Previous Next
Bağla

Azərbaycan elektron səsvermə sisteminə keçə bilərmi?

09-10-2015 17:32
Azərbaycan elektron səsvermə sisteminə keçə bilərmi?

“Qanunvericilikdə öz əksini taparsa, Azərbaycan elektron səsvermə sisteminə keçə bilər"

Xeberler.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının(MSK) İnformasiya Texnologiyaları şöbəsinin müdiri Rüfət Gülməmmədov bildirib.

Rüfət Gülməmmədov elektron qaydada səsvermə ilə bağlı dünya təcrübəsinə nəzər salıb: 

“Bəzi ölkələrdə elektron səsvermə layihə kimi həyata keçirilir. Bəzi ölkələrdə isə elektron səsvermə pilot qaydada tətbiq olunub və iflasa uğrayıb. Qazaxıstan, Gürcüstan kimi ölkələri misal çəkə bilərəm. Həmin ölkələr dəfələrlə elektron səsvermə layihəsini həyata keçirmək üçün cəhd etsə də, bu layihə özünü doğrultmayıb. Çünki bu sahədə təcrübə yox idi. Bir işə başlamaq üçün ilk növbədə təcrübə toplamaq lazımdır. Azərbaycanda veb-kamera təcrübəsini nümunə gətirmək olar ki, MSK olaraq bu işə başladıq və bu təcrübəni uğurla həyata keçirə bildik. Seçki günü hər bir vətəndaş bu təcrübədən istifadə edə biləcək”.

MSK nümayəndəsi bildirib ki, Azərbaycanda elektron səsvermənin keçirilməsi üçün texniki, infrastruktur baxımından problem yoxdur: “Azərbaycanda informasiya kommunikasiya infrastrukturu günü -gündən inkişaf edir. Fiber optik üzərindən elektron xidmətlərdən istifadə genişlənir. Əvvəllər Dial-up istifadəçilərinin sayı çox idi, amma indi axtarsanız belə Dial-up istifadəçisi tapmaq mümkün deyil. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, elektron səsvermə üçün infrastruktur baxımından , eləcə də texniki problem yoxdur. Qanunvericilikdə öz əksini taparsa, Azərbaycan elektron səsvermə sisteminə keçə bilər”.

 

Mirvari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron səsvermənin hüquqi qüvvəsi yoxdur

Elektron səsvermənin hüquqi qüvvəsi yoxdur

05-11-2010
Ağıllı telefonlarda səsvermə mümkün olacaq

Ağıllı telefonlarda səsvermə mümkün olacaq

12-04-2015
Virtual Səsvermə sistemində 82 min istifadəçi səs verib

Virtual Səsvermə sistemində 82 min istifadəçi səs verib

17-10-2015
Məzahir Pənahov: Seçkilərlə əlaqədar MSK-nın rəsmi internet səhifələrinə 3 milyona yaxın baxış olub

Məzahir Pənahov: Seçkilərlə əlaqədar MSK-nın rəsmi internet səhifələrinə 3 milyona yaxın baxış olub

16-09-2024
“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçirildi

“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçirildi

09-10-2015
MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

05-02-2020
Milli Net Təşkilat Komitəsinin Məlumatı

Milli Net Təşkilat Komitəsinin Məlumatı

19-11-2013
Veb-kameralar seçkidə şəffaflığı təmin edəcək

Veb-kameralar seçkidə şəffaflığı təmin edəcək

09-10-2015
Azərbaycanda parlament seçkilərində “Elektron səsvermə” sistemindən istifadə olunacaq

Azərbaycanda parlament seçkilərində “Elektron səsvermə” sistemindən istifadə olunacaq

03-11-2010
MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

31-01-2024
Türkiyə elektron səsvermə sisteminin tətbiqinə hazırlaşır

Türkiyə elektron səsvermə sisteminin tətbiqinə hazırlaşır

16-06-2023
Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi ?

Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi ?

10-01-2024
Seçki sisteminin mövcud rəqəmsal durumu ölkənin real rəqəmsal infrastrukturuna adekvat deyil

Seçki sisteminin mövcud rəqəmsal durumu ölkənin real rəqəmsal infrastrukturuna adekvat deyil

01-02-2024
1000 məntəqədə veb-kamera quraşdırılacaq

1000 məntəqədə veb-kamera quraşdırılacaq

15-02-2018
Estoniyada mobil səsvermə

Estoniyada mobil səsvermə

15-12-2008
"Avroviziya 2023" mahnı müsabiqəsinin səsvermə qaydaları dəyişib

"Avroviziya 2023" mahnı müsabiqəsinin səsvermə qaydaları dəyişib

23-11-2022
Osman Gündüz: Seçki prosesində rəqəmsal transformasiyalar üzrə yeniliklər edilib

Osman Gündüz: Seçki prosesində rəqəmsal transformasiyalar üzrə yeniliklər edilib

18-01-2024
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qalibi açıqladı

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qalibi açıqladı

04-11-2010
MSK kompüter mütəxəssisləri üçün seminarlara başlayıb

MSK kompüter mütəxəssisləri üçün seminarlara başlayıb

15-09-2016
Milli İnternet resursların Qeydiyyat prosesi 20 Noyabr tarixdə saat 24.00 da başa çatır.

Milli İnternet resursların Qeydiyyat prosesi 20 Noyabr tarixdə saat 24.00 da başa çatır.

19-11-2011
MSK-nın seçicilərə göstərdiyi xidmətlərin bir qrupu elektronlaşdırılaraq “Elektron hökumət” portalına inteqrasiya edilib

MSK-nın seçicilərə göstərdiyi xidmətlərin bir qrupu elektronlaşdırılaraq “Elektron hökumət” portalına inteqrasiya edilib

04-09-2013
Rabitə naziri veb-kameralara texniki baxış mərkəzində olub

Rabitə naziri veb-kameralara texniki baxış mərkəzində olub

05-11-2010
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan edir

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan edir

12-10-2010
Seçki prosesində şəffaflıq və rəqəmsallaşma yetərli hesab oluna bilərmi ?

Seçki prosesində şəffaflıq və rəqəmsallaşma yetərli hesab oluna bilərmi ?

10-02-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə