Previous Next
Bağla

Ekspert: Seçki sistemi və infrastrukturu ölkənin rəqəmsal inkişaf səviyyəsindən xeyli geridədir

28-08-2024 14:11
Ekspert: Seçki sistemi və infrastrukturu ölkənin rəqəmsal inkişaf səviyyəsindən xeyli geridədir
1 sentyabr 2024-cü il Azərbaycanda növbədənkənar Parlament seçkiləri günüdür.
 
Qeyd edək ki, ötən gün Mərkəzi Seçki Komitəsi tərəfindən 1000 seçki məntəqəsində veb kameralar quraşdırılıb.
 
Görəsən, MSK seçki günü məntəqələrdə vətəndaşların şəxsiyyətini təsdiq edən “rəqəmsal şəxsiyyət vəsiqəsini” qəbul edəcək, yoxsa kağız formada sənəd tələb edəcək ?
 
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
"RİNN-in həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi ilə az qala dağ başında olan məktəbə belə (seçki məntəqəsinə) fiber optik internet xətti çəkilib. ETN isə mövcud münbit şəraitdən effektiv istifadə edib və fiber optik bağlantı qurulan məktəblərin sayını bir neçə dəfə artırıb.
 
Amma MSK-nın veb kameraların sayı ilə bağlı açıqlamaları 15 ildir dəyişməz qalıb".
 
Qeyd edək ki, bir neçə ay öncə Prezident İlham Əliyev mövcud qanunvericiliyə dəyişiklikləri təsdiqləyib və bununla da vətəndaşlara məxsus bir neçə sənədin rəqəmsal variantının hüquqi statusu təsdiqlənib.
 
RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi MyGov portal vasitəsilə təqdim edilən “rəqəmsal şəxsiyyət vəsiqəsinin” fiziki formada (kağız formada) təqdim edilən şəxsiyyət vəsiqəsilə eyni hüquqi qüvvəyə malik olduğunu açıqlayıb.
 
Osman Gündüz isə bildirib ki, seçki günü seçki məntələqlərində vətəndaşların təqdim edəcəkləri indetifikasiya vasitəsi olaraq yalnız fiziki şəxsiyyət vəsiqələrindən danışılır. Rəqəmsal şəxsiyyət vəsiqələrinin" necə tədim ediləcəyi, smartfonda MyGov tətbiqində olan məlumatların seçki məntəqəsində necə identifikasiya olunacağı haqqında heç bir açıqlamaya rast gəlmək mümkün deyil.
 
Ölkədə keyfiyyətli rəqəmsal infrastruktur qurulur. Rəqəmsal sənədlərin hüquqi statusu müəyyən edilib. Vətəndaşları identifikasiya etmək üçün dövlətə məxsus SİMA rəqəmsal imzası yaradılıb və milyonlarla vətəndaş buna sahibdir. Ölkədə kibertəhlükəsizliklə bağlı bir neçə səlahiyyətli qurum var və mühit də müsbət istiqamətə inkişaf edib.
 
Sual yaranır ki, bəs nə üçün seçkilərdə heç olmasa pilot qaydada elektron səsvermə keçirilmir?
 
Ekspert bildirib ki, bizdən daha zəif rəqəmsal infrastruktura sahib olan qonşu ölkələrdə (Gürcüstanda, Qazaxıstanda, Ermənistanda , Estoniyada, Rusiyada və s.) Avropanın bir neçə ölkəsində elektron səsvermə tətbiq edilir. MSK heç olmasa elektron səsvermə üçün məntəqələrdə skanerlər qoya bilərdi:
 
"Müşahidələr göstərir ki, şəffaflıqla bağlı məsələlərdə də MSK-nın rəqəmsal texnologiyalardan istifadəsində çatışmazlıqlar var. MSK tərəfindən ilkin nəticələrin və yekun seçici fəallığının təqdim edilməsi adətən çox ləngiyir. Əvvəlki seçkilərin də nəticələri onu göstərir ki, cəmi-cümlətanı 125 deputatın seçkisi ilə bağlı ilkin nəticələr xeyli ləng təqdim edilirdi.
 
Bu, həm də seçki infrastrukturunda rəqəmsallaşmanın yetrəli olmaması ilə bağlıdır.
 
Ümid edirəm MSK bu dəfə dairə üzrə seçkilərin ilkin nəticələrini yerlərdən məlumatlar daxil olduqca avtomatik olaraq, real vaxt müddətində təqdim edə biləcək".
 
Ekspert məsələnin ilə bağlı bir neşə təklif irəli sürüb:
 
"Ümumiyyətlə seçki prosesində ölkədə mövcud olan rəqəmsal imkanların tətbiqi haqqında şox şey demək olar.
 
MSK seçki günü “karusellərin” qarşısını almaq üçün artıq ölkədə istifadə edilən üz tanıyan texnologiyalar tətbiq edə bilər, qutulara topa ilə bülleten atılmasının qarşısnı almaq üçün də qutunun konstruksiyasına əl gəzdirə bilər, SİMA imza vasitsəilə pilot qaydada onlayn formada səsvermə keçirə bilər və məntəqə üzvlərinin öz geyimlərində bülleten gizlədilməsini əngəlləmək, protokolları götürərərk məntəqəni qeyri-qanuni tərk etməsinin qarşısnı almaq üçün üçün əlavə texnologiyalar və innovasiyalar tətbiq edə bilərdi".
 
Son olaraq Osman Gündüzün sözlərinə görə, seçki sistemi və seçki infrastrukturu ölkənin rəqəmsal inkişaf səviyyəsindən xeyli geridədir.
 
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi ?

Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi ?

10-01-2024
Seçki prosesində şəffaflıq və rəqəmsallaşma yetərli hesab oluna bilərmi ?

Seçki prosesində şəffaflıq və rəqəmsallaşma yetərli hesab oluna bilərmi ?

10-02-2020
MSK ölkənin rəqəmsal inkişaf səviyyəsindən bir neçə il geri qalıb

MSK ölkənin rəqəmsal inkişaf səviyyəsindən bir neçə il geri qalıb

08-02-2024
Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

24-01-2025
Seçki sisteminin mövcud rəqəmsal durumu ölkənin real rəqəmsal infrastrukturuna adekvat deyil

Seçki sisteminin mövcud rəqəmsal durumu ölkənin real rəqəmsal infrastrukturuna adekvat deyil

01-02-2024
Ekspert: Seçki günü "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə səs vermək mümkün olacaqmı?

Ekspert: Seçki günü "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə səs vermək mümkün olacaqmı?

31-08-2024
Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

27-09-2024
MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

31-01-2024
Seçiklərlə bağlı veb-kameraların sayı niyə artırılmır?

Seçiklərlə bağlı veb-kameraların sayı niyə artırılmır?

28-03-2018
Ekspert: Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır

Ekspert: Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır

29-10-2024
DOST xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək məcburi deyil

DOST xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək məcburi deyil

23-08-2024
Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

10-12-2024
Azərbaycan elektron səsvermə sisteminə keçə bilərmi?

Azərbaycan elektron səsvermə sisteminə keçə bilərmi?

09-10-2015
Daha şəxsiyyət vəsiqəsini təqdim etməyə ehtiyac qalmayacaq

Daha şəxsiyyət vəsiqəsini təqdim etməyə ehtiyac qalmayacaq

18-07-2024
MSK sədri: Min məntəqədə veb-kameralar quraşdırılacaq

MSK sədri: Min məntəqədə veb-kameralar quraşdırılacaq

11-01-2025
“Veb-kamera”lar sınaqdan keçirilib

“Veb-kamera”lar sınaqdan keçirilib

31-10-2010
MSK-nın sədri: İstənilən ölkədə nümayəndəsi MSK-nın saytına daxil olaraq seçkiləri müşahidə edə bilər

MSK-nın sədri: İstənilən ölkədə nümayəndəsi MSK-nın saytına daxil olaraq seçkiləri müşahidə edə bilər

01-09-2024
MSK: Saat 12.00-a qədər respublika üzrə seçici fəallığı 38,57 faiz olub

MSK: Saat 12.00-a qədər respublika üzrə seçici fəallığı 38,57 faiz olub

07-02-2024
MSK seçicilərə bu mesajı göndərir

MSK seçicilərə bu mesajı göndərir

24-01-2024
Gürcüstanda ilk dəfə kütləvi formada elektron səsvermə tətbiq edilib

Gürcüstanda ilk dəfə kütləvi formada elektron səsvermə tətbiq edilib

29-10-2024
Rəqəmsal diplomlar nə zaman veriləcək?

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023
Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

01-09-2024
MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

05-02-2020
Osman Gündüz: Seçki prosesində rəqəmsal transformasiyalar üzrə yeniliklər edilib

Osman Gündüz: Seçki prosesində rəqəmsal transformasiyalar üzrə yeniliklər edilib

18-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə