Previous Next
Bağla

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023 13:51
Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH
Nazirlər Kabineti “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nı təsdiq edib.
 
Qaydalar kritik informasiya infrastrukturuna daxil olan qurumların təhlükəsizliyinə, kibertəhlükəsizlik xidməti provayderinə qarşı tələbləri, səlahiyyətli qurumların hüquq və vəzifələrini müəyyən edir. Kritik informasiya infrastrukturuna daxil olan qurumların Siyahısı isə hələlik açıqlanmayıb.
 
Gözlənilir ki, bu Siyahıya xeyli sayda dövlət qurumları, dövlət şirkətləri və iri özəl şirkətlər daxil ediləcək. Mövcud normalara görə bu Siyahı DTX -nin təklifləri əsasında NK tərəfindən təsdiqlənir.
 
Kritik informasiya infrastrukturu ilə bağlı əsas səlahiyyətlər DTX və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə məxsusdur. Özəl sektorla bağlı isə bu tip məsələlərdə səlahiyyət tam olaraq DTX-ya verilib.
 
Həm DTX-da, həm də XRİTDX-də Milli Kibermərkəzlər formalaşdırılacaq.
Düşünürəm ki, bu Qaydalar və sektoru tənzimləyən digər hüquqi aktlar təhlükəsizliyin qorunmasında mühüm rol oynayacaq. Kritik siyahıya daxil olan qurumların məsuliyyəti xeyli artacaq.
 
Əvvəllər könüllü olan kibertəhlükəsizliklə bağlı auditlər və yoxlamalar indi məcburi olacaq. Əvvəllər qurumlara olan kiber hücumlar və təhdidlər açıqlanmırdısa indi onları gizlətmək mümkün olmayacaq. Bu sektora daxil olan qurumların informasiya sistemlərinin, xidmətlətlətinin dayanıqlığı və keyfiyyəti xeyli yüksələcək.
Yeni şirkətlər, kibertəhlükəsizlik xidməti provayderləri, yeni iş yerləri yaradılacaq. Xeyli sayda kiber mütəxəssislərə ehtiyac olacaq.
 
Kritik qurumlar bu şirkətlərlə mütləq şəkildə müqavilə bağlamalıdırlar.
Kibertəhlükəsizlik xidməti provayderlərinə qarşı tələbləri DTX müəyyən edəcək.
Dövlət qurumlarında kiber təhlükəsizliklə bağlı tələblərə əməl olunması üzrə yoxlamalar Prezidentin, Birinci vitse-prezidentin və vitse-prezidentlərin tapşırığı ilə, hətta mediada gedən məlumatlar əsasında keçirilə bilər. Kritik qurumların təhlükəsizliyinin bu qaydalarla təşkilində risklər də var. Dövlət və özəl sektorun informasiya sistemləri və datalarına xidmət göstərən, böyük həcmdə datalara çıxış imkanı qazanan kiber provayderlərə nəzarət güclü olmalıdır.
 
Bu şirkətlərə qarşı DTX-nın müəyyən etdiyi şərtlər mövcud olsa da, istənilən halda təhlükəsizliklə bağlı insan amilinin rolu yüksələcək. DTX özəl qurumların dəvəti ilə bu qurumların ofislərinə daxil olub kiber məsələlərlə bağlı məsləhət, metodiki köməklik və s. göstərə bilər. Düşünürəm ki, bu məqamlar daha da dəqiqləşdirilməlidir.
 
Özəl sektorda belə bir infrastrukturun formalaşması təbii ki əlavə xərclər hesabına başa gələcək. Şirkətlər bu sahəyə investisiya yatırmalı olacaqlar. Əgər bu pullar dövlət tərəfindən qarşılanmasa qiymət artımı riskləri ola bilər. Eyni zamanda , düşünürəm ki, bütövlükdə bu proseslərdə şəffaflığın və hesabatlılığın təmin edilməsinə, informasiya açıqlığına ictimai nəzarət imkanlarının yaradılmasına diqqət yetirilməlidir.
 
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun Prezidenti
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
DTX kiber sektorda  biznes və vətəndaş üçün daha əlçatan olub

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024
Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024
Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

07-05-2022
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022
Azərbaycanda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq ediləcək

Azərbaycanda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq ediləcək

26-10-2023
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
 İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023
Hansı sektor daha güclü müdafiə olunur :dövlət, yoxsa özəl ?

Hansı sektor daha güclü müdafiə olunur :dövlət, yoxsa özəl ?

30-10-2023
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023
Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022
Ekspert: iTicket şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir 

Ekspert: iTicket şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir 

14-08-2022
Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

13-08-2025
Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

19-04-2021
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

26-09-2025
Osman Gündüz: Ölkədə hələ də hansı qurumun kritik olması məlum deyil

Osman Gündüz: Ölkədə hələ də hansı qurumun kritik olması məlum deyil

22-08-2024
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023
Ölkəmizin kiber müdafiəsi ilə bağlı generallar bir araya gələcək

Ölkəmizin kiber müdafiəsi ilə bağlı generallar bir araya gələcək

16-10-2023
"İnformasiya Təhlükəsizliyində "Paqonlu" idarəetmə dövrü başa çatdı"

"İnformasiya Təhlükəsizliyində "Paqonlu" idarəetmə dövrü başa çatdı"

13-05-2025
Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb

Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb

09-10-2025
Kritik informasiya infrastrukturuna kiberhücumun qarşısı alınıb

Kritik informasiya infrastrukturuna kiberhücumun qarşısı alınıb

19-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə