Previous Next
Bağla

Ekspert: Qonşu ölkələr olimpiadaya daha ciddi hazırlaşıblar

15-08-2022 11:43
Ekspert: Qonşu ölkələr olimpiadaya daha ciddi hazırlaşıblar

Beylnəlxalq İnformatika Olimpiadasında Ramin Mahmudzadənin xatirəsi ehtiramla anılıb. Məktəblilərimiz bir bürünc medal qazanıb.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

"İndoneziyada keçirilən 34-cü Beylnəlxalq İnformatika Olimpiadası başa çatıb. 90 ölkənin nümayəndələrinin qatıldığı bu nüfuzlu olimpiadanın bağlanış mərasimi keçirilib. Yogyakarta şəhərində təşkil olunan bu mötəbər tədbirdə bir neçə gün öncə dünyasını dəyişən, Beynəlxalq İnformatika Olimpiadasında xeyli müddət Azərbaycanı təmsil edən, informatikanın inkişafına ciddi töhfə verən Ramin Mahmudzadənin də xatirəsi ehtiramla anılıb.

Ötən olimpiadalardan fərqli olaraq, Azərbaycan məktəbliləri bu olimpiadada cəmi bir bürünc medal qazanıb. Məktəblimiz Səid Nəsibov 163 bal toplamaqla 168-ci yeri qazanaraq bürünc əldə edə bilib. Ölkəmizin informatika komandasının bu nəticəsini elə də uğurlu hesab etmək olmaz. Ötən il komandamız iki bürünc, 2020-ci ildə isə üç bürünc medal qazanmışdılar. Komanda hesabı üzrə toplanan balları illər üzrə müqayisə etdikdə nəticələrin ilbəil aşağı düşdüyünü müşahidə edirik. Maraqlıdır ki, bu il, hətta 600 mümkün baldan olduqca az nəticə göstərənlərimiz də ( cəmi 20 bal) olub.

Görəsən, TN tərəfindən bir il ərzində xeyli resurslar ayrılmasına, olimpiadaya hazırlıqla bağlı xüsusi Mərkəz formalaşdırılmasına baxmayaraq nəticələrin zəifləməsinin səbəbi nə ilə bağlı olub? Nə üçün qalib gələn şagirdimiz adı çəkilən Olimpiada Hazırlıq Mərkəzinin hazırlaşdırdığı məktəbli deyil, tam fərqli bir məktəbin, Müasir Təhsil Kompleksinin müstəqil hazırlaşan məktəblisi olub?
Əgər belədirsə, onda TN-nin və sponsorun bu qədər resurslar ayırmasının nə mənası olur?

Maraqlıdır ki, həm də nədənsə ölkədə daha güclü hesab olunan məktəblilərimiz, məsələn respublika oluimpiadasının qalibi Xizri Saxrayev bu olimpiadada iştirak etməyib. Görəsən seçimlər hansı prinsiplə olub? Ümid edirəm ki, bütün bu suallara TN aydınlıq gətirəcək.

Yeri gəlmişkən, qonşu ölkələrin nəticələrinə nəzər salanda görmək olar ki, onlar daha ciddi hazırlıqlar ediblər, daha uğurlu nəticələr qazanıblar. Azərbaycanın 90 ölkə içərisində ümumi hazırlıq göstəricisi də 69-cu yerdə olmaqla elə də uğurlu hesab oluna bilməz.

Beylənlxalq İnformatika Olimpiadasının bu dəfəki qalibləri də, həmişə olduğu kimi, Çin, Yaponiya, ABŞ və Kanada məktəbliləri olub. Ukrayna məktəbliləri də bu dəfə xeyli fərqləniblər. Əslində ən yüksək bal toplayanların elə hamısının Çin ölkəsi olduğunu da demək olar, çünki başqa ölkələr qeyd olunsa da siyahıdan görünür ki, qaliblər elə çinlilər olub.

Artıq ölkəmizdə informatikaya münasibət dəyişib. Yeni informatika mühiti formalaşmaqdadır. Gələn il İT ixtisas seçənlər Kimyadan deyil, ilk dəfə olaraq İnformatikadan qəbul imtahanı verəcəklər. Odur ki, məktəblərdə, valideynlərdə və uşaqlarda informatikaya diqqətin artdığını müşahidə edirik.

Ümid edirəm ki, TN informatika üzrə talantlı və qabiliyyətli uşaqların seçilməsi və olimpiadaya hazırlaşması üçün, olimpiadaya hazırlıq Mərkəzinin işinin təkmilləşdirilməsi üçün diqqəti daha da artıracaq

Olimpiadanın bürünc mükafatçısı olan Səid bəyi, onun müəllimlərini, valideynlərini və məktəb rəhbərliyini təbrik edirəm".

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert:Məktəblimiz beynəlxalq informatika olimpiadasında gümüş medal qazanıb

Ekspert:Məktəblimiz beynəlxalq informatika olimpiadasında gümüş medal qazanıb

26-09-2022
Beynəlxalq informatika olimpiadasında uğurlarımız niyə azalır?-ŞƏRH

Beynəlxalq informatika olimpiadasında uğurlarımız niyə azalır?-ŞƏRH

04-09-2023
Ekspert: Ölkəmiz nə üçün Beynəlxalq İnformatika Olimpiadasında qızıl medal qazana bilmir?

Ekspert: Ölkəmiz nə üçün Beynəlxalq İnformatika Olimpiadasında qızıl medal qazana bilmir?

29-06-2021
Ekspert informatika olimpiadası haqqında açıqlama verdi

Ekspert informatika olimpiadası haqqında açıqlama verdi

06-09-2018
Ekspert beynəlxalq informatika olimpiadasından danışıb

Ekspert beynəlxalq informatika olimpiadasından danışıb

12-06-2019
Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

01-08-2024
Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar

Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar

23-09-2020
Məktəblilərimiz Beynəlxalq Olimpiadada tarix yazdı - Ekspert

Məktəblilərimiz Beynəlxalq Olimpiadada tarix yazdı - Ekspert

02-08-2025
Ölkədə informatikanın inkişafını əngəlləyən amillər nələrdir?

Ölkədə informatikanın inkişafını əngəlləyən amillər nələrdir?

08-07-2019
İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022
Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

05-07-2024
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

17-12-2021
Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

05-09-2018
Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

02-08-2025
Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022
Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

07-01-2022
“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023
Azərbaycan məktəbliləri Beynəlxalq Olimpiadada uğur qazanıblar

Azərbaycan məktəbliləri Beynəlxalq Olimpiadada uğur qazanıblar

22-08-2025
Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazanıb

Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazanıb

01-12-2020
Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024
Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər

23-08-2024
Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

23-01-2019
Azercell-in dəstəyi ilə məktəblimiz beynəlxalq uğura imza atıb

Azercell-in dəstəyi ilə məktəblimiz beynəlxalq uğura imza atıb

29-11-2019
Ekspert: Nə üçün nüfuzlu beynəlxalq fənn olimpiadalarında  uğur qazananlar dövlət tərəfindən təltif olunmur?

Ekspert: Nə üçün nüfuzlu beynəlxalq fənn olimpiadalarında uğur qazananlar dövlət tərəfindən təltif olunmur?

23-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə