Previous Next
Bağla

Ekspert Müəllimlərin İşə Qəbulu ilə bağlı imtahan prosesini müşahidə edib

15-07-2019 15:26
Ekspert Müəllimlərin İşə Qəbulu ilə bağlı imtahan prosesini müşahidə edib

Xeberler.az bildirir ki, Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz bu gün Təhsil Nazirliyinin dəvəti ilə Müəllimlərin İşə Qəbulu ilə bağlı imtahan prosesini müşahidəsində iştirak edib. Müşahidədən öncə prosesin gedişi ilə bağlı kspertlə nazir müavini Məhəbbət xanım Vəliyeva və imtahanları təşkil edən İnsan resursları Mərkəzinin rəhbəri Eşqin müəllimlə bir xeyli müzakirələr olub. 

Osman Gündüz qeyd edib ki, eyni zamanda Nazirliyin test imtahanı ilə bağlı tətbiq etdiyi proqram təminatını hazırlayan şirkətin məsul şəxsləri, Məlumat bazaları və serverlərə cavabdeh şirkətin, həmçinin lokal şəbəkənin fəaliyyətinə cavabdeh olan EuroDesign şirkətinin məsul şəxsləri ilə görüşeb. Ekspert Görüşdə onun üçün maraqlı olan suallara da cavab tapıb.

Osman Gündüz təəssüratlarını bölüşərək qeyd edib ki, proses özü kütləvi olduğundan, 50 000 müəllimin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesi ağır bir fəaliyyətdir. Nazirliyin bu prosesi öz resursları, daxili imkanları hesabına ciddi, özünün hazırladığı proqram-texniki resurslar hesabına, ciddi texniki-texnoloji səhvlər olmadan yerinə yetirməsi müsbət haldır. Həmçinin indiyədək bu istiqamətdə rüşvətlə bağlı, sui-istifadə halları ilə bağlı faktların aşkarlanmaması təqdirə layiqdir.
Ümumiyyətlə, müəllimlərin işə qəbulu ilə bağlı TN tərəfindən atılan addımlar və göstərilən səylər təqdirəlayiqdir.

Ekspertin fikrincə imtahan prosesinin təşkilinin çevik və effektiv olmasını demək hələ tezdir. Yüzlərlə müəllim küçədə öz imtahan növbəsini gözləyirdi. Prosesi daha effektiv qurmaq üçün TN səyləri gücləndirməlidir. Müəlimlərin qabaqcadan məlumatlandırma sisteminin effektivliyi yetərli deyil, hər müəllim üçün qabaqcadan oturacaq yerlərinin müəyyən edilərək bu haqda müəllimə mesaj verilməməsini, cavabların şəxsi kabinetə yüklənməməsini də doğru hesab etmək olmaz.
Hazırki vəziyyətdə isə oturacaq yerlərini nömrələmək və ən azı qeydiyyat prosesində random prinsipi ilə kimin harada oturacağını müəyyən etmək elə də çətin olmazdı. 

Osman Gündüz qeyd edib ki, MİQ imtahanlarının gələcəkdə DİM-lə birlikdə keçirilməsi və ya imtahanların təşkili sahəsində dövlət siyasətini həyata keçirən DİM-ə həvalə edilməsi indiki halda gündəmdə deyil. İmtahanların keçirilməsi üçün hazırki vəziyyətdə ciddi resursları (maliyyə, maddi-texniki baza, regional ofislər, texnoloji imkan və s.) yetərli olmayan TN –nin DİM-lə əməkdaşlığı və ya imtahanların gələcəkdə DİM-ə həvalə edilməsi ilə bağlı müzakirələr faydalı ola bilərdi. TN rəsmisi də gələcəkdə buna baxıla biləcəyini istisna etmədi.

Ekspert bildirib ki, TN –nin test bazasını genişləndirməsi, test tapşırıqlarının keyfiyyətinin yaxşıladırılması, test suallarının (doğru və səhv cavabların) imtahandan sonra dərhal şəxsi kabinetə yükənməsi, test sualalrı ilə bağlı vəsaitlərin, proqramların hazırlanması, proqram-texniki təminatın daha da təkmilləşcirilməsi vacibdir. 

Son olaraq başqasının əvəzinə imtahan vermək cəhdi ilə bağlı bu il bir fakt aşkarlanıb. Buna cəhd edən xanımla bağlı iş hüquq orqanlarına verilib. 
DİM -də bu kimi halların qarşısını almaq üçün üz tanıyan texnologiyalardan istifadə edilir , TN- də isə bunu qeydiyyatda işləyən xanımlar həll edir.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbul imtahanları necə təşkil olunmalıdır ?

Müəllimlərin işə qəbul imtahanları necə təşkil olunmalıdır ?

30-07-2019
Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

13-04-2022
Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022
Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

23-04-2021
İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019
Cavab kartları açıqlanmalıdırmı ?

Cavab kartları açıqlanmalıdırmı ?

18-07-2019
Ekspert: DİM dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır

Ekspert: DİM dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır

24-02-2022
Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

11-09-2017
Ekspert şagirdlərin imtahan nəticələrindən danışdı

Ekspert şagirdlərin imtahan nəticələrindən danışdı

24-04-2019
Ekspert: MİQ təşkilatçıları öz səhvlərini müəllim və nəzarətçilərin üzərinə atır

Ekspert: MİQ təşkilatçıları öz səhvlərini müəllim və nəzarətçilərin üzərinə atır

14-07-2021
Test üsulu ləğv oluna bilərmi ?

Test üsulu ləğv oluna bilərmi ?

25-08-2017
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

30-10-2023
Ekspert : Bu il DİM üçün çox ağır olacaq

Ekspert : Bu il DİM üçün çox ağır olacaq

14-02-2019
Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019
Bu gün rəqəmsal SAT imtahanı keçiriləcək

Bu gün rəqəmsal SAT imtahanı keçiriləcək

08-03-2025
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

01-10-2024
Ekspert: Riyaziyyat sualında növbəti texniki səhv – məsuliyyət, yoxsa sistem problemi?

Ekspert: Riyaziyyat sualında növbəti texniki səhv – məsuliyyət, yoxsa sistem problemi?

02-06-2025
Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

14-04-2021
Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

13-04-2017
Martın 8-də rəqəmsal SAT imtahanı keçiriləcək

Martın 8-də rəqəmsal SAT imtahanı keçiriləcək

05-03-2025
 E-markinq sistemi ilə bağlı tədbir keçirilib

E-markinq sistemi ilə bağlı tədbir keçirilib

28-09-2017
Rəqəmsal SAT imtahanı keçiriləcək

Rəqəmsal SAT imtahanı keçiriləcək

07-03-2023
Ekspert: Hökumət Təhsil Nazirliyini pandemiya ilə təkbətək buraxmamalıydı

Ekspert: Hökumət Təhsil Nazirliyini pandemiya ilə təkbətək buraxmamalıydı

09-03-2021
DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə