Previous Next
Bağla

Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

21-04-2022 11:21
Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaqların elektron kadastr uçotu informasiya sistemi üzərində işlərin aparıldığı, hətta başa çatdırıldığı haqqında məlumatlar verir. Rəqəmsal kadastr xəritəsinin də xeyli müddət öncə hazır olması bildirilib.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbacan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz “Facebook” səhifəsində paylaşım edib

Ekspertin sözlərinə görə, bununla bağlı ümumi istifadədə olan bir Portal da hazırlanırdı. Lakin adı çəkilən resurslar hələlik ortada yoxdur. Hansı ki, bu resurslar Prezidentin 7 mart 2016-cı ildə imzaladığı Fərmana görə 4-5 il öncədən hazır olmalıydı. Qurum 2020-ci ilədək işlərin tam başa çatdırılacağını da açıqlamışdı.

“Ümumiyyətlə isə, xatırladıram ki, kadastrala bağlı qaydalar hələ on illər bundan öncə Prezident tərəfindən təsdiqlənib.

Azərbaycanın bütün sektorlarında gedən rəqəmsal transformasiya proseslərində rəqəmsal torpaq xəritələri mühüm əhəmiyyət kəsb edir.

Bu tip resurslar dövlət , özəl və vətəndaş cəmiyyyəti sektorları uçun, bələdiyyələr üçün olduqca faydalıdır.

Adı çəkilən resurslarda hər bir torpaq parselinin təyinatı, hüdudları, onların üzərindəki tikilinin ünvanı, o cümlədən tikintialtı sahəsi, perimetri, koordinatları, torpağın keyfiyyət göstəriciləri və s. barədə müfəssəl məlumatlar verilməlidir.”

Osman Gündüz bildirir ki, hazırlanacaq resurslarda torpaq sahəsində hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar tənzimlənməlidir.

“Bununla bağlı Prezidentin 15 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq da Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu cür uyğunsuzluqlarla bağlı dürüstləşdirmə işləri aparılmalıydı.

Xatırlayıram ki, pandemiyadan öncə, 2016-2019-cu illərdə bu resursların hazırlanması üzərində bir xeyli işlər görülmüşü, bir neçə dəfə təqdimatlar olmuşdu.

Lakin, səalhiyyətli qurum uzun illər bunun üzərində ciddi işlərin getməsini bildirsə də, təəssüf ki, hələlik bu resurslar əlçatan deyil.

Nə zaman istifadəcəyə hazır olacağı haqqında da rəsmi bir açıqlama yoxdur.

Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, elektron hökumətin əsas tərkib hissələrindən biri olan Milli Məkan Məlumatları ilə bağlı vəziyyət də elə kadastrda olduğu kimidir.

Prezidentin 28 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilib.

Fərmana uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti Milli Məkan Məlumatları İnformasiya Sistemini yaratmalı və eGov-a inteqrasiya etməliydi.

Bu işlərin görülməsi uçun İsrailin beynəlxalq “Ofek Aerial Photography” şirkəti ilə müqavilə də bağlanmışdı

Milli Məkan Məlumatları İnformasiya Sisteminin hazırlanması ilə bağlı da xeyli işlər görülmüşdü, 2019-cu ilin sonuna hazır olacağı bildirilirdi.

Sistemin operatoru olan Əmlak Məsələləri Dövlət Xidməti bu işləri Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə reallaşdırmalıydı.

Lakin təəssüf ki, Məkan Məlumatları İnformasiya Sisteminin hazırlanması ilə bağlı Prezident fərmanı da hələlik icra edilməyib.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Rəqəmsal torpaq xəritələri varmı, Milli Məkan Məlumatları infrastrukturu qurulacaqmı ?

Ekspert: Rəqəmsal torpaq xəritələri varmı, Milli Məkan Məlumatları infrastrukturu qurulacaqmı ?

16-04-2021
Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019
Milli Məkan Məlumatları İnformasiya Sistemi yaradılır

Milli Məkan Məlumatları İnformasiya Sistemi yaradılır

25-07-2019
14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018
"Milli Məkan Məlumatları" ilə bağlı işlər xeyli sürətlənib - Ekspert

"Milli Məkan Məlumatları" ilə bağlı işlər xeyli sürətlənib - Ekspert

11-08-2025
Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

12-09-2019
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib

“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib

10-01-2025
Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015
Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018
Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı növbəti iclas keçirilib

Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı növbəti iclas keçirilib

11-08-2025
Ekspert: Azərbaycanın nəhəng informasiya resursunun hazırlanmasına start verilib

Ekspert: Azərbaycanın nəhəng informasiya resursunun hazırlanmasına start verilib

22-01-2025
Milli məkan məlumatları ilə bağlı bu qayda təsdiqləndi

Milli məkan məlumatları ilə bağlı bu qayda təsdiqləndi

15-02-2024
Əmlak Məsələləri Dövlət Komitəsi məlumatların inteqrasiyasına start verib

Əmlak Məsələləri Dövlət Komitəsi məlumatların inteqrasiyasına start verib

12-07-2019
Əmlak Məsələləri Dövlət Xidmətində Koreya nümayəndə heyəti ilə görüş keçirilib

Əmlak Məsələləri Dövlət Xidmətində Koreya nümayəndə heyəti ilə görüş keçirilib

29-08-2025
Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018
Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017
35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

23-05-2019
Regionlarda torpaqlar elektron uçota alınır

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017
37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019
Elektron kadastr uçot işlərinə başlanıldı

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018
Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması müzakirə olunub

Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması müzakirə olunub

11-12-2025
Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

19-11-2015
Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

10-05-2022
14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə