Previous Next
Bağla

Ekspert: Özəl provayderlərin müştəriləri Aztelekom tərəfindən “oğurlanır“

30-09-2019 14:59
Ekspert: Özəl provayderlərin müştəriləri Aztelekom  tərəfindən “oğurlanır“

Xeberler.az bildirir ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) özəl provayderlərə qarşı haqsız rəqabəti davam edir. Bir müddətdir ki, müxtəlif regionlardan özəl provayderlərin Aztelecom tərəfindən sıxışdırılaraq müştərilərin məcburən dövlət provayderinə keçməsi və internetin keyfiyyətsiz olması ilə bağlı şikayətlər daxil olur. 

Belə ki, özəl İSP-lər üçün rabitə quyularına giriş qadağan olunub, ATS-dəki dövlət resursları da özəl provayderlərin üzünə bağlanıb. Dövlətə məxsus olan telekommunikasiya resurslarından dövlət və özəl İSP-lərin bərabər əsaslarla istifadəsi mümkünsüz olub. 

Hazırda bir sıra provayderlər bununla bağlı məhkəməyə müraciət edib.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:

“NRYTN innovasiya adı altında, müştəriyə yaxın ərazidə ONA tipli ATS quraşdırır. Köhnə ATS-dən buradək olan məsafəni fiberoptik edir. Buradan müştəriyədək olan məsafə isə yenə də köhnə mis məftil üzərində quraşdırılır.

Bundan sonra NRYTN özəl provayderə bildirir ki, onların köhnə ATS-də olan avadanlıqları dərhal yeni ONA ətrafına daşınmalıdır. Provaydrelər isə təbii ki, qısa müddətdə burada öz avadanlıqlarını quraşdıra bilmir. Çünki ONA-da yer yoxdur, həmin ərazidə torpaq icarəyə götürmək, quraşdırma işləri aparmaq, elektrik xətti çəkmək və s. elə də asan məsələ deyil və zaman tələb edir.

Belə olan halda isə onların bütün müştəriləri, müştərinin və provayderin razılığı olmadan Aztelekom üzərinə keçirilir“.

Osman Gündüzün sözlərinə görə, müştəriləri “oğurlanan“ rayonlar arasında birinci yeri Abşeron tutur. Bu rayondan son zamanlar özəl İSP-lərin toplam təxminən 23 min müştərisi oğurlanıb.

İkinci yeri isə Xaçmaz rayonu tutur. Bu rayonda son zamanlar özəl provayderlərin təxminən 7 min müştərisi “oğurlanıb“ və Aztelekoma keçirilib.
Hazırda isə bu rayonda ümumiyyətlə özəl provayder yoxdur.

Ekspert şəhərlər arasında ən çox müştərisi “oğurlananın“ Gəncə olduğunu bildirib. Belə ki, son zamanlarda Gəncədə özəl provayderlərin təxminən 25 min müştərisi “oğurlanıb“.

Siyahıda ikinci yeri Sumqayıt şəhəri tutur. Burada soz zamanlarda özəl provayderlərin təxminən 20 min müştərisi “oğurlanıb“.

Osman Gündüz son olaraq ən çox müştərisi “oğurlanan“ özəl provayderlərin adlarını açıqlayıb.
1. Avirtel – təxminən 10 min müştərisi oğurlanıb
2. DataPlus
3. TransEuroCom
4. Smart
5. Evrotel
6. Alfanet
7. Metronet

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

Özəl provayderlərə qarşı haqsız rəqabət aparılır

00-00-0000

Ekspert: NRYTN özəl provayderlərin 3500 müştərisini oğurlayıb

11-06-2019

Avirtelin Abşeron Telekommunikasiya Qovşağına qarşı qaldırdığı iddiaya baxılacaq

07-10-2019

Son illərdə İKT sektorunda baş verənlərin müqayisəsi

04-06-2019

Qaxda internet istifadəçilərinə problemlər yaradılır

10-10-2016

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Özəl provayderlərə qarşı “İnnovativ müharibə“ elan edilib

15-10-2019

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020

İnterneti kimdən alaq-özəl, yoxsa dövlət provayderindən?

18-04-2018

«İnternet keyfiyyətsizdirsə, günahı provayderdə yox, nazirlikdə axtarmaq lazımdır»

18-04-2010

Aztelecom abonentlərin hüquqlarını pozur

23-09-2019

Avirtelin Abşeron Telekommunikasiya Qovşağı ilə olan məhkəməsi təxirə salınıb

10-10-2019

Özəl provayderlər internet bazarından sıxışdırılır

11-06-2019

Nə üçün nazir AzTelekom və BTRİB-i ciddi tənqid edib?

28-01-2015

Azərbaycanda internetlə bağlı problemlər və onların həlli yolları müzakirə olunub

07-10-2021

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016

«Azərbaycanda dövlət provayderlərinin hegemonluğu var»

09-03-2010

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019

ADSL texnologiyasına dövlət vəsaiti xərcləmək olarmı?

31-05-2019

Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

29-08-2017

Provayderlər yeni qaydaları gözləyir

25-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə