Previous Next
Bağla

Ekspert: Elektron Təhlükəsizlik Xidməti sektorda dönüş yarada biləcəkmi?

22-10-2021 13:11
Ekspert: Elektron Təhlükəsizlik Xidməti sektorda dönüş yarada biləcəkmi?
Bir neçə gün öncə Prezident rəqəmsallaşma və innovasiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Bu fərman əsasında keçmiş NRYTN-da struktur dəyişiklikləri edilib, bir neçə yeni dövlət qurumları yaradılıb.
 
Xeberler.az bildirir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspertin sözlərinə görə, dəyişikliyə məruz qalmayan struktur uzun illər fəaliyyəti elə də görünməyən Elektron Təhlükəsizlik Xidmətidir. Bu qurum 2012-ci ildən Prezident fərmanı əsasında Nazirlik tərkibində fəaliyyət göstərir.
 
"Əsas məqsədi kibertəhlükəsizlik sahəsində kordinasiya, kibertəhdidlər barədə məlumtlandırma, kibergigiyena və maarifçilik işlərinin təşkilidir. Lakin müşahidələr göstərir ki, qurum indiyədək qarşıya qoyulan vəzifələrin bir çoxunu reallaşdıra bilməyib. Son zamanlar isə hətta iş o yerə çatmışdı ki, bu dövlət qurumunun səlahiyyətlərini açıq-aşkar digər dövlət qurumları həyata keçirməyə başlamışdı".
 
Osman Gündüz qeyd edib ki, bir müddət öncə, nazirlikdə aparılan kadr islahatları çərçivəsində Elektron Təhlükəsizlik Xidmətinin rəisi də yarıtmaz fəaliyyətinə görə tutduğu vəzifədən azad olunub və onun yerinə bu sahədə daha çox təcrübəsi olan, uzun illər Azercell-də çalışan Şahin Əliyev təyin edilib. Görünən odur ki, ETX hələlik kompüter insidentləri ilə mübarizə mərkəzlərinin (CERT) kordinasiyasını gerçəkləşdirə bilməyib.
 
"Əhalinin rəqəmsal savadlılığının artırılması sahəsində ciddi problemlər qalmaqdadır. Son zamanlar email, SMS və ya zənglər vasitəsilə həyata keçirilən kiberhücumlarla vətəndaşların bank hesablarının və sosial media hesablarının ələ keçirilməsi bir daha onu göstərdi ki, bu sahədə profilaktika olduqca zəifdir. Bu sahədə maarifləndirmə isə indiyədək nəinki ETX tərəfindən, daha çox media və ekspertlər tərəfindən aparılıb".
 
Ekspert bildirib ki, ötən gün qurumun yeni rəhbəri mediaya açıqlayıb ki, tezliklə bu sahədə ciddi dönüş yaradılacaq, Əsasnaməsinə uyğun olaraq “Milli CERT” funksiyası yerinə yetirilməklə kordinasiya gücləndiriləcək. Yeni Rəis kibertəhlükəsizlik üzrə kadrların və milli məhsulların, yeni xidmətlərin hazırlanmasına xüsusi diqqət yetiriləcəyini də bildirib.
 
"Düşünürəm ki, sektorda diqqət yetiriləcək məsələlər hədsiz çoxdur. Uzun müddətdir ki hazırlanmaqda olan "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı Strategiya" indiyədək də müzakirəyə çıxarılmayıb. Qeyri-dövlət sektorunda kibertəhlükəsizlik sahəsində metodiki-informasiya dəstəyinin təşkili effektiv qurulmayıb və əlçatanlığı yetərli deyil. ETX maraqlı tərəflərlə əməkdaşlığı gücləndirməlidir".
 
Ekspertin sözlərinə görə, bloklanan saytlarla bağlı, “İnformasiya, informasiyalaşama və informasiyanın mühafizəsi haqqında“ qanun əsasında yaradılması nəzərdə tutulan “Qara siyahı” indiyədək də aktiv deyil.
 
"Ümumiyyətlə, düşünürəm ki, ETX-in, saytların bloklanması sahəsində normal, şəffaf bir tənzimləmə mühiti yaratması çox faydalı olardı. Bu sahənin bərbad gündə olması beynəlxalq hesabatlarda da öz əksini tapır. Məhkəmə qərarı ilə və belə bir qərar olmadan bloklanan saytlar, məhkəməyə olan müraciətlər, Nazirliyə bloklanma ilə bağlı daxil olan müraciətlər, xəbərdarlıq olunan saytlarla bağlı məlumatlar, bloklanmadan çıxarılan resurslarla bağlı məlumatlar üçün ayrıca bir resurs formalaşdrımalıdır.
 
Ümid edirəm ETX-in yeni rəhbərliyi tezliklə ölkənin kibertəhlükəsizlik sektorunda ciddi dönüş yarada biləcək".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib

21-08-2025

ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

18-10-2024

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022

Osman Gündüz: Ölkədə rəqəmsal savadlılıqla bağlı ciddi problemlər var

13-09-2021

Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

07-07-2021

AMB və ETX əməkdaşlığı gücləndirir

30-10-2025

ETX və “Məktəblinin dostu” növbəti maarifləndirmə tədbirləri keçirib

24-12-2024

Elektron Təhlükəsizlik Xidmətinə rəis müavini təyin olunub

12-09-2025

"İnformasiya Təhlükəsizliyində "Paqonlu" idarəetmə dövrü başa çatdı"

13-05-2025

Ekspert kibertəhlükəsizlik strategiyasından danışdı

11-03-2019

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

15-04-2024

Xəbər saytlarının bloklanması haqqında

09-08-2018

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

17-04-2024

Milli informasiya resursları ələ keçirilib

03-03-2023

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

16-03-2026

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

03-07-2024

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022

ETX və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbiri baş tutub

07-10-2024

ETX-nin təşkilatçılığı ilə maarifləndirmə tədbirləri keçirilib

21-01-2025

ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzalayıb

31-10-2025

Media nümayəndələrinə kibertəhlükəsizliklə bağlı təlim keçirilib

11-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə