Ekspert: iTicket şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir 

14-08-2022 / 17:19
Bu gün minlərlə vətəndaşımız "Qarabağ" Futbol Klubunun bilet satışını həvalə etdiyi iTicket şirkətinin saytından elektron bilet əldə etməkdə çətinlik çəkib. Sistem çöküb, xeyli sayda vətəndaş ödəniş etsə də bilet əldə edə bilməyib.
Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz Feysbuk səhifəsində paylaşım edib.
"Quruma məxsus informasiya sisteminin funksionallığının pozulması ilə cəmiyyətin və vətəndaşların maraqlarına yetərincə ziyan vurulub .Zaman-zaman bu tip problemlər müşahidə olunur.Qarabağ FK məşhurlaşdıqca problem daha da dərinləşə bilər.
Bununla da kibertəhlükəsizliklə bağlı yeni formalaşmış normalara görə ölkədəki bütün kütləvi tədbirlərin bilet satışı təchizatçısı olan iTicket şirkətinin iticket.az resursu kritik informasiya infrastrukturu obyekti olaraq qəbul edilə bilər.Belə olarsa artıq onun təhlükəsizliyi ilə bağlı müstəvi dəyişmiş olacaq, ona qarşı yeni təhlükəsizlik tələbləri irəli sürüləcək .
Əgər iTicket kritik infrastrukturun subyekti olsa bilet satışı sisteminin təhlükəsizliyi DTX və XRİT Dövlət Xidmətinin nəzarətinə keçəcək".

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.