Previous Next
Bağla

Kredit kartları ilə xərclənən pullar-bu cür tendensiya təhlükəlidirmi?

14-07-2023 14:17
Kredit kartları ilə xərclənən pullar-bu cür tendensiya təhlükəlidirmi?

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da kredit kartlarından istifadə getdikcə genişlənir.

Bu gün ölkədə işləyən insanların çoxu qazanmadığı pulları xərcləyir.

Yəni, vətəndaşlarımız onlara ayrılmış kredit xətləri ilə alış-veriş edir, maaş alanda həmin məbləği yerinə qoysa da, çox vaxt elə növbəti gün yenidən borclanmağa başlayır. Bəs bu cür tendendiya təhlükəlidirmi? "Report" iqtisadçı-ekspertlərlə bu suala cavab tapmağa çalışıb.

Onlardan biri - Əkrəm Həsənov hesab edir ki, insanların qazanmadığı pulları xərcləməsi yaxşı tendensiya deyil: "Doğrudur, bu cür xərcləmələr bütün dünyada var, amma hər halda arzu olunan vəziyyət deyil. İnsan ayağını yorğanına görə uzatmalıdır ki, həddindən çox borclanmasın. Qazanılmayan pulların xərclənməsi ehtiyacdan çox vətəndaşların maliyyə savadının olmamasından irəli gəlir. Bu cür vəziyyət də banklara sərf edir. Pulu vaxtında yerinə qoymaq mümkün olmadıqda onun üzərinə faiz gəlir, borc şişir. Hesab edirəm ki, banklar insanları həddindən yükləməməlidir. Çünki vətəndaşlara nə qədər kredit xətti təklif etsələr o qədər də götürürlər".

Digər ekspert Xalid Kərimli isə deyir ki, Azərbaycanda qazanılmayan pulların xərclənməsi tendensiyası hələ ki, digər, əsasən inkişaf etmiş ölkələrlə müqayisədə zəifdir, amma bu tendensiyanın güclənməsinə imkan vermək olmaz: "Yaranmış vəziyyətdən həm real, həm də maliyyə sektoru yararlansa da, insanların ehtiyatlı davranması da təşviq edilməlidir. olmalıdır. Vətəndaşlar gəlirlərinə uyğun hərəkət etməyəndə tədricən maliyyə sektoru üçün də problem yaradırlar. Müsbət haldır ki, Azərbaycan Mərkəzi Bankı insanların həddindən çox borclanmasına imkan vermir. Banklar kredit verəndə və yaxud kredit xətti açanda aylıq ödənişin aylıq gəlirə nisbətini nəzərə almalı olurlar".

İqtisadçı-ekspert Rəşad Həsənov da qazanılmayan pulların xərclənməsinə normal yanaşmır. Onun sözlərinə görə, bu cür xərcləmələr ölkədə iqtisadi aktivliyin artmasına təsir edə bilər, amma gələcək riskləri də nəzərə almaq lazımdır: "Doğrudur, gələn ay alınacaq maaşın bu ay xərclənməsi istehsalın dəyər zəncirinin digər halqalarında fəaliyyətin aktivləşməsinə, sonucda məcmu tələbin artmasına, gözlənilən ressesiyanın təsirlərinin daha zəif olmasına və yaxud stoqnasiyadan daha tez çıxılmasına şərait yarada bilər. Amma burada həm vətəndaşlar, həm də banklar üçün risklər də var. İqtisadi böhran dövründə insanlar işsiz qalanda öz borclarını ödəyə bilmirlər, faizlər hesabına getdikcə daha çox borclanırlar, banklar isə likvidlik problemi ilə üzləşirlər. Belə hallarla üzləşməmək üçün kreditləşmə siyasəti maksimum ehtiyatlı həyata keçirilməlidir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspertdən xəbərdarlıq: Onlayn kredit sistemi təhlükəyə çevrilib

07-05-2025

"Açıq Bankçılıq" üzrə maksimum köçürmə limiti açıqlanıb

14-05-2026

Bankların kredit vermək vətəndaşların isə kredit almaq imkanları artıq asanlaşacaq

05-09-2018

Qlobal bank böhranları kriptovalyuta bazarlarına necə təsir edəcək?

28-03-2023

Orxan Məmmədov: "KOB-lar kiçik həcmli kredit belə ala bilmirlər"

16-11-2022

Ağıllı adamlara pul veriləcək

24-01-2014

Prezidentin köməkçisi : Kreditə görə kompensasiyalar karta oturacaq

01-03-2019

Daha bir bank Hesab.az portalına qoşuldu

07-07-2015

Azərbaycanda bank xidmətləri ilə bağlı faizlər niyə çox yüksəkdir?-Ekspert rəyləri

13-07-2016

Kreditlər elektron arayışla veriləcək

29-12-2014

“Moody’s”: Onlayn ödəmə platformalarının çoxalması depozitləri bahalaşdırır

15-10-2020

Azərbaycanda bahalı mobil telefon və bahalı nömrəni niyə alırlar?

04-05-2023

“Google” Azərbaycanın elektron reklam naşirlərini sevindirən qərar qəbul edib

04-04-2014

Startaplar hansı banklardan güzəştli kredit ala bilər?-Siyahı

15-12-2016

“ASAN kommunal” sistemləri kredit bürosuna inteqrasiya oluna bilər

19-09-2016

Vanish ilə e-poçtlar artıq avtomatik olaraq silinəcək

27-07-2009

Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!

30-08-2024

AMB: Süni intellektdən istifadə model risklərinin idarə edilməsində narahatlıqlar yaradır

23-06-2025

Azərbaycanda banklar və əhali üçün ən ciddi kibertəhlükələr

31-01-2023

Zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi istifadəyə veriləcək

10-12-2018

Azərbaycanda Kredit Zəmanət Fondu yaradıldı

15-09-2017

Daha bir bank “Elektron hökumət” portalına qoşuldu

14-03-2016

Ekspert: Pulsuzdursa, niyə 210 manat ödəyirik?

18-11-2019

Vətəndaşlar kredit tarixçələrini onlayn yoxlaya bilər-Yenilik

10-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə