Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016 / 16:40

AMEA İnformasiya Texnologiyaları İnstitutunda elektron tibbin formalaşması problemləri istiqamətində araşdırmalar davam etdiriləcək.

Xeberler.az-ın məlumatına görə, bu barədə texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirib.

M.Məmmədova cari ildə şöbədə planlaşdırılmış işlər haqqında məlumat verərək elektron tibbdə qərarların qəbulunu dəstəkləyən sistemlərin elmi-nəzəri problemlərinin tədqiqi və Azərbaycanda bu istiqamətdə mövcud vəziyyətin təhlilinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

O, bildirib ki, insan resurslarının idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənməsi istiqamətində Big Data texnologiyalarının tətbiqi, tibbi sferada insan resurslarının idarə olunması problemləri və insan resurslarının idarə olunmasının çoxsəviyyəli yanaşma əsasında tədqiqi cari ildə görüləcək işlər sırasındadır.

Şöbə müdiri biliklərin əldə olunmasında yeni təhsil üsullarının üstünlüklərindən də danışaraq elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənilməsi istiqamətində aparılan araşdırmaların davam etdiriləcəyini söyləyib. O, e-universitetlərdə virtual təhsil məkanı, idarəetmə prinsiplərinin xüsusiyyətləri və onların əsas inkişaf istiqamətlərini qeyd edərək e-universitetin intellektual idarə olunması sistemini xarakterizə edən arxitektur komponentlərin təyini və onların qarşılıqlı əlaqə modellərinin işlənilməsinin vacibliyini vurğulayıb.

Virtual məkanda Azərbaycan dilinin tətbiqi problemlərinin araşdırılması istiqamətində şöbədə aparılan tədqiqatların davam etdiriləcəyini qeyd edən şöbə müdiri bildirib ki, cari ildə linqvistik informasiya texnologiyalarının tətbiqi ilə ingilis-azərbaycan dilli situasiyada öyrədici ekspert sistemin işlənilməsi üçün tədqiqatlar davam etdiriləcək.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  elektron tibbin dünyanın ən perspektivli sahələrindən biri olduğunu qeyd edərək  informasiya cəmiyyətinin aparıcı ölkələrinin ən böyük nailiyyətlərinin məhz bu sahə ilə bağlı olduğunu deyib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə