Previous Next
Bağla

Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

12-09-2019 10:33
Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 7 mart tarixli fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir dünya təcrübəsinə istinad etməklə torpaq və onun üzərindəki daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazası formalaşdırılır, ərazilərin rəqəmsal kadastr xəritələri tərtib edilir.

Artıq Bakı şəhərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, rəqəmsal kadastr xəritələri tərtib edilib.

Qeyd edilməlidir ki, Bakının rəqəmsal kadastr məlumatları bazası paytaxtın Baş Planının hazırlanması işində əsas istinad mənbələrindən biri hesab olunur. Bu məqsədlə şəhərin rəqəmsal kadastr məlumatları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron şəkildə təqdim olunub. Bakının Baş Planının hazırlanmasında əsas istinad edilən bu bazada paytaxtda yerləşən əmlaklar, torpaq sahələri barədə müfəssəl məlumatlar yerləşdirilib.

Belə ki, burada hər bir torpaq parselinin hüdudları, onların üzərindəki tikilinin ünvanı, mərtəbəliliyi, o cümlədən tikintialtı sahəsi, perimetri, koordinatları və s. barədə müfəssəl məlumatlar toplanıb.

Eyni zamanda şəhərin kommunikasiya infrastrukturu haqqında da dəqiq informasiya yer alıb. Məlumat bazasında yerüstü mühəndis-kommunikasiya xətləri əks olunub. Bu bazada torpaq, yaşayış binaları, istehsalat obyektləri, qeyri-yaşayış sahələri, o cümlədən təhsil, səhiyyə, məişət obyektləri barədə geniş informasiyalar öz əksini tapır.

Həmçinin məlumat bazasında bir çox mühəndis-kommunikasiya infrastrukturu obyektlərinin mühafizə zonaları və zolaqlarının hüdudları əks olunub. Sosial təyinatlı obyektlərin yerləşməsinə dair məlumatların mövcudluğu onların xidmət radiuslarının təhlilinə, zəruri əlavə layihələndirmə işlərinin  lazımlılıq  dərəcəsinin müəyyənləşdirilməsinə imkan verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əmlak Məsələləri Dövlət Komitəsi məlumatların inteqrasiyasına start verib

12-07-2019

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017

Ölkədə 4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

19-04-2017

Bakının elektron kadastr məlumat bazası yaradılıb

23-09-2015

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019

14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018

Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

21-04-2022

Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

19-11-2015

Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq

25-09-2013

Kadastr kalkulyatoru yaradılıb

04-09-2018

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

18-12-2018

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018

Daha bir rayonda torpaqlar elektron qeydiyyata alınır

20-04-2018

Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

17-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə