Previous Next
Bağla

İKT sektorunda tənzimləmə formal xarakter daşıyır – Ekspert rəyi

23-02-2026 18:45
İKT sektorunda tənzimləmə formal xarakter daşıyır – Ekspert rəyi

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda tənzimləmə mexanizmlərinin effektivliyi ilə bağlı narazılıqlar davam edir. Ötən həftə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2025-ci il üzrə illik hesabatını açıqlasa da, sənədin məzmunu ilə bağlı tənqidlər səsləndirilib.

Xeberler.az bildirir ki, buna Azərbyacan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.

Ekspertin fikrincə, təqdim olunan hesabat daha çox texniki-statistik göstəricilərin toplanması və təqdimatı ilə məhdudlaşır. Hesabatda internet sürətlərinin ölçülməsi, abunəçilərin sayının qeydiyyatı, reyestrlərin yenilənməsi kimi məsələlər yer alsa da, sektorun əsas problemlərinə toxunulmadığı bildirilir.

O, qeyd edib ki, cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlər hesabatda əksini tapmayıb. Bunlara internet tariflərində seçim imkanlarının olmaması, mobil operatorların qiymət siyasətinə münasibət, 5G lisenziyalarının verilməsi ilə bağlı qeyri-müəyyənlik daxildir:

"Bundan əlavə, bazarda rəqabət mühitinin real vəziyyəti, provayderlərin dominantlıq məsələsi, virtual mobil operatorlarla bağlı yanaşma, dövlətə məxsus GPON infrastrukturundan özəl sektorun istifadə qaydaları kimi mühüm mövzuların da diqqətdən kənarda qaldığı vurğulanır".

Ekspert həmçinin regionlarda internetin əlçatanlığı, qiymət–gəlir balansı və xidmət keyfiyyəti ilə bağlı problemlərin də hesabatda qiymətləndirilmədiyini qeyd edib. Müştərilərin internet xidmətlərindən yararlana bilmədiyi hallarda kompensasiya mexanizmlərinin olmaması da əsas çatışmazlıqlar sırasında göstərilir.

Osman Gündüzün sözlərinə görə, tənzimləyici qurum yalnız statistik məlumatları toplayan orqan kimi deyil, bazara real təsir göstərən, rəqabəti təşviq edən və istehlakçı hüquqlarını qoruyan institut kimi fəaliyyət göstərməlidir:

"Əgər bu kimi problemlər rəsmi hesabatlarda əksini tapmırsa, bu, ya prioritetlərin düzgün müəyyən edilmədiyini, ya da mövcud problemlərin diqqətdən kənarda saxlanıldığını göstərir".

Sonda ekspert İKTA-nın fəaliyyətinin gücləndirilməsini, səlahiyyətlərinin artırılmasını və bazarın struktur problemlərinə birbaşa müdaxilə imkanlarının genişləndirilməsini vacib sayır. Əks halda, bu cür hesabatların sektorda real dəyişiklik yaratmadan formal sənədlər kimi qalacağı bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Beynəlxalq internet reytinqi reallığı nə dərəcədə əks etdirir? – Ekspert

Beynəlxalq internet reytinqi reallığı nə dərəcədə əks etdirir? – Ekspert

08-01-2026
İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025
Tənzimləyici qurumun "Yerdəki"nə gücü çatmır "Göydəki"ndən hesabat istəyir - Osman Gündüz

Tənzimləyici qurumun "Yerdəki"nə gücü çatmır "Göydəki"ndən hesabat istəyir - Osman Gündüz

27-08-2025
İKTA 2025-ci ilin III rübü üçün şikayət indeksini dərc edib

İKTA 2025-ci ilin III rübü üçün şikayət indeksini dərc edib

14-10-2025
İnternetin keyfiyyətini necə qaldırmaq olar?

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024
İKTA 2025-ci ilin şikayət indeksi üzrə hesabat dərc edib

İKTA 2025-ci ilin şikayət indeksi üzrə hesabat dərc edib

09-01-2026
Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

14-12-2020
İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026
Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

10-01-2025
Ekspert: İKTA mobil rabitənin keyfiyyətini ölçüb, nəticələri isə gizlədir

Ekspert: İKTA mobil rabitənin keyfiyyətini ölçüb, nəticələri isə gizlədir

02-07-2025
Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

30-12-2025
Ekspert: NRYTN-də nə baş verir?

Ekspert: NRYTN-də nə baş verir?

12-06-2019
İKTA 2025-ci ilin II rübü üçün şikayət indeksini dərc edib

İKTA 2025-ci ilin II rübü üçün şikayət indeksini dərc edib

29-08-2025
Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022
Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025
İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024
  “İnternet xidmətlərinin keyfiyyəti  hədsiz dərəcədə pisləşib”

“İnternet xidmətlərinin keyfiyyəti hədsiz dərəcədə pisləşib”

30-03-2018
Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

22-05-2009
İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025
Provayderlər barədə məlumat almaq asanlaşdı-Yeni sayt

Provayderlər barədə məlumat almaq asanlaşdı-Yeni sayt

19-07-2023
İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024
CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023
Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020
Ekspert: DOST Agentliyinin saytı nə üçün yoxdur?

Ekspert: DOST Agentliyinin saytı nə üçün yoxdur?

11-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə