Previous Next
Bağla

Ekspert: Hökumət Təhsil Nazirliyini pandemiya ilə təkbətək buraxmamalıydı

09-03-2021 11:58
Ekspert: Hökumət Təhsil Nazirliyini pandemiya ilə təkbətək buraxmamalıydı

"Beləliklə hökumət qərar verdi ki, 2021-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında, bir mərhələdə həyata keçiriləcək. Yəni, bu o demək ki, artıq son 3 ildə təhsilə cavabdeh şəxslərin ciddi baş ağrısına çevrilmiş 9-cuların yekun qiymətləndirmə statistikası olmayacaq. İndi qiymətləndirmə köhnə qaydada aparılacaq, əsasən qapalı testlər olacaq, açıq testlər də kodlaşdırıla bilən olacaq".

Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

Ekspert bildirib ki, son 3 ildə tətbiq edilən, insan amilinə söykənən qiymətləndirmə dayandırılıb: “Məlum olduğu kimi, 2017-ci ildən başlayaraq kurikulum üzrə aparılan, riyaziyyatdan 1-ci mərhələ buraxılış imtahanlarında şagirdlərin böyük əksəriyyəti, belə demək mümkünsə "2" qiymət alırdılar. Hətta, Dövlət İmtahan Mərkəzinin (DİM) statistikasına görə elə il olub ki, bu tip imtahanda 50% 9-cular "0" almışdılar. İndi, DİM və Təhsil Nazirliyinin pandemiya ilə əsaslandırılmış təklifi ilə bu mərhələ imtahan, yəni açıq testlər, yazı ilə cavablandırmalı olan suallar mərhələsi bitmiş oldu.

Hansı ki, DİM bu metodla qiymətləndirmə üçün nəhəng bir qitymətləndirmə infrastrukturu qurmuşdu, çoxsaylı insan resursları-markerlər hazırlanmışdı, proqram-texniki təminat yaradılmışdı. DİM bu infrastruktura xeyli investisiya yatırmışdı. Düşünürəm ki, yeni imtahan modelinə keçid, əslində isə mahiyyətcə köhnəyə keçid arzuolunan hal deyildi. Bu, uzun illər tətbiq olunan kurikuluma da, yumşaq desək sayğısızlıq oldu. Bununla da biz uşaqlarda riyazi məntiqi təfəkkürün, analitik düşüncənin inkişafının qarşısını almış olacağıq. Bu da dolayısıyla sonda çox sahələrə təsir edəcək.

Bu addımlar innovasiyalarda, süni intellektdə və texnoloji sahələrdə inkişafa mənfi təsir göstərəcək. Bu sahə üzrə məsul şəxslərdən, səlahiyyətli qurumlardan isə NK-nın yeni qərarına münasibəti müşahidə etmirik. Fikrimcə və məntiqlə, NRYTN, VXSİ Dövlət Agentliyi, PA-nın innovasiyalara cavabdeh bölməsi, Universitetlər bu qərarın əleyhinə olmalıydılar. Hamı mövcud situasiya ilə razılaşıb. Ümumiyyətlə, bu tip addımlar fikrimcə 4-cü sənaye inqilabının çağırışlarına, bununla əlaqəli Prezidentin çıxışlarında səsləndirdiyi fikirlərə heç bir halda uyğun deyil. Doğurdanmı bütün imkanlar tükənmişdi? Doğurdanmı tədrisi yüksək keyfiyyətlə qurub, elə 2017-ci ildən başlanan yeni qiymətləndirmə metodikasını davam etdirmək mümkün deyildi? Düşünürəm ki, yetərincə imkanlar vardı. Sadəcə hökumət Təhsil Nazirliyini, nəhəng təhsil sistemini pandemiya ilə təkbətək buraxmamalıydı. Digər ölkələrdə olduğu kimi Təhsil Nazirliyinə texniki-texnoloji resurslar, əlavə resurslar verilməliydi ki, karantin dövründə normal tədris prosesi qurulsun.

Təəssüf ki, bunlar baş vermədi. İndi isə biliyi qiymətləndirən qurum - DİM reallıq qarşısında qalıb. Əgər əvvəkli iki ilin kurikulum qaydasında qiymətləndirmə olsaydı güman ki, 9-cuların 70-80%-nin "0" alacağını proqnozlaşdırıblar. Vəziyyətdən çıxış yolu üçün də daha asan yol seçilib, yeni qiymətləndirmə metoduna, mahiyyətcə isə "köhnəyə" qayıdılıb”.​​​​​

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: DİM buraxılış imtahanların modelini nə üçün dəyişib ?

Ekspert: DİM buraxılış imtahanların modelini nə üçün dəyişib ?

29-12-2020
Ekspert: 50 faiz şagird  imtahanda bu fəndən sıfır bal toplayıb

Ekspert: 50 faiz şagird imtahanda bu fəndən sıfır bal toplayıb

31-12-2020
 Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017
DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019
Şagirdlərin 80 faizi riyaziyyatdan "2" alır - Günah kimdədir?

Şagirdlərin 80 faizi riyaziyyatdan "2" alır - Günah kimdədir?

22-02-2020
Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

13-04-2022
56 rayonda buraxılış imtahanı keçirilib

56 rayonda buraxılış imtahanı keçirilib

12-03-2017
İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019
Test üsulu ləğv oluna bilərmi ?

Test üsulu ləğv oluna bilərmi ?

25-08-2017
Ekspert: Dəhşətdir, bu şagirdlərin yarısı sıfır bal yığıb

Ekspert: Dəhşətdir, bu şagirdlərin yarısı sıfır bal yığıb

16-08-2019
Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022
DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

15-01-2025
Ekspert şagirdlərin imtahan nəticələrindən danışdı

Ekspert şagirdlərin imtahan nəticələrindən danışdı

24-04-2019
Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

14-04-2021
Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022
9-cular üçün “Abituriyent” jurnalı onlayn sifariş etmək olar

9-cular üçün “Abituriyent” jurnalı onlayn sifariş etmək olar

02-03-2017
Təhsil Nazirliyi bütün şagirdlərin 2 almasının səbəblərini müzakirə edəcəkmi ?

Təhsil Nazirliyi bütün şagirdlərin 2 almasının səbəblərini müzakirə edəcəkmi ?

04-09-2019
İnformatika fənni niyə qəbul imtahanına salınmır?

İnformatika fənni niyə qəbul imtahanına salınmır?

17-10-2017
40 mindən çox şagird  buraxılış imtahanı verib

40 mindən çox şagird buraxılış imtahanı verib

06-03-2017
İlk peşə-ixtisas təhsilli şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatıb

İlk peşə-ixtisas təhsilli şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatıb

18-02-2019
 E-markinq sistemi ilə bağlı tədbir keçirilib

E-markinq sistemi ilə bağlı tədbir keçirilib

28-09-2017
Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

19-01-2021
Ekspert: “İT-ni seçən abituriyentin imtahana İnformatika əvəzinə Kimya üzrə hazırlaşması doğru deyil”

Ekspert: “İT-ni seçən abituriyentin imtahana İnformatika əvəzinə Kimya üzrə hazırlaşması doğru deyil”

09-09-2021
DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

20-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə