəsinə nəzər salanda görmək olar ki, onlar qanunvericiliyə çevik yanaşma ilə, investisiya mühitini yaxşılaşdırmaqla xaricdən daha asan vəsait cəlb edə bilirlər.
 
Bu sahədə vençur maliyyələşmə və vençur fondlar mühüm rol oynayır. İnvestisiya yatırmaq istəyənlər üçün dövlətin bu sahəni tənzimləməsi, risklərin nəzərə alınması çox vacibdir. Uzun illərdir ki, bizdə bu sahə ilə bağlı qanunvericilik yoxdur.
 
Bir-iki il öncə guya NRYTN-in İnnovasiya Agentliyinin bu qanunu hazırlaması ilə bağlı açıqlamalar verildi. Amma sonradan həm qanun unuduldu, həm də elə bunu hazırlamalı olan Agentliyin özü də "yoxa" çıxdı. Hazırda qurumun fəaliyyəti gözə dəymir. Startap tədbirlərində də iştirak etmir. Digər səlahiyyətli qurumlar, VXSI Dövlət Agentliyi və KOBİA da vençurla bağlı heç bir addım atmırlar.
 
Bəs qanun layihəsini kim və necə hazırlamalıdır?
 
Qonşu ölkələrin təcrübəsinə baxanda görmək olur ki, bəzi ölkələr daha çevik olması üçün nəinki yeni qanun hazırlayıblar, əksinə mövcud olan qanunvericiliyə vençur maliyyələşmə ilə bağlı cəmi bir neçə müddəa daxil ediblər.
 
Diqqət yetirdikdə götmək olar ki, bu yeni hüquqi sənədlərdə vençurla bağlı təxminən 10 maddə daxil ediblər. Əlavə də bir neçə tənzimləyici alt sənədlər hazırlayıblar.
 
İndi təsəvvür edin ki, cəmi 10 maddədən ibarət olan qanun layihəsinin hazırlanması üçün biz on illərdi ki gözləyirik. Hansı ki, bu mexanizmlər ölkədə investisiya mühitini xeyli canlandıra bilərdi, xeyli xarici investisiya cəlb oluna bilərdi.
 
Düşünürəm ki, ekosistemə cavabdeh olan NRYTN, ASAN və KOBİA vençur maliyyələşmə ilə bağlı tez bir zamanda bir araya gəlməlidir.
 
Fikrimcə yeni qanuna da ehtiyac yoxdur, beynəlxalq təcrübəni əsas götürərək elə İnvestisiya Fondları haqqında qanuna əlavələr etməklə bu məsələni tez bir zamanda həll etmək olardı".
 
Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

22-09-2025

Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

14-04-2022

Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

22-08-2025

10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

28-11-2022

Region ölkələrində startapların inkişafına dəstək hansı vəziyyətdədir?

16-03-2024

Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

21-06-2024

Yeni yaradılan şirkətlərə 1,1 milyard dollar investisiya yatırılıb

28-10-2015

Vençur fondların inkişafı nə üçün ləngiyir?

09-09-2015

Azərbaycanda yeni investisiya alətləri yaradılacaq

26-10-2023

Ekspert: Startap Meyarlarının təsdiqlənməsi nəyi dəyişəcək?

11-02-2021

Adi vətəndaş vençur fonduna yatırım edə bilərmi? Osman Gündüz

27-10-2025

İRİA nə zaman ötən ilin hesabatını verəcək?

13-02-2024

Nazir açıqladı-Startaplarla bağlı əhəmiyyətli yeniliklər olacaq

29-11-2022

Vençur maliyyələşmə haqqında qanun layihəsi yenidən gündəmdədir - Ekspert

24-07-2025

Mobil operatorlar yeniliyə yox, qazanca fokuslanıb – 5G bizdən yan keçir - Ekspert

11-06-2025

Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

29-09-2025

Ağıllı şəhər və kənd" layihələrini kim icra edəcək? – RƏY

10-02-2021

Ekspert: Startap şəhadətnamələri və ekosistemin hazırki vəziyyəti necədir?

11-09-2021

"Vençur maliyyələşməsi ilə bağlı qanunvericilikdə hər hansı bənd yoxdur"

29-11-2022

NRYTN tabeliyindəki İnnovasiyalar Agentliyi ləğv edilə bilərmi?

17-05-2019

Ekspert açıq məlumat bazasından danışdı

19-06-2019

Ekspert: İnnovasiyalar Agentliyi böhrandan nə vaxt çıxa biləcək?

20-02-2021

"Teknofest" və sektordakı problemlər

24-05-2022

Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

31-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə