Previous Next
Bağla

Ekspert: Rəqəmsal torpaq xəritələri varmı, Milli Məkan Məlumatları infrastrukturu qurulacaqmı ?

16-04-2021 18:00
Ekspert: Rəqəmsal torpaq xəritələri varmı, Milli Məkan Məlumatları infrastrukturu qurulacaqmı ?
Rəqəmsal torpaq xəritələri varmı, Milli Məkan Məlumatları infrastrukturu quruldumu ?
 
"Elektron hökumətin əsas tərkib hissələrindən biri də Milli Məkan Məlumatları infrastrukturudur. Prezidentin 28 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilib.
 
Fərmana uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi Milli Məkan Məlumatları İnformasiya Sistemini yaratmalı və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya etməliydi.
 
İşlərin görülməsi üçün açıq tender keçirilib və İsrailin beynəlxalq “Ofek Aerial Photography” şirkəti tenderin qalibi elan edilib. Milli Məkan Məlumatları İnformasiya Sisteminin 2019-cu ilin sonuna hazır olacağı bildirilirdi. Bu işlərin görülməsi VXSİ Dövlət Agentliyi və Əmlak Məsələləri Dövlət Xidmətinə (sistemin operatoru) həvalə olunmuşdu. Hələlik adı çəkilən sistem ortada yoxdur.
 
Prezidentin adı çəkilən fərmanının bir çox bəndləri də hələlik icra edilməyib.
Milli Məkan Məlumatları sistemində torpaqların elektron kadastrı və rəqəmsal xəritələr mühüm yer tutur. Bu istiqmaətdə də nəzərdə tutulan işlər başa çatdırılmayıb.
 
Torpaqların Elektron Kadastr Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı 5 il bundan öncə, 7 mart 2016-cı ildə Prezident fərman imzalayıb. İşlərin görülməsi indiki Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırılmışdı.
Bununla bağlı 2016 - 2020-ci illəri əhatə edəb Dövlət Proqramı olub. Elektron kadastr (torpaqların dəqiq sərhədləri, mülkiyyət mənsubiyyəti, kateqoriyası, münbitlik dərəcəsi, şorlaşma vəziyyəti, mühafizə zonaları və s.) və rəqəmsal xəritələr 56 bölgəni əhatə etməliydi.
 
Xatırlayıram ki, ötən illərdə, xüsusən də 2016-2018 –ci illərdə bu işlərin reallaşması istiqamətində bir xeyli uğurlu addımlar atılmışdı. 2018-ci ilin sonlarında artıq 42 bölgə üzrə işlərin yekunlaşdığı bildirilridi. Rəsmi açıqlamalara görə 2019-cu ildə işlərin başa çatdırılması və Sistemin onlayn rejimdə işə salınması gözlənilirdi. Amma hələlik ortada belə bir resurs yoxdur.
 
Düşünrəm ki, hazırda nəinki qabaqcadan müəyyən olunan 56 bölgədə, hazırda işğaldan azad olunan torpaqlarımızda da belə bir elektron kadastrın və rəqəmsal xəritələrin hazırlanması mühüm əhəmiyyət kəsb edir.
 
Odur ki, Əmlak Məsələləri Dövlət Xidməti və VXSİ Dövlət Agentliyi Milli Məkan Məlumatları infrastrukturunun qurulması istiqamətində işləri canlandırmalıdırlar. Milli Məkan Məlumatları sistemində xüsusi yer tutan, böyük əmək sərf olunaraq hazırlanan faydalı bir dövlət resursu, Ünvan Portalı (unvanportali.az) resursu da təəssüf ki aktiv deyil".
 
Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

21-04-2022

Milli Məkan Məlumatları İnformasiya Sistemi yaradılır

25-07-2019

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018

Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı növbəti iclas keçirilib

11-08-2025

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019

“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib

10-01-2025

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018

Milli məkan məlumatları ilə bağlı bu qayda təsdiqləndi

15-02-2024

Əmlak Məsələləri Dövlət Xidmətində Koreya nümayəndə heyəti ilə görüş keçirilib

29-08-2025

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017

"Milli Məkan Məlumatları" ilə bağlı işlər xeyli sürətlənib - Ekspert

11-08-2025

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015

Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması müzakirə olunub

11-12-2025

Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

12-09-2019

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017

Ekspert: “4MAPS Bilgi Teknolojileri” şirkəti Azərbaycandadırmı?

12-02-2025

35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

23-05-2019

Ekspert: Azərbaycanın nəhəng informasiya resursunun hazırlanmasına start verilib

22-01-2025

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018

14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018

Bakının elektron kadastr məlumat bazası yaradılıb

23-09-2015

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə