Previous Next
Bağla

Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?

18-03-2025 17:06
Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?
"İKTA ötən ilin Hesabatını təqdim edib. Bir neçə gün öncə İKTA rəhbərliyi ilə bu istiqamətdə görüşümüz olmuşdu. Hesabatı da bir xeyli incələmişəm. Sıfırdan yaranan qurum üçün, həm də müstəqil olmayan bir tənzimləyici qurum üçün ötən müddətdə görülən işləri qənaətbəxş hesab etmək olar. 
 
Ən ciddi uğurları olaraq provayderlər bazarında şəffaflıq və əlçatanlıq yaratmasını, internetin keyfiyyətini ölçmək və şikayətləri qəbul etmək üçün ölkə üzrə vahid bir rəqəmsal alət təqdim etməsini, tezliklərin geri qaytarılması mexanizmləri yaratmasını, bəzi hüquqi –normativ qaydaların yaradılması istiqamətindəki səylərini və s. qeyd etmək olar".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirir ki, bütövlükdə sektorun tənzimlənməsi, mobil bazarda rəqabətli mühitin formalaşması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ümumiyyətlə qurumun ölkənin İKT bazarına təsir imkanları sahəsində ciddi problemləri qalmaqdadır:
 
Yəni görünən odur ki hələlik nə telekom operatorlar, nə mobil operatorlar, nə də provayderlər İKTA rəhbərliyindən, onun əməkdaşlarından heç bir halda çəkinmirlər.
 
Normalda isə, hansısa bir operatorun rəhbəri tənzimləyici olan İKTA-nı görəndə yolunu dəyişməli, yaxud da farağat vəziyyətdə olmalıdırlar.
 
Görünən isə hələlik odur ki, onları tənzimləyicinin qərarları narahat etmir, hər gün bəsit xidmətlərinin tariflərini qaldırmaqla məşğuldurlar və 5G heç yadlarına da düşmür".
 
Osman Gündüz ümid edir ki, 2025-də situasiya dəyişəcək. Ümidlənmək üçün də müəyyən əsaslar var:
 
"Əvvəlki situasiya elə idi ki, Nazirliyin tabeliyində olan İKTA Nazirliyin tabeliyində olan Aztelekoma və müstəqil özəl qurum olan Delta Telekoma , yaxud da AzerTelecoma da eyni münasibət sərgiləməliydi. Müstəqilliyin olmaması da təbii ki müəyyən risklər yaradır.
 
Hazırda isə, situasiya dəyişib.
 
Sektordakı operatorlar, əsas oyunçular Prezidentin fərmanı ilə Nazirliyin tabeçiliyindən çıxarılıb və AZCON Holdinqin tərkibinə qatılıb.
 
Məsələn, son illərdə infrastruktura 150 milyondan çox investisiya yatıran, son 20 ilin ən ciddi problemini - "hər evə optika" problemini birdəfəlik həll edən, ayda 30 milyondan çox gəlir gətirən nəhəng dövlət şirkəti Aztelekomun artıq RİNN-ə hər hansı aidiyyatı yoxdur.
 
Amma burada hələlik bir incə məqam var ki, AZCON-da Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziridir.
 
Lakin gələcəkdə elə situasiya yarana bilər ki, AZCON-nun ümumiyyətlə RİNN-ə dəxli olmaya bilər.
 
Beləliklə, gələcəkdə İKTA-nın tənzimləyici rolunun daha da güclənəcəyini proqnozlaşdırmaq olar".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025
Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024
Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

12-02-2024
Ekspert: Tənzimləyici qurum 5G üçün tezlikləri nə zaman verəcək?

Ekspert: Tənzimləyici qurum 5G üçün tezlikləri nə zaman verəcək?

14-03-2025
İKTA hesabat verib

İKTA hesabat verib

09-04-2024
Doğurdanmı tənzimləyici qurum prioritetləri müəyyənləşdirə bilmir?

Doğurdanmı tənzimləyici qurum prioritetləri müəyyənləşdirə bilmir?

23-05-2025
Tənzimləyici qurumun "Yerdəki"nə gücü çatmır "Göydəki"ndən hesabat istəyir - Osman Gündüz

Tənzimləyici qurumun "Yerdəki"nə gücü çatmır "Göydəki"ndən hesabat istəyir - Osman Gündüz

27-08-2025
İnzibati əmrlə internetin sürətini artırmaq absurddur - Osman Gündüz

İnzibati əmrlə internetin sürətini artırmaq absurddur - Osman Gündüz

16-07-2025
Bu il mobil operatorlara 5G lisenziyası verilə bilər

Bu il mobil operatorlara 5G lisenziyası verilə bilər

08-01-2024
Provayderlər barədə məlumat almaq asanlaşdı-Yeni sayt

Provayderlər barədə məlumat almaq asanlaşdı-Yeni sayt

19-07-2023
Məcburi qiymət, məcburi sürət, indi də məcburi modem - Osman Gündüz

Məcburi qiymət, məcburi sürət, indi də məcburi modem - Osman Gündüz

18-07-2025
Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

24-05-2023
Hökumət  internet inhisarçılığı ilə mübarizə apara bilmir?-Ekspert

Hökumət internet inhisarçılığı ilə mübarizə apara bilmir?-Ekspert

03-08-2023
Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

18-10-2021
Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022
Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025
Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

10-01-2025
İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026
İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024
İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025
"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

10-03-2025
İKTA yazı müsabiqəsi elan edir

İKTA yazı müsabiqəsi elan edir

23-12-2024
Ekspert: İKTA mobil rabitənin keyfiyyətini ölçüb, nəticələri isə gizlədir

Ekspert: İKTA mobil rabitənin keyfiyyətini ölçüb, nəticələri isə gizlədir

02-07-2025
İKTA-nın müstəqil olmadığı halda bu formada reytinq cədvəlləri təqdim etməsi ədalətli deyil

İKTA-nın müstəqil olmadığı halda bu formada reytinq cədvəlləri təqdim etməsi ədalətli deyil

24-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə