Previous Next
Bağla

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019 16:12
Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

Torpaqların elektron kadastr uçotu informasiya sistemi və rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 7 mart 2016-cı ildə Fərman qəbul edilib. Həmin Fərmana görə ilin sonunadək bütün ölkə üzrə belə bir informasiya sistemi və rəqəmsal xəritə hazırlanmalıdır. Bununla bağlı bəlli Qaydalar da müəyyən olunub.

Bir neçə gün öncə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaqların elektron kadastr uçotu informasiya sistemi və rəqəmsal kadastr xəritəsinin Bakı şəhəri üçün  hazır olduğunu bildirib.

ƏMDK hazırda bu resursun başa çatdırılması istiqamətidnə ciddi işlər aparır.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib:

"Düşünürəm ki, çox faydalı bir resurs olacaq.

Torpaq kadastrı haqqında qanun 1998-ci ildə qəbul edilib. Ölkədə 2010-cu ildə Prezident fərmanı ilə daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi Qaydaları müəyyən olunsa da torpaqlarla bağlı vəziyyət fərqlidir. İndiyədək oturuşmuş , istinad oluna biləcək torpaq kadastrı ilə bağlı elektron resurs formalaşmayıb. Rəqəmsal sektorda ən gözə çarpan kasıbçılıq müxtəlif sahələr üzrə rəqəmsal xəritələrin olmaması ilə bağlıdır.

Torpaqlarla bağlı real vəziyyəti əks etdirən rəqəmsal kadastr xəritəsinə ciddi ehtiyac var. Hazırlanmaqda olan bu rəqəmsal resurs bəlkə də ən əsas, ən bazis rolunu oynayacaq bir mənbə olacaq".

Kadastrda nələr olacaq ?

"Kadastr, ümumiyyətlə, torpaq haqqında mövcud olan bütün məlumatların bir məcmusudur.

Odur ki , qaydalara uyğun olaraq hazırlanmaqda olan informasiya sisteminə hər bir torpaq parselinin təyinatı, hüdudları, onların üzərindəki tikilinin ünvanı, o cümlədən tikintialtı sahəsi, perimetri, koordinatları, torpağın keyfiyyət göstəriciləri və s. barədə müfəssəl məlumatlar daxil ediləcək.

Mürəkkəb bir prosesdir. Həmçinin burada torpaq sahəsində hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar tənzimlənməlidir.

Düşünürəm ki, bu resurs torpaq üzərində hüquqların dövlət qeydiyyatı işini daha da sadələşdirəcək, daha səmərəli istifadəyə imkan verəcək, o cümlədən torpaq ehtiyatlarının çevik və effektiv mexanizmlərlə idarəsinə imkan verəcəkdir. Bundan istifadə edilməklə müxtəlif tematik rəqəmsal kadastr xəritələri hazırlana biləcək.
Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas olacaq.

Kadastar informasiya sisteminin digər dövlət informasiya sistemlərinə , əmlakın dövlət reyestrinə, Elektron məhkəmə sisteminə inteqrasiyası bu sahədə qərar qəbuletmə proseslərinin daha sürətli və daha etibarlı qurulmasına kömək edəcək".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

12-09-2019
Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

21-04-2022
14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018
Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018
Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015
Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018
37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019
Regionlarda torpaqlar elektron uçota alınır

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017
Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017
Əmlak Məsələləri Dövlət Komitəsi məlumatların inteqrasiyasına start verib

Əmlak Məsələləri Dövlət Komitəsi məlumatların inteqrasiyasına start verib

12-07-2019
35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

23-05-2019
Elektron kadastr uçot işlərinə başlanıldı

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018
Torpaqların elektron uçotunda peyk xidmətindən istifadə ediləcək

Torpaqların elektron uçotunda peyk xidmətindən istifadə ediləcək

22-02-2017
Ölkədə  4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

Ölkədə 4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

19-04-2017
Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018
Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018
Ekspert: Rəqəmsal torpaq xəritələri varmı, Milli Məkan Məlumatları infrastrukturu qurulacaqmı ?

Ekspert: Rəqəmsal torpaq xəritələri varmı, Milli Məkan Məlumatları infrastrukturu qurulacaqmı ?

16-04-2021
Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017
Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019
Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

19-11-2015
Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

31-01-2019
Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

18-12-2018
Kadastr kalkulyatoru yaradılıb

Kadastr kalkulyatoru yaradılıb

04-09-2018
Torpaqların elektron uçotu qaydaları təsdiqlənib-Fərman

Torpaqların elektron uçotu qaydaları təsdiqlənib-Fərman

08-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə