Previous Next
Bağla

Ekspert: Azərbaycanın nəhəng informasiya resursunun hazırlanmasına start verilib

22-01-2025 16:28
Ekspert: Azərbaycanın nəhəng informasiya resursunun hazırlanmasına start verilib
"Bir müddət öncə İqtisadiyyat Nazirliyinin elan etdiyi “Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması” ilə bağlı 21 milyonluq tender haqqında məlumat vermişdim". 
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, 250 səhifəlik texniki şərtlər toplusundan görsənirdi ki, layihə ölkə miqyasında bütün mövcud coğrafi məlumatların toplanması, saxlanması, emal edilməsi və istifadəsi üçün nəzərdə tutulan bir informasiya sistemini yaratmağı hədəfləyib:
 
"Layihədə çoxsaylı məlumatların (topoqrafik, geoloji, ekoloji, şəhər yolları, su şəbəkələri, elektrik xətləri, su hövzələri, meşə sahələri və ya çirklənmiş bölgələr, şəhərsalma planları, fərdi torpaq mülkiyyətlərinin qeydiyyatı və kadastr məlumatları və s.) inteqrasiya olunduğu rəqəmsal resursun yaradılması nəzərdə tutulur. Tenderə Azərbaycanın ən böyük İT şirkətləri, Best Comp, CASPEL, SİNAM, ULTRA şirkətləri qatılmışdı".
 
Osman Gündüzün sözlərinə görə, tenderlə bağlı müddət bir neçə dəfə uzadılsa da, uzun müzakirələrdən sonra artıq məlumat verilib ki, CASPEL şirkəti, Cyberpoint və RİSK şirkətləri ilə birləşərək bu tenderi udub və adı çəkilən informasiya resursunun hazırlanması ilə bağlı 19 milyonluq bir müqavilə imzalanıb:
 
"Görünür ki, ölkənin ən böyük İT şirkəti olan CASPEL üçün də təklikdə bu tenderdə qalib gəlmək çətin olub.
 
Xatırladıram ki, uzun illər bu layihəni reallaşdırmaq mümkün olmayıb. Prosesə az qala 10 il bundan öncə başlanıb və ən geci 2019-cu ilə hazır olmalıydı.
 
Əvvəllər bu sahə ilə Dövlət Torpaq Komitəsi, sonradan Əmlak Məsələləri Dövlət Xidməti, ASAN, RİNN, sonradan İqtisadiyyat Nazirliyi müxtəlif formalarda məşğul olub".
 
Ekspert qeyd edib ki, illər öncə hətta İsrailin “Ofek Aerial Photography” şirkəti ilə müqavilələr də bağlanmışdı. Amma nədənsə sonralar bu reallşmadı:
 
"Görünür ki, hökumət bu cür strateji bir layihəni yerli şirkətlərə verməyi üstün tutub, hansı ki, hesab edirəm bu, çox doğru bir yanaşmadır.
 
Bildiyim qədər artıq CASPEL partnyor şirkətlərlə birgə Milli Məkan Məlumatları infrastrukturunun qurulmasına və informasiya sisteminin hazırlanmasına start verib.
Ümid edirəm CASPEL və digər partnyorlar maraqlı tərəfləri də bu nəhəng layihənin icrasına cəlb edəcəklər".
 
Osman Gündüz düşünür ki, İqtisadiyyat Nazirliyinin yetərincə ictimai əhəmiyyət kəsb edəb bu layihənin icrasına ictimai nəzarət imkanlarını yaratması da çox vacibdir:
 
"Tenderdə konsorsium formasında qalib olan hər bir şirkətin sektordakı təcrübəsini nəzərə alaraq ümid edirəm ki hamı üçün əlçatan olan, ən yüksək texnologiyalar əsasında qurulan bir faydalı informasiya resursu ortaya çıxara biləcəklər.
 
Fikrimcə bu resursun rəqəmsal hökumət infrastrukturuna inteqrasiyası ilə yanaşı, hazırda qurulması nəzərdə tutulan Superkompüter Mərkəzinə də inteqrasiya etmək doğru olardı".
 
Sonda ekspert bildirib ki, kritik resursların siyahıları açıqlanmasa da düşünmək olar ki, bu cür strateji və ciddi bir informasiya resursu da dərhal kritik informasiya infrastrukturuna və DTX və XRİTDX-nin nəzarət perimetrinə daxil edilib:
 
"Düşünürəm ki, dövlət və özəl sektor üçün, həmçinin elm sektoru və vətəndaşlar üçün nəzərdə tutulan bu nəhəng ictimai resurs ölkənin rəqəmsal transformasiyası üçün, daha doğru və effektiv qərarların qəbulu üçün mühüm əhəmiyyət kəsb edir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Milli Məkan Məlumatları" ilə bağlı işlər xeyli sürətlənib - Ekspert

"Milli Məkan Məlumatları" ilə bağlı işlər xeyli sürətlənib - Ekspert

11-08-2025
Milli Məkan Məlumatları İnformasiya Sistemi yaradılır

Milli Məkan Məlumatları İnformasiya Sistemi yaradılır

25-07-2019
Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

21-04-2022
Ekspert: “4MAPS Bilgi Teknolojileri” şirkəti Azərbaycandadırmı?

Ekspert: “4MAPS Bilgi Teknolojileri” şirkəti Azərbaycandadırmı?

12-02-2025
Ekspert: Rəqəmsal torpaq xəritələri varmı, Milli Məkan Məlumatları infrastrukturu qurulacaqmı ?

Ekspert: Rəqəmsal torpaq xəritələri varmı, Milli Məkan Məlumatları infrastrukturu qurulacaqmı ?

16-04-2021
Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

13-08-2025
Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024
Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

14-05-2025
Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019
Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

16-04-2019
Ekspert:Qarabağın işğaldan azad olunan ərazilərinin coğrafi məlumatlarını kim hazırlayıb?

Ekspert:Qarabağın işğaldan azad olunan ərazilərinin coğrafi məlumatlarını kim hazırlayıb?

17-08-2022
Uğursuz İT layihələr üçün məsul şəxslərdən hesabat tələb olunacaqmı?

Uğursuz İT layihələr üçün məsul şəxslərdən hesabat tələb olunacaqmı?

09-04-2019
İqtisadiyyat Nazirliyindən bu şirkətə 11 milyon manatlıq

İqtisadiyyat Nazirliyindən bu şirkətə 11 milyon manatlıq

11-07-2024
Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020
Ekspert: Azəriqaz, Azərişıq və Azərsu vahid elektron platformada birləşdiriləcək

Ekspert: Azəriqaz, Azərişıq və Azərsu vahid elektron platformada birləşdiriləcək

25-07-2022
Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı növbəti iclas keçirilib

Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı növbəti iclas keçirilib

11-08-2025
“Azəricard”da nə baş verib?

“Azəricard”da nə baş verib?

07-01-2024
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
Milli informasiya resursları ələ keçirilib

Milli informasiya resursları ələ keçirilib

03-03-2023
Elektron məhkəmə sisteminin yaradılması nə zaman başa çatacaq ?

Elektron məhkəmə sisteminin yaradılması nə zaman başa çatacaq ?

05-04-2019
MİDA yeni onlayn satış elan edib

MİDA yeni onlayn satış elan edib

16-11-2023
Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə