Previous Next
Bağla

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024 16:06
İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

Azərbaycanın telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib.

Xeberler.az məlumat verir ki, “Android” və “iOS” əməliyyat sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “ Google play ”dən və “APP store”dan “E-Şikayət”in mobil əlavəsini yükləyərək istifadə edə bilərlər.

İstifadəçilərin rahatlığının təmin edilməsi məqsədilə mobil əlavədə bir sıra funksiyalar yaradılıb. Belə ki, menyuda yerləşdirilən “Sürət testi” vasitəsilə istifadəçi “Ookla” şirkətinin rəsmi lisenziyalı “Speedtest” aləti vasitəsilə hazırda istifadə etdiyi internetin sürətini ölçə bilər. Mobil əlavə vasitəsilə mobil, yaxud sabit genişzolaqlı internetin sürətindən şikayət məktubu yazan şəxs müraciət formasının içərisində yerləşdirilən “İnternetin sürətini ölç” düyməsinə klikləməklə real sürəti haqqında internet provayderinə və tənzimləyici quruma müraciət edə bilər.

Eyni zamanda “E-Şikayət”in mobil əlavəsində vətəndaşlara səsli şikayət etmək imkanı da yaradılıb. Belə ki, müraciət zamanı istifadəçi “Şikayətin mətni” bölməsində yerləşdirilən xüsusi düyməni sıxmaqla öz şikayətini səsli şəkildə bildirə bilər.

Müraciətçiyə seçim hüququnun verilməsi vaxt itkisinin qarşısını almaqla yanaşı, vətəndaşın fikirlərini daha rahat bildiyi üsulda ifadə etməyə imkan yaradır. İKTA xidmət keyfiyyətini və vətəndaş məmnunluğunu artırmaq məqsədilə rəqəmsal transformasiyanı daha da genişləndirmək niyyətindədir və bu prosesdə istifadəçilərin rəyləri mühüm əhəmiyyət kəsb edir.

“E-Şikayət” vasitəsilə ümumilikdə “İnternet (GPON, ADSL, LTE və s.)”, “Telefon rabitəsi”, “Mobil rabitə”, “Mobil internet”, “Universal poçt rabitəsi xidmətləri” və “Sürətli poçt rabitəsi xidmətləri” üzrə şikayətlərin qəbulu mümkündür.

2023-cü ilin noyabrında istifadəyə verilən sistem üzərindən vətəndaşlar tərəfindən bu günə qədər ümumilikdə 3700-dən çox müraciət daxil olub.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə  informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

30-04-2024

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

İKTA 2025-ci ilin III rübü üçün şikayət indeksini dərc edib

14-10-2025

İKTA telekommunikasiyadan istifadə üzrə şikayət indeksini dərc edib

19-12-2024

İKTA 2025-ci ilin II rübü üçün şikayət indeksini dərc edib

29-08-2025

İKTA 2025-ci ilin şikayət indeksi üzrə hesabat dərc edib

09-01-2026

İKTA poçt rabitəsi operatorlarına xəbərdarlıq edib

18-02-2025

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026

İKT sektorunun tənzimləyici qurumu yeni şikayət sistemi yaradıb

15-11-2023

“E-Şikayət” platformasına daxil olan şikayətlər açıqlanıb

18-04-2025

İKTA ötən ilin 4-cü rübü üzrə şikayət indeksini dərc edib

24-01-2025

“E-Şikayət”ə I yarımildə 3 minə yaxın müraciət daxil olub

17-07-2025

İKTA beynəlxalq onlayn sifarişlər edən vətəndaşlara müraciət edib

19-03-2026

8 ay ərzində “E-Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

30-09-2025

Noyabrda “E-Şikayət” platformasına 484 müraciət daxil olub

19-12-2025

Son 4 ayda “E-Şikayət” platformasına 2 585 müraciət daxil olub

18-05-2026

“E-Şikayət” sistemi üzərindən daxil olmuş müraciətlərin sayı 1300-ü ötüb

14-08-2024

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

Son 1 ildə “E-Şikayət” sisteminə 3700-dən çox şikayət daxil olub

16-12-2024

“E-Şikayət” sisteminə müraciətlər artmaqdadır

15-01-2024

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə