Previous Next
Bağla

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025 13:27
İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

Azərbaycanın telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.

Xeberler.az məlumat verir ki, hesabatda 2025-ci ilin I rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini tapıb. Belə ki, 2024-cü ilin IV rübü üzrə hesabatla cari hesabatın müqayisəsi aparılıb və operator, yaxud provayderin indeks dəyişiklik dinamikası müəyyən olunub. Eyni zamanda hesabatda təqdim edilən şikayətlərin orta cavablandırılma müddəti məlumatı “E-Şikayət” sisteminə I rübdə daxil olan müraciətlərin telekommunikasiya operator və provayderləri tərəfindən icra müddətini əks etdirir və bazar payının 90 faizədək hissəsini təşkil edən şirkətlərə daxil olmuş müraciətlər əsasında formalaşıb.

İKTA bəyan edir ki, ictimai nəzarətin formalaşması, şəffaflıq və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından şikayət indeksinin və şikayətlərin orta cavablandırılma müddəti hesabatının hazırlanması zəruri addımdır. Bu, telekommunikasiya sektorunda real mənzərəni müəyyən etməyə, tənzimlənmə prosesini daha asan və tez həyata keçirməyə imkan yaradacaq. Məlumat üçün bildirək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. Bu günə qədər vətəndaşlar tərəfindən adıçəkilən sistem vasitəsilə telekommunikasiya və poçt xidmətləri ilə bağlı 6000-ə yaxın müraciət daxil olub.

2024-cü ilin martından isə artıq “Android” və “iOS” əməliyyat sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “Google play”dən və “APP store”dan “E-Şikayət”in mobil tətbiqini yükləmək imkanı əldə ediblər. Mobil tətbiqin istifadəyə verilməsi xidmətdən istifadənin miqyasını genişləndirməklə yanaşı, platformanı da daha əlçatan edir.

Agentlik şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatının dərcinin davamlı olacağını və geniş ictimaiyyətə rüblük təqdim ediləcəyini bir daha bəyan edir. İKTA gələcək fəaliyyətində bu cür ictimai iştirakçılıq vasitələrindən tənzimləmə və nəzarət mexanizmlərinin qurulmasında geniş istifadəni strateji məqsədlərindən biri olaraq müəyyənləşdirib.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA 2025-ci ilin III rübü üçün şikayət indeksini dərc edib

14-10-2025

İKTA 2025-ci ilin şikayət indeksi üzrə hesabat dərc edib

09-01-2026

İKTA 2025-ci ilin II rübü üçün şikayət indeksini dərc edib

29-08-2025

İKTA telekommunikasiyadan istifadə üzrə şikayət indeksini dərc edib

19-12-2024

İKTA ötən ilin 4-cü rübü üzrə şikayət indeksini dərc edib

24-01-2025

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026

Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb

19-12-2024

İKTA internet xidmətləri üzrə şikayət indeksi hesabatını açıqlayıb

14-04-2026

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

“E-Şikayət”ə I yarımildə 3 minə yaxın müraciət daxil olub

17-07-2025

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

30-04-2024

“E-Şikayət” platformasına daxil olan şikayətlər açıqlanıb

18-04-2025

İKT sektorunun tənzimləyici qurumu yeni şikayət sistemi yaradıb

15-11-2023

“E-Şikayət” sistemi üzərindən daxil olmuş müraciətlərin sayı 1300-ü ötüb

14-08-2024

İKTA: “E-Şikayət” provayderlər üzrə xidmət keyfiyyətini müqayisə edir

29-01-2026

Son 1 ildə “E-Şikayət” sisteminə 3700-dən çox şikayət daxil olub

16-12-2024

İKTA-da İctimai Şura üzvləri ilə növbəti görüş keçirilib

02-04-2025

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

8 ay ərzində “E-Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

30-09-2025

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

Noyabrda “E-Şikayət” platformasına 484 müraciət daxil olub

19-12-2025

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

İKTA poçt rabitəsi operatorlarına xəbərdarlıq edib

18-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə