Previous Next
Bağla

Mobil operatorlar yeniliyə yox, qazanca fokuslanıb – 5G bizdən yan keçir - Ekspert

11-06-2025 16:35
Mobil operatorlar yeniliyə yox, qazanca fokuslanıb – 5G bizdən yan keçir - Ekspert
"Bir müddət olardı qonşu ölkələrin mobil bazardakı inkişafına nəzər salmamışdım. O qədər sürətlə irəliləyirlər ki, tez-tez baxanda da faydalı iş əmsalımız aşağı düşür".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib:
 
"Ötən günlər 5G ilə bağlı ölkəmizdə yeni xəbərlər olacağı məlumatını alanda regional mobil bazara bir də göz gəzdirdim. Və çox təəccübləndim, qısa zamanda xeyli irəliləyiblər.
 
Bizim mobil operatorların isə innovasiyalara və texnologiyalara deyil, "1 manat- 1 gün" prinsipi ilə müştərilərlə davaya başları qarışıb.
 
Baxıram ki, qonşu ölkələrdə əsas biznes və sənaye mərkəzlərində 5G şəbəkələri artıq tamamlanmaq üzrədir, 6G və süni intellekt inteqrasiyasını müzakirə edirlər.
 
Ölkəmizdə mobil operatorlara tezlik ayırmalı olan, tezliklərin müsabiqəsini keçirməli olan İKTA-nın da başı qarışıb bəsit yazı müsabiqələrinin təşkilinə. Requlyator yazı müsabiqəsi keçirir, qonşu ölkələrin də 5G-si gəlib çatıb bizim sərhədə. Bu sahədə çox ləngidik".
 
Ekspert qeyd edib ki, bəzən bu sahənin inkişafına cavabdehlər bildirir ki, mobil operatorlar bu sahəyə investisiya yatırmaq istəmir, bizdə buna tələbat yoxdur, gərək güclü inkişaf olsun ki, tələbat artsın və bizim müftəxor mobil operatorlar da şəbəkəni qursun.
 
Belə olan halda sual yaranır ki, bəs qonşu ölkələrdə tələbat necə yaranıb ki, bu sahəyə investisiya yatırıblar?
 
"Anlaşılmaz bir vəziyyət yaranıb. Hər gün tarifləri qaldırıb xımır-xımır həzm edən mobil operatorlar yeni texnologiyalara və innovasiyalara investisiya yatırmağı istəmirlər, tənzimləyici də buna təsir edə bilmir.
 
Düşünürəm ki, RİNN bu sahədə səylərini çox gücləndirməlidir. Ümid edirəm regionda 5G sahəsində formalaşan vəziyyətə baxdıqdan sonra hökumətimiz də bu sahədə hansı vəziyyətdə olmağımızın fərqində olacaq".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu il mobil operatorlara 5G lisenziyası verilə bilər

08-01-2024

Ekspert: Region 6G-yə hazırlaşır, Azercell hələ GPON ilə məşğuldur

24-05-2025

Ekspert: Tənzimləyici qurum 5G üçün tezlikləri nə zaman verəcək?

14-03-2025

Ekspert: Mobil operatorlar arasında rəqabəti necə gücləndirmək olar?

24-01-2022

Ekspert: Nazirlik çoxdan 5G ilə bağlı açıqlamalar verməli idi

05-09-2022

Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

16-08-2022

"Azərbaycanda mobil operatorlar lisenziya üçün az pul ödəyirlər"

10-11-2022

Mobil rabitə və mobil internetin keyfiyyəti pisləşib

16-01-2024

Mobil operatorlar qarşılıqlı ödəmələrdə vahid tarifə keçir?

03-12-2014

Osman Gündüz: Nə üçün bizim startaplar investisiya ala bilmir?

02-08-2021

Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

12-02-2024

5G ilə bağlı regionda və Azərbaycanda vəziyyət necədir?

17-05-2023

Osman Gündüz: Mobil nömrə daşınmasından gözləntilər özünü doğrultmayıb

19-04-2014

Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

10-01-2025

Ekspert: İKTA mobil rabitənin keyfiyyətini ölçüb, nəticələri isə gizlədir

02-07-2025

Ekspert mobil operatorlara maraqlı təklif verdi

02-10-2020

Mobil operatorlar arabağlantı tariflərini aşağı salmalıdır

08-10-2015

Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?

18-03-2025

Azercell dövlət şirkətinin tarifləri qaldırması qanuna uyğundurmu?

20-02-2024

"Azercell bəsit müzakirələrlə baş qatır, qonşu ölkələr də 5G infrastrukturunu genişləndirir"

17-05-2023

Azercell dövlət şirkəti özəlləşdiriləcəkmi ?

24-01-2024

Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

22-09-2025

Doğurdanmı tənzimləyici qurum prioritetləri müəyyənləşdirə bilmir?

23-05-2025

Azərbaycanda mobil rabitə tarifləri azaldılır

29-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə