Previous Next
Bağla

Seçki prosesində şəffaflıq və rəqəmsallaşma yetərli hesab oluna bilərmi ?

10-02-2020 17:36
Seçki prosesində şəffaflıq və rəqəmsallaşma yetərli hesab oluna bilərmi ?

"Seçkilərdə diqqət çəkən məqam ondan ibarət oldu ki, seçki proseslərində komissiyalarda oflayn və kağız tətbiqi ilə olan proseslər üstünlük təşkil edirdi. Bu baxımdan da zəruri məlumatlar – ilkin nəticələr və yekun seçici fəallığının təqdim edilməsi çox ləngidi. Bəzi dairələrdə ilkin nəticələrin indiyədək də təqdim edilməməsi, texnologiyaların indiki inkişaf səviyyəsi üçün ümumiyyətlə anlaşılan deyil".

Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib. 

Onun sözlərinə görə, seçki zamanı nəticələrin ləngidilməsi, rəsmi informasiyaların gecikməsi əlavə şübhələr yaradır.

"Ümumiyyətlə istənilən yarışmanın, imtahanın, seçkilərin nəticələrinin dərhal elan edilməsi saxtakarlıq və korrupsiya risklərinin qarşısını almaq üçün əsas məqamlardan biridir.

Cəmi 125 depuatat seçkisi üçün, ərazisi kiçik ölkə üşün , cəmi 5 min məntəqə üçün texnologiyaların indiki inkişaf səviyyəsində ilkin nəticələrin gec elan edilməsi doğru yanaşma deyil.

Görünən odur ki, cəmiyyətimizdə rəqəmsallaşma daha güclüdür, xeyli sayda insan elektron imza işlədir, hamının əlində smartfonlar var- komissiyalarda baş verənləri dərhal sosial mediada görmək olurdu, azərbaycandilli sosial media hədsiz güclüdür , lakin buna rəğməın seçki mühitində innovasiyalardan və texnologiyalardan istifadəni yetrəli hesab etmək olmaz.

Seçki rəsmiləri, bir çox seçki komissiyaları sosial medianın ictimai nəzarət gücü qarşısında, texnologiyalarla “silahlanmış” müşahidəççilər və ictiami nəzarətçilər qarşısında çox çaşqın və aqressiv görünürdülər".

Ekspert gələcəkdə keçiriləcək seçkilər üçün bir sıra təkliflər də irəli sürüb :

"Düşünürəm elə sistem qurmaq lazım ki, hər bir dairə üzrə seçkilərin ilkin nəticələrini yerlərdən məlumatlar daxil olduqca avtomatik olaraq müşahidə etmək mümkün olsun.
Hansı ki, beynəlxalq təcrübədə daha çox bu yanaşma tətbiq olunur.
Elektron və onlayn səsvərmə metodlarından istifadəyə başlamaq lazımdır.
Elektron səsvermə üçün məntəqələrdə skanerlər qoyula bilər və səsverməyə gələnlər bülletenləri skanerdə oxutmaqla səsləri elə qabaqcadan da hesablamaq mümkünüdür.
Bununla da ilkin nəticələri daha tez açıqlamaq olardı.
İnternet üzərindən səsvermənin tətbiqi üçün elektron imzaya sahib olan seçicilərə əlavə seçim imkanları , onlayn səsvermə imkanı yaratmaq lazımdır .
Karusellərin qarşısnı almaq üçün üz tanıyan texnologiyalar tətbiq etmək də faydalı olardı.
Qutulara topa ilə bülleten atılmasının qarşısnı almaq üçün də qutunun konstruksiyasına əl gəzdirmək, innovasiyalar tətbiq etmək olar.
Veb-kamera quraşdırlıan məntəqələrin sayını artrımaq lazımdır.
MSK üzvlərinin öz geyimlərində bülleten gizlədilməsini əngəlləmək, protokolları götürərərk məntəqəni qeyri-qanuni tərk etməsinin qarşısnı almaq üçün üçün əlavə tədbirlər götrülməlidir.
Hazırda dairələr və MSK arasında informasiya prosesləri daha çevik qurulub. Amma Məntəqə ilə Dairələr arasında infomasiya prosesləri əsasən oflayndır. Bu prosesin elektronlaşmasına diqqət yetirilməlidir
MSK saxtkarlığın qarşısnı almaq üçün əlavə innovasiyalar tətbiq etməlidir, qanun pozuntuları ilə bağlı anında məlumat ötürülməsi üçün normal mexanizmlər, məsələn mobil tətbiq hazırlaya bilər.
Müşahidəçilər baş verənləri bu tətbiq vasitəsilə çəkib dərhal MSK-ya göndərə bilər.

Ümumiyyətlə isə bir daha vurğulamaq istərdim ki, seçki proseslərində İKT-nin tətbiqi istiqamətində müəyyən işlər görülsə də bütövlükdə rəqəmsal transformasiya günün tələbləri səviyyəsində deyil.
Bu prosesləri daha effektiv və çevik qurmaq üçün, şəffaflığı artırmaq və saxtakarlıqların qarşısnı almaq üçün innovasiyaların və texnologiyaların tətbiqi gücləndirilməlidir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Seçki sistemi və infrastrukturu ölkənin rəqəmsal inkişaf səviyyəsindən xeyli geridədir

Ekspert: Seçki sistemi və infrastrukturu ölkənin rəqəmsal inkişaf səviyyəsindən xeyli geridədir

28-08-2024
Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi ?

Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi ?

10-01-2024
Seçiklərlə bağlı veb-kameraların sayı niyə artırılmır?

Seçiklərlə bağlı veb-kameraların sayı niyə artırılmır?

28-03-2018
Seçkilər həm də “Elektron Hökumət” portalı üzərindən aparılacaq

Seçkilər həm də “Elektron Hökumət” portalı üzərindən aparılacaq

29-09-2015
Nazir seçkilərdə quraşdırılan Veb-kameraların fəaliyyəti ilə tanış olub

Nazir seçkilərdə quraşdırılan Veb-kameraların fəaliyyəti ilə tanış olub

30-09-2013
Seçki sisteminin mövcud rəqəmsal durumu ölkənin real rəqəmsal infrastrukturuna adekvat deyil

Seçki sisteminin mövcud rəqəmsal durumu ölkənin real rəqəmsal infrastrukturuna adekvat deyil

01-02-2024
“Veb-kamera”ların Texniki Nəzarət Mərkəzinə baxış keçirilib

“Veb-kamera”ların Texniki Nəzarət Mərkəzinə baxış keçirilib

13-03-2009
Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

13-04-2022
Səsvermənin gedişini onlayn izləmək olar

Səsvermənin gedişini onlayn izləmək olar

01-11-2015
Ekspert: "Türkiyə ilə ticarət əlaqələrini və inteqrasiyanı sürətləndirmək lazımdır"

Ekspert: "Türkiyə ilə ticarət əlaqələrini və inteqrasiyanı sürətləndirmək lazımdır"

03-11-2020
Ekspert: MİDA-nın  bütün  bunlara ağlabatan bir cavab verməsi doğru olardı.

Ekspert: MİDA-nın bütün bunlara ağlabatan bir cavab verməsi doğru olardı.

00-00-0000
Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

01-09-2024
Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022
Bu gün Azərbaycan Milli Məclisinə seçkilər keçirilir

Bu gün Azərbaycan Milli Məclisinə seçkilər keçirilir

01-11-2015
Gürcüstanda ilk dəfə kütləvi formada elektron səsvermə tətbiq edilib

Gürcüstanda ilk dəfə kütləvi formada elektron səsvermə tətbiq edilib

29-10-2024
MSK: Saat 12.00-a qədər respublika üzrə seçici fəallığı 38,57 faiz olub

MSK: Saat 12.00-a qədər respublika üzrə seçici fəallığı 38,57 faiz olub

07-02-2024
MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

05-02-2020
Ekspert: Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır

Ekspert: Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır

21-01-2020
Ekspert: İnnovativ yanğınsöndürmə texnikasından istifadə edilməlidir

Ekspert: İnnovativ yanğınsöndürmə texnikasından istifadə edilməlidir

26-03-2019
TikTok nə zaman açılacaq?

TikTok nə zaman açılacaq?

17-10-2023
Osman Gündüz: Seçki prosesində rəqəmsal transformasiyalar üzrə yeniliklər edilib

Osman Gündüz: Seçki prosesində rəqəmsal transformasiyalar üzrə yeniliklər edilib

18-01-2024
Ekpert: Sosial evlərin satışı canlı yayımda təşkil olunsun

Ekpert: Sosial evlərin satışı canlı yayımda təşkil olunsun

26-12-2019
Azərbaycan elektron səsvermə sisteminə keçə bilərmi?

Azərbaycan elektron səsvermə sisteminə keçə bilərmi?

09-10-2015
“Virtual səsvermənin real səsverməyə müsbət təsiri olacaq”

“Virtual səsvermənin real səsverməyə müsbət təsiri olacaq”

12-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə