Previous Next
Bağla

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022 13:49
DTX yeni səlahiyyətlər əldə edib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin qorunması sahəsində səlahiyyətlərin xeyli hissəsi DTX-ya verilib.

Xeberler.az bildirir ki, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində bu barədə paylaşım edib.

"Bu məsələlər Prezidentin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna kibertəhlükəsizliklə və kritik informasiya infrastrukturu ilə bağlı edilmiş dəyişikliklərin təsdiqi və onun tətbiqi ilə bağlı fərmanında öz əksini tapıb. Bu fərmana görə, həm də bir neçə ay bundan öncə kritik infrastrukturun təhlükəsizliyi ilə bağlı qəbul edilən fərmana görə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin qorunması sahəsində səlahiyyətlər əsasən DTX-ya verilib. Yeni qaydalara görə, yalnız DTX-nın müəyyən etdiyi qurum, yəni kibertəhlükəsizlik xidməti provayderi kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı metodiki köməklik göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi üçün kritik informasiya infrastrukturu subyektinin dəvəti ilə sahibkarlıq subyektlərinin kritik informasiya infrastrukturu obyektlərinə gələ bilər. Amma bu fəaliyyət zamanı aşkar edilən pozuntulara görə sahibkar məsuliyyətə cəlb edilə bilməz.

Digər dövlət qurumlarında bu fəaliyyəti DTX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə həyata keçirəcək. DTX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə kritik informasiya infrastrukturu obyektlərində ildə bir dəfədən az olmayaraq kənar audit yoxlamalarının keçirilməsini təşkil etməlidir.

DTX həm də kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin operatoru səlahiyyətini əldə edib. Yeni dəyişikliklərə görə, kritik informasiya infrastrukturu subyektləri təhlükəsizliyi qorumaq üçün müvafiq infrastrukturun informasiya təhlükəsizliyi üzrə idarəetmə sistemini təşkil etməli və onun fəaliyyətini təmin etməlidirlər. DTX həmin idarəetmə sistemlərinin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə uyğunluğunun təmin olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə bilər.

Bütün kritik informasiya infrastrukturu subyektləri məsul şəxs təyin etməli və bu barədə məlumatı kritik informasiya infrastrukturu obyektlərinin reyestrində yerləşdirməlidir.

Maraqlıdır ki, özəl sektorda yaradılacaq müvafiq strukturla bağlı xərclərin kim tərəfindən ödəniləcəyinə aydınlıq gətirilməyib. Əgər əvvəllər olduğu kimi, bu tip xərcləri özəl sektor qarşılayacaqsa onda onların göstərdiyi xidmətlərdə qiymət artımını da gözləmək olar. Düşünürəm ki, bu tip xərclərin dövlət tərəfindən qarşılanması doğru olar. Yeni dəyişikliklər ölkədə kiber mühitin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və xüsusilə də, bu dəyişikliklər kritik informasiya infrastrukturun dayanıqlığında, kibertəhlükəsizlyin gücləndirilməsində ciddi rol oynayacaq.

Bununla belə, adı çəkilən qanuna edilən yeni dəyişikliklərdə şəffaflığın təmin edilməsi, ictimai nəzarətin təşkili, informasiya açıqlığı, fərdi məlumatların toxunulmazlığı, nəzarətedici qurumların hesabatlılığının gücləndirilməsi ilə bağlı müddəalar nəzərdə tutulmayıb".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq ediləcək

Azərbaycanda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq ediləcək

26-10-2023
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

26-09-2025
Azərbaycanda kibertəhlükəsizliklə bağlı yenilik

Azərbaycanda kibertəhlükəsizliklə bağlı yenilik

04-04-2023
Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024
Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023
Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

20-07-2023
Ekspert: iTicket şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir 

Ekspert: iTicket şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir 

14-08-2022
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
Müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyi ilə bağlı təşkilati əsaslar yaradılacaq

Müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyi ilə bağlı təşkilati əsaslar yaradılacaq

28-08-2023
DTX kiber sektorda  biznes və vətəndaş üçün daha əlçatan olub

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024
Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

07-05-2022
Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

19-04-2021
“Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı” təsdiq edilib

“Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı” təsdiq edilib

29-11-2024
"Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin siyahısı dərc olunacaq"

"Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin siyahısı dərc olunacaq"

31-05-2023
Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb

Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb

09-10-2025
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023
Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

13-08-2025
AKTA üzvü olan şirkətlər ilə görüş keçirilib

AKTA üzvü olan şirkətlər ilə görüş keçirilib

30-09-2025
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə