Previous Next
Bağla

Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

07-05-2022 23:50
Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?
Özəl sektora qarşı da DTX və ya Xüsusi Rabitə Dövlət Xidmətinin məcburi kiber tələbləri tətbiq ediləcəkmi ?
Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz "Facebook" səhifəsində paylaşım edib.
"Ötən gün Milli Məclis mövcud qanunvericiliyə kibertəhlükəsizliklə əlaqəli bir xeyli yeni əlavələr edib.
Bununla bağlı ilk anlaşılmaz məqam odur ki, 4 il ləngiyən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası qəbul edilmədən belə bir addım atılıb.
Hansı ki, RİNN və Xüsusi Rabitə və İnformasiya təhlükəsizliyi Dövlət Xidməti bu sənədin layihəsinin hazır olduğunu və hökumətə təqdim edildiyini bildirib.
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən yeni dəyişiklikdə xeyli digər maraqlı məqamlar da var.
Diqqəti cəlb edən əsas məsələlərdən biri də özəl qurumların da kritik informasiya infrastrukturu obyekti olaraq qəbul edilməsidir.
Yəni, hansısa özəl quruma olan kiber hücum istifadəçilər üçün, cəmiyyət üçün problemlər yaradacaqsa bu qurumlar da bu qanunun təsiri altına düşəcək, onlar da dövlətin müəyyən etdiyi kiber şərtlərə əməl etməlidir.
Beləliklə, qanunun bu formada qəbulundan sonra, məsələn, yalnız Bakcell və ya Azercell -ə , Euromed və ya Azərişıq-a deyil, internet üzərindən xidmət göstərən hansısa startapa və ərzaq istehsal edən hansısa fermerə də dövlətin kibertəhlükəsizliklə bağlı müəyyən etdiyi şərtlərə əməl edilməsi tələb oluna bilər.
Hansı istiqamət üzrə fəaliyyəti olan özəl qurumlar məsələsinə aydınlıq gətirilməyib.
Burada narahatlıq doğuran digər məsələ həm də kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı tələbləri ödəmək üçün çəkilən xərclərdir.
Əgər dövlət bu xərcləri qarşılamasa, sonda özəllərin xidmətlərində qiymətlər yüksələ bilər.
Artıq birinci oxunuşdan keçən layihədə kibertəhlükəsizliyin qorunması istiqamətində atılan addımlarda şəffaflığın təmin edilməsi, ictimai nəzarətin təşkili, informasiya açıqlığı, fərdi məlumatların toxunulmazlığı, nəzarətedici qurumların hesabatlılığı ilə bağlı müddəalara rast gəlinmir.
Düşünürəm ki, bu tip fəaliyyətdə müəyyən prinsiplərin təsbit olunması olduqca vacibdir.
Eyni zamanda, fikrimcə artıq hazır olduğu bildirilən kibertəhlükəsizlik strategiyasının qəbulu da bu sahəyə daha geniş yanaşmağa, kiber mühit üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq əməkdaşlıq məsələlərini nəzə almağa, dövlət qurumları arasında səlahiyyət bölgüsünü dəqiqləşdirməyə kömək edə bilərdi.
Ümumiyyətlə, ölkəmizdə kiber ekosistemin tənzimlənməsinə ciddi ehtiyac olması müzakirə predmeti deyil və buna ciddi ehtiyac var.
Xüsusilə də, bu qanun ölkənin kiber mühitinin inkişafı və dayanıqlığında, sektorda milli maraqların qorunmasında, dövlət sektorunda xidmətlərin dayanıqlığında mühüm rol oynayacaq.
Amma bu prosesə maraqlı tərəfləri cəlb etməklə, beynəlxalq təcrübə nəzərə alınmaqla kompleks yanaşmaq daha faydalı olardı.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023
Hansı sektor daha güclü müdafiə olunur :dövlət, yoxsa özəl ?

Hansı sektor daha güclü müdafiə olunur :dövlət, yoxsa özəl ?

30-10-2023
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022
Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024
Kiberhücumlara qarşı yeni qurum yaradılıb

Kiberhücumlara qarşı yeni qurum yaradılıb

23-04-2022
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022
DTX kiber sektorda  biznes və vətəndaş üçün daha əlçatan olub

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024
“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023
Ekspert: PROSOL kibertəhlükəsizliklə bağlı faydalı konfrans keçirir

Ekspert: PROSOL kibertəhlükəsizliklə bağlı faydalı konfrans keçirir

21-09-2022
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023
Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022
Azərbaycanda kibertəhlükəsizliklə bağlı yenilik

Azərbaycanda kibertəhlükəsizliklə bağlı yenilik

04-04-2023
Bu qurumların strukturu niyə təsdiqlənmir?

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021
Kritik informasiya infrastrukturuna kiberhücumun qarşısı alınıb

Kritik informasiya infrastrukturuna kiberhücumun qarşısı alınıb

19-12-2025
Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

07-07-2021
Ekspert: iTicket şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir 

Ekspert: iTicket şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir 

14-08-2022
Müdafiə Nazirliyində kiber məsələlərə ciddi önəm veriləcək-Ekspert

Müdafiə Nazirliyində kiber məsələlərə ciddi önəm veriləcək-Ekspert

17-08-2023
6 ayda Azərbaycan üzrə 2 000 zərərli resurs zərərsizləşdirilib

6 ayda Azərbaycan üzrə 2 000 zərərli resurs zərərsizləşdirilib

04-06-2026
 İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023
m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026
"Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin siyahısı dərc olunacaq"

"Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin siyahısı dərc olunacaq"

31-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə