Previous Next
Bağla

Ekspert: DİM dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır

24-02-2022 09:55
Ekspert: DİM dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır
"DİM yenə də sual kitabçalarını imtahandan sonra iştirakçılara vermir. Bu dəfə də magistratura imtahanından sonra sual kitabçaları DİM-ə təhvil verilib. Halbuki iştirakçı bu xidməti almaq üçün yetərincə böyük məbləğ, 50 manat ödəyir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, DİM imtahan kitabçasının verilməməsini böyük vəsait xərcləməsi, testlərin təşkilatın intellektual mülkiyyəti olması və başqa imtahanda da istifadə ediləcəyi ilə izah edir.
 
"Düşünürəm ki, bu cür yanaşma, bu formada izahat çox qüsurludur və ağlabatan deyil.
 
Hər bir testin müəllifi müəllimdir-onu hazırlayandır və DİM sadəcə onu dövlət resursu hesabına əldə edir, bu testlərin yalnız kommersiya hüququ DİM-dədir. Dövlətə məxsus olduğundan istifadədən sonra açıq olmalıdır".
 
Osman Gündüz bildirib ki, eyni zamanda DİM imtahanlarda əvvəlki illərdə formalaşan bazadan da yetərincə suallar istifadə edir, hansı ki, onun da xərcləri əvvəldən ödənilib və əvəzində DİM ondan pul qazanıb.
 
"Uzun illər dövlət resursları hesabına formalaşan test bankı DİM-ə imkan verir ki, imtahanları daha az xərclərlə təşkil etsin.
 
Odur ki, ya gərək DİM hər bir imtahan iştirakçısı üçün çəkilən xərci ağlabatan formada izah etsin, ya da sual kitabçalarını iştirakçılara versin. Adi hesablamalar göstərir ki, DİM-in test bankını formalaşdırmağa və onun emalına çəkdiyi xərclər ilə 50 manatdan olmaqla kütləvi yığımlardan toplanan vəsaitlər arasında kəskin fərq var.
 
Əlbəttə, DİM publik hüquqi şəxsdir. Pul qazana bilər. Amma kommersiya maraqları hər şeyi üstələməli deyil".
 
Ekspert düşünür ki, hökumət, DİM indiki durumda təhsili ön plana çəkməli, daha çox iddiaçının imtahan verməsi üçün imkanlar yaratmalıdır.
 
"Sual kitabçaları əsasında iştirakçılar sonradan daha effektiv hazırlaşa, bilikləri paylaşa, appelyasiya müraciətləri edə bilər.
 
Əgər DİM normal test bazası formalaşdıra bilmirsə onda pulu tələbədən, şagirddən deyil hökumətdən istəməlidir.
 
DİM-in peşəkar komandası, çoxsaylı ekspert qrupu, şəffaf iş prinsipləri və texnoloji imkanları var. Datanı, test bankını genişləndirmək və yeniləmək DİM üçün problem olmamalıdır".
 
Osman Gündüz qeyd edib ki, DİM son zamanlar dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır və buradan da böyük vəsaitlər əldə edir.
 
"Artıq DİM-ə yaxın qurumlar DİM-in datasından istifadə edərək böyük bir biznes də qurublar. DİM bu datalardan bütün maraqlı tərəflərin bərabər əsaslarla istifadəsi üçün şərait yaratsa, düşünürəm ki, daha böyük vəsait əldə edə bilər.
 
Beləliklə, indiki halda, DİM-in sual kitabçalarını iştirakçılara qaytarmaması məntiqsiz və qanunsuzdur, bununla bağlı DİM-in izahatı ağlabatan deyil. 50 manat xidmət haqqı ödəyərək imtahan verən iştirakçı sual kitabçasını da özü ilə götürə bilər".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

23-04-2021
İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019
Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

13-04-2022
DİM: Elektron xidmətlərdən istifadə sayı 11 milyonu ötüb

DİM: Elektron xidmətlərdən istifadə sayı 11 milyonu ötüb

19-09-2024
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

30-10-2023
DİM növbəti dəfə elektron sınaq imtahanı keçirəcək

DİM növbəti dəfə elektron sınaq imtahanı keçirəcək

08-01-2018
Dövlət qulluğuna müsabiqənin test imtahanı mərhələsində elektron sınaq imtahanları keçiriləcək

Dövlət qulluğuna müsabiqənin test imtahanı mərhələsində elektron sınaq imtahanları keçiriləcək

26-11-2018
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə

21-11-2017
DİM onlayn sınaq imtahanları keçirəcək

DİM onlayn sınaq imtahanları keçirəcək

30-04-2018
İmtahana buraxılış vərəqini necə çap etmək lazımdır?

İmtahana buraxılış vərəqini necə çap etmək lazımdır?

04-04-2017
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

01-10-2024
Dövlət qulluğuna hazırlaşanların nəzərinə

Dövlət qulluğuna hazırlaşanların nəzərinə

29-09-2017
DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

15-01-2025
Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024
DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

20-08-2019
Rəqəmsal SAT imtahanı keçiriləcək

Rəqəmsal SAT imtahanı keçiriləcək

07-03-2023
Magistraturaya sənəd qəbulu başa çatır

Magistraturaya sənəd qəbulu başa çatır

26-01-2026
Bu gün rəqəmsal SAT imtahanı keçiriləcək

Bu gün rəqəmsal SAT imtahanı keçiriləcək

08-03-2025
SAT imtahanına qeydiyyat davam edir

SAT imtahanına qeydiyyat davam edir

19-05-2025
DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019
Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

13-04-2017
596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

17-08-2018
Martın 8-də rəqəmsal SAT imtahanı keçiriləcək

Martın 8-də rəqəmsal SAT imtahanı keçiriləcək

05-03-2025
DİM-də rəqəmsal SAT imtahanı keçirilir

DİM-də rəqəmsal SAT imtahanı keçirilir

03-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə