Previous Next
Bağla

Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

24-01-2025 16:33
Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?
"Bələdiyyə seçkilərinə bir neçə gün qalıb. 29 yanvar tarixdə vətəndaşlarımız seçki məntəqələrinə gedib səs verəcəklər".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Məntəqələrdə vətəndaşlarımız necə identifikasiya olunacaq?
 
Suala cavab olaraq ekspert bildirib ki, hələlik yenə də MSK və İRİA bu haqda ağlabatan bir açıqlama verməyiblər:
 
"Baxmayaraq ki, İRİA şəxsiyyət vəsiqəsindəki məlumatların oxunması üçün imkanlar yaradıb. Bu məqsədlə xüsusi rəqəmsal platforma da yaradılıb. Amma məntəqələrdə bu prosesə hazırlıqla bağlı heç bir açıqlama yoxdur.
 
Ötən seçkilərdə isə bu mexanizm işləməyib.Yəni seçicilər dədə-baba qaydasında, fiziki şəxsiyyət vəsiqəsi təqdim etməklə səs veriblər".
 
Osman Gündüzün sözlərinə görə, hələlik görünən odur ki, bu dəfə də MSK və RİNN seçki məntəqələrində seçicilərin identifikasiyası üçün MyGov-dakı məlumatların yetərli olması haqqında razılığa gələ bilməyiblər:
 
"Yəni vətəndaşla bağlı MyGov-da olan məlumat MSK üçün sadəcə bir "məlumatdır", "rəqəmsal sənəd" statusuna malik deyil.
 
Xatırladıram ki, ötən seçkilərdə Gürcüstanda seçicilərin 90%-i elektron formada səs vermişdi. İdentifikasiyanın böyük hissəsi rəqəmsal formada olub. Digər qonşu öləkələrdə də səsvermə prosesində rəqəmsal texnologiyalardan istifadə olunur.
 
Ağlasığmaz bir vəziyyətdir, biometrik identifikasiyaya əsaslanan SİMA imzan ola, dövlət resursundakı şəxsi məlumatlarının "rəsmi sənəd" statusu ola, amma MSK bunu qəbul etmək istəmir".
 
Ekspert qeyd edib ki, bu formada "rəqəmsal sənəd" ideyası çox çətinliklə irəliləyir:
 
"Belə olan halda isə düşünürəm ki, DİN və İRİA-nın hər bir vətəndaş üçün rəqəmsal İD hazırlaması və onun hüquqi əsasını yaratması daha məntiqli olardı.
 
Amma bu prosesin özü, yəni yüz minlərlə vətəndaşımızın eyni bir gündə rəqəmsal sənədlərdən istifadəsi bütövlükdə ölkədə rəqəmsal transformasiyaya xeyli müsbət təsir göstərərdi.
 
Təəssüf ki biz transformasiyanı sürətləndirmək üçün belə imkanlardan yetərincə faydalana bilmirik".
 
Osman Gündüz bildirib ki, ümumiyyətlə, bizdə seçki prosesinin rəqəmsallaşma vəziyyəti ölkədəki rəqəmsal transformasiya proseslərindən çox-çox geridə qalıb:
 
"İstənilən halda, İRİA-nın susmağına rəğmən, bildirmək istərdim ki, seçki məntəqələrinə gedən vətəndaşlarımızdan fiziki şəxsiyyət vəsiqəsi tələb olunduqda onlar telefonlarında, myGov-da olan şəxsi məlumatlarını təqdim edə bilərlər. MSK-nın bunu qəbul etməməsi, bu məlumatları rəsmi sənəd olaraq tanımaqdan imtinası qanuna ziddir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Seçki günü "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə səs vermək mümkün olacaqmı?

Ekspert: Seçki günü "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə səs vermək mümkün olacaqmı?

31-08-2024
Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

27-09-2024
Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi ?

Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi ?

10-01-2024
Şəxsi sənədlər rəqəmsallaşdırılır

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024
Şəxsi sənədlər rəqəmsallaşdırılır

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024
Ekspert: Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır

Ekspert: Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır

29-10-2024
Seçki sisteminin mövcud rəqəmsal durumu ölkənin real rəqəmsal infrastrukturuna adekvat deyil

Seçki sisteminin mövcud rəqəmsal durumu ölkənin real rəqəmsal infrastrukturuna adekvat deyil

01-02-2024
Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

30-09-2024
Eksert: Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər?

Eksert: Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər?

28-11-2024
Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

10-12-2024
MSK ölkənin rəqəmsal inkişaf səviyyəsindən bir neçə il geri qalıb

MSK ölkənin rəqəmsal inkişaf səviyyəsindən bir neçə il geri qalıb

08-02-2024
DOST xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək məcburi deyil

DOST xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək məcburi deyil

23-08-2024
Ekspert: Rəqəmsal tələbə kartları tələbələrin istifadəsinə verilib

Ekspert: Rəqəmsal tələbə kartları tələbələrin istifadəsinə verilib

03-03-2025
Ekspert: Seçki sistemi və infrastrukturu ölkənin rəqəmsal inkişaf səviyyəsindən xeyli geridədir

Ekspert: Seçki sistemi və infrastrukturu ölkənin rəqəmsal inkişaf səviyyəsindən xeyli geridədir

28-08-2024
ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət  vəsiqəsi ilə istifadə etmək olar

ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olar

09-09-2024
Ekspert: Rəqəmsal tələbə kartlarından necə istifadə olunur?

Ekspert: Rəqəmsal tələbə kartlarından necə istifadə olunur?

13-12-2024
Daha şəxsiyyət vəsiqəsini təqdim etməyə ehtiyac qalmayacaq

Daha şəxsiyyət vəsiqəsini təqdim etməyə ehtiyac qalmayacaq

18-07-2024
Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

17-09-2024
Azərbaycanda yeni Super Portal istifadəyə veriləcək

Azərbaycanda yeni Super Portal istifadəyə veriləcək

21-07-2023
Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

25-10-2023
Ekspert: Rəqəmsal transformasiyada ciddi uğur və koordinasiyasızlıq var

Ekspert: Rəqəmsal transformasiyada ciddi uğur və koordinasiyasızlıq var

29-01-2025
Şahin Əliyev: Bəzi obyektlərdə vətəndaşlardan şəxsiyyət vəsiqəsinin tələb edilməsi müəyyən risklər yaradır

Şahin Əliyev: Bəzi obyektlərdə vətəndaşlardan şəxsiyyət vəsiqəsinin tələb edilməsi müəyyən risklər yaradır

17-09-2024
Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

07-04-2025
Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə