• ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZNET
    • SOSİAL MEDIA
    • E-TİCARƏT
    • MİLLİ NET
    • STARTAP AZƏRBAYCAN
    • YENİ MEDİA
    • İNTERNET
  • E - HÖKUMƏT
  • TEXNOLOGİYA
    • SÜNİ İNTELLEKT VƏ DATA
    • AVADANLIQ
    • TƏHLÜKƏSİZLİK
    • OYUNLAR
    • PROQRAMLAR
    • KRİPTOVALYUTA
    • İNVESTİSİYA
    • TENDER
    • MƏSLƏHƏTXANA
  • TƏNZİMLƏMƏ
    • QANUNVERİCİLİK
    • TƏHLİL
    • İSTEHLAKÇI HÜQUQLARI
  • TELEKOM VƏ NƏQLİYYAT
    • MOBİL RABİTƏ
    • TV VƏ RADİO
    • KOSMOS
    • TELEKOMMUNİKASİYA
    • NƏQLİYYAT
    • RADİOTEZLİKLƏR
  • RUBRİKA
    • COP29
    • İT GÜNDƏM
    • İT VAKANSİYA
    • İKT VETERAN
    • İKT QADINLAR
    • İT TƏLƏBƏ
    • İKT TƏHSİL
    • İKT REGİON
    • İNTERNET BANKÇILIQ
    • İKT UŞAQLAR
    • İKT KADRLAR
    • İKT VƏ SEÇKİ
    • İT TANINMIŞLAR
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏ

AZNET

  1. Ana səhifə
  2. AZNET

İnformasiya təhlükəsizliyinin aktual elmi-praktiki problemləri mövzusunda konfrans keçirildi

14-12-2018 / 13:38

Dekabrın 14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransı keçirildi. Konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.

Xeberler.az  bildirir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan və multidissiplinar xarakter daşıyan informasiya təhlükəsizliyi üzrə konfransın böyük əhəmiyyətə malik olduğunu söylədi.

“İnformasiya cəmiyyətinin uğurlu, dayanıqlı inkişafının təmin edilməsi informasiya təhlükəsizliyinin təmin olunması səviyyəsindən birbaşa asılıdır”, – deyə bildirən AMEA prezidenti qeyd etdi ki, müasir dünyada rəqəmsallaşdırma və virtual münasibətlər genişləndikcə informasiya təhlükəsizliyinin rolu da artmaqdadır. İnformasiya təhlükəsizliyi milli təhlükəsizlik sisteminin ən mühüm istiqamətlərindən birinə çevrildiyini vurğulayan alim bildirdi ki, bu gün informasiya təhlükəsizliyinin kompleks təminatı həyata keçirilmədən milli suverenliyin qorunması, beynəlxalq terrorizim, kibercinayətkarlıq, kriminal iqtisadiyyatla mübarizə, şəxsi həyatın toxunulmazlığının təmin edilməsi kimi problemlərin uğurlu həlli mümkün deyil.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə informasiya cəmiyyəti quruculuğu prosesinin uğurla həyata keçirildiyini söyləyən A.Əlizadə ölkəmizin informasiya cəmiyyəti, onun mühüm istiqamətləri olan genişzolaqlı İnternet, eləcə də elektron dövlətin inkişaf tempinə görə dünyada layiqli mövqelərdən birini tutduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu inkişaf prosesləri ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunmasının da aktuallığını artırır.

“Son illər ölkəmizdə informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə qanunvericilik, infrastruktur, kadr hazırlığı, maarifləndirmə və s. istiqamətlərdə mühüm işlər görülməkdədir”, – deyən A.Əlizadə bu məqsədlə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun qəbul edildiyini, Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiyanın layihəsinin işlənib hazırlandığını və digər işlərin həyata keçirildiyini dedi.

Alim qeyd etdi ki, bununla yanaşı, xarici ölkələrdən texnoloji asılılığın aradan qaldırılması üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi, İKT sənayesinin, o cümlədən proqram mühəndisliyi sənayesinin formalaşdırılması, informasiya təhlükəsizliyi üzrə gənc kadrların yetişdirilməsi vacib məsələlərdəndir.

Akademik AMEA-da informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması işlərinin həyata keçirildiyini bildirərək İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edən bir sıra aktual istiqamətləri üzrə elmi tədqiqatların aparıldığını, dissertasiya işlərinin yerinə yetirildiyini nəzərə çatdırdı. Həmçinin qeyd etdi ki, AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet elm-kompüter şəbəkəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz informasiya təhlükəsizliyi ilə bağlıdır.

A.Əlizadə ölkəmizin informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və inkişafı üçün bu kimi elmi-nəzəri konfrasların və ictimai müzakirələrin keçirilməsinin vacib olduğunu söyləyərək artıq ənənə halını almış bu konfransın gələcəkdə beynəlxalq səviyyəli elmi toplantıya çevrilməsinin zəruriliyini vurğuladı.

Konfransın açılış mərasimində, həmçinin AR Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, AR Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-mayor, texnika elmləri doktoru İqbal Babayev, Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Məmmədov,  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və digər dövlət və ictimai təşkilatların nümayəndələri çıxış edərək tədbirin əhəmiyyətini qeyd etdilər. Bu kimi tədbirlərin keçirilməsinin informasiya təhlükəsizliyinin aktual problemlərinin müzakirəsi baxımından böyük imkanlara malik olduğunu söylədilər.

Daha sonra konfrans işini plenar iclasla davam etdirdi. İclasda akademik Rasim Əliquliyev “İnformasiya  təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponenti kimi” mövzusunda məruzə ilə çıxış edərək informasiya təhlükəsizliyinin təmini məsələlərinin hər bir dövlətin milli təhlükəsizliyinin əsas komponentlərindən biri kimi strateji əhəmiyyət kəsb etdiyini bildirdi.

Alim informasiya və kommunikasiya sistemlərinə təhdidlər, elektron resursların qorunması və rəqəmsal irsin formalaşdırılması, İnternet   mühitində   uşaqların  mühafizəsi ilə bağlı mövcud problemlərdən söz açdı.

Akademik, həmçinin texnoloji sistemlərin kiberfiziki təhlükəsizliyi, milli proqram sənayesi və informasiya təhlükəsizliyi məsələlərindən bəhs etdi, milli veb-resursların statistik-analitik mexanizmlərinin işlənməsinin zəruriliyini vurğuladı. R.Əliquliyev bildirdi ki, hazırda veb-resursların vəziyyəti haqqında statistik məlumatların xarici operatorlar tərəfindən toplanması və analiz olunması, milli veb-resursların statistik və analitik təminat mərkəzləri və servislərinin yaradılması zərurəti bu istiqamətlərdə elmi araşdırmaların aparılmasını, milli və beynəlxalq tələblərə cavab verən statistik mexanizmlərin işlənilməsinin əhəmiyyətini önə çəkir.

R.Əliquliyev milli antivirus, antispam və antiplagiat sistemlərinin konseptual əsasları barədə məlumat verdi, informasiya təhlükəsizliyi və sosiohumanitar elmlərin qarşılıqlı əlaqəsindən danışdı. Qeyd etdi ki, sosiohumanitar elmlər informasiya təhlükəsizliyinin qarşısında duran vəzifələrin həllində, eləcə də informasiya təhlükəsizliyi sosiohumanitar elmlərin problemlərinin həllində xüsusi rol oynaya bilər.

Alim, eləcə də, informasiya təhlükəsizliyinin normativ-hüquqi bazasının inkişafı ilə əlaqədar təkliflərini səsləndirdi. Onun sözlərinə görə, bu məqsədlə pilotsuz uçuş aparatlarına dair, eyni zamanda, inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla beynəlxalq öhdəliklərdən irəli gələn qanunlar qəbul edilməli, normativ-hüquqi sənədlərin praktikada geniş tətbiqi üçün kompleks tədbirlər görülməli, informasiya hüquqi sahəsində kadr hazırlığı və elmi araşdırmalar həyata keçirilməlidir.

“Azərbaycan dilinin qorunması milli informasiya təhlükəsizliyi problemidir”, – deyə bildirən institut direktoru e-milli dövlətin arxitektur əsaslarından danışdı. Bildirdi ki, buraya milli terminologiya sistemi, milli orfoqrafiya-orfoepiya sistemi, transliterasiya sistemi, kompüter tərcüməsi sistemləri, milli lüğətlər, dialektoloji sistem, dil biliklərinin tədrisi və qiymətləndirilməsi sistemləri, milli adlar sistemi, linqvistik təhlükəsizlik sistemi, azsaylı xalqların dil resursları və sistemləri, işarə dili resursları və sistemləri, mətn mühəndisliyi və s. daxildir.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “AzScienceNet elm kompüter şəbəkəsinin informasiya təhlükəsizliyi məsələləri” mövzusunda məruzə ilə çıxış etdi. O, AzScienceNet şəbəkəsinin infrastrukturu, istifadə siyasəti, şəbəkənin Data Mərkəzinin texniki imkanları, şəbəkənin GEANT şəbəkə infrastrukturuna inteqrasiyası, Azərbaycan Təhsil Şəbəkəsi ilə əməkdaşlıq, informasiya təhlükəsizliyinin təmin olunması üçün görülmüş işlər, şəbəkədən istifadə zamanı yolverilməz əməllər, istifadəçilərə nəzarət və xəbərdarlıq, təhlükəsizlik hadisələrinin yaranma səbəbləri haqqında ətraflı məlumat verdi.  

R.Ələkbərov şəbəkədə informasiya təhlükəsizliyi siyasətinin məqsəd və vəzifələrindən söz açaraq bildirdi ki, informasiya təhlükəsizliyinə təhdidlərin AMEA-nın şəbəkələrinə və informasiya resurslarına vura biləcəyi maddi və mənəvi ziyanın minimumlaşdırılması, AMEA-nın işgüzar nüfuzunun yüksəldilməsi, informasiya təhlükəsizliyi üçün vahid prinsiplərin formalaşdırılması, informasiya təhlükəsizliyi sisteminin yaradılması, fəaliyyəti və inkişafı üçün müvafiq təşkilati-metodiki bazanın formalaşdırılması əsas məqsəd və vəzifələrdəndir.

Məruzəçi şəbəkədə informasiya təhlükəsizliyi sisteminin yaradılması zamanı həll edilən əsas məsələlərdən danışdı, bu məsələlərə AMEA korporativ şəbəkəsində informasiya təhlükəsizliyinə potensial təhdidlərin müəyyənləşdirilməsi və onların analizi, AMEA korporativ şəbəkəsində kontent üzrə informasiya resurslarının təsnifatı, informasiya təhlükəsizliyi baxımından vahid tələblərin və qaydaların müəyyənləşdirilməsi, eləcə də informasiya təhlükəsizliyi sistemi üçün tələblərin formalaşdırılmasının aid edildiyini bildirdi.

R.Ələkbərov, həmçinin AzScienceCERT xidməti, AzScienceNet-in monitorinq və informasiya təhlükəsizliyi xidməti və bu xidmətin təşkili üçün istifadə olunan proqram təminatları və avadanlıqlar, Verilənlərin Emalı Mərkəzinin avadanlıqların etibarlılığının artırılması, informasiya təhlükəsizliyi üzrə fəaliyyətin genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı görülən işləri nəzərə çatdırdı.

Daha sonra institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Elektron dövlətdə milli təhlükəsizliyə bəzi təhdidlərin aşkarlanması metodları haqqında” mövzusunda məruzə ilə çıxış edərək elektron dövlət mühitində terrorizmi təbliğ edən mətnlərin filtrasiyasına dair yanaşma, təhdidlərin qiymətləndirilməsi üçün qeyri-səlis model, e-dövlət mühitində toplanmış məlumatlardan anomaliyaların aşkarlanması üçün metodun təklif olunduğunu bildirdi. Həmin metod və modellər haqqında ətraflı məlumat verərək bildirdi ki, bu metodların digər məlum metodlarla müqayisəsi aparılmış, eksperimental nəticələr yeni yanaşma və metodların effektivliyini sübut etmişdir.

Daha sonra konfrans “İnformasiya təhlükəsizliyinin elmi-nəzəri problemləri”, “İnformasiya təhlükəsizliyinin humanitar problemləri” və “İnformasiya təhlükəsizliyinin praktiki problemləri” bölmələri üzrə seksiya iclasları ilə davam etdirildi. İclaslarda “E-dövlət mühitində sosial münasibətlərin təhlükəsizliyi”, “Bulud əsaslı elektron dövlət xidmətlərinin səmərəliliyinin artırılması metodu”, “Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması məsələləri”, “İnformasiya iqtisadiyyatının kibertəhlükəsizliyinin təminatı istiqamətləri və texnologiyaları”, “Elektron milli dövlət: Azərbaycan dilinin qorunması və inkişafı üçün imkan və perspektivlər”, “Plagiatlıqla mübarizə informasiya təhlükəsizliyinin mühüm istiqaməti kimi”, “Elektron dövlət mühitində fərdi məlumatların mühafizəsi problemləri”, “Proqram təminatının təhlükəsizliyinin təmin olunmasının bəzi üsulları haqqında”, “Proqram təminatının testləşdirilməsi üçün sınaq texnologiyalarının təhlili”, “Verilənlərin sanitarizasiyası – informasiya təhlükəsizliyinin təmini kimi”, “Kompüter şəbəkələrində zərərli proqramların analizi üsulları” və s. mövzularda məruzələr təqdim olundu.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR


İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

26-03-2015

Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

12-11-2019

İnformasiya təhlükəsizliyi ilə bağlı V respublika konfransı keçirilib

29-11-2019

Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər artıb

17-12-2018

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024

“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

08-01-2015

İnformasiya təhlükəsizliyi üzrə II Respublika konfransı keçirilir

14-05-2015

Azərbaycan alimləri informasiya təhlükəsizliyi sahəsində tədqiqatlar aparacaqlar

02-02-2021

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

14-01-2016

Big Data konfransı başa çatdı

25-02-2016

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023



  • Son Xəbər
  • populyar
  • Yazarlar
  • Amazon süni intellekt robotlarının iş yerlərində tətbiqinə başlayıb

    12-05-2025
  • “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı

    12-05-2025
  • “Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

    12-05-2025
  • İqtisadiyyat Nazirliyinin elektron xidmətlərinə müraciətlərin sayı artıb

    12-05-2025
  • “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə” dəyişib

    12-05-2025
  • Azərbaycan “Global CyberDrill 2025” tədbirində təmsil olunub

    12-05-2025
  • “Google” 3 yeni modul AES sifariş edib

    12-05-2025
  • Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

    12-05-2025
  • Azərbaycan Ordusunda kibertəhlükəsizliyə dair tədbirlər keçirilir

    12-05-2025
  • Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək

    12-05-2025
  • DİN: Bank kartlarından oğurluqlar davam edir

    12-05-2025
  • Bitkoinin qiyməti ilk dəfə 105 min dolları ötüb

    12-05-2025
  • Ayda istifadə olunacaq GPS aparatı hazırlanıb

    10-05-2025
  • Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

    10-05-2025
  • XRİTDX-də Ümummilli Liderin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib

    10-05-2025
  • Pakistan kiberhücumla Hindistanın elektrik şəbəkəsini sıradan çıxarıb

    10-05-2025
  • DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

    09-05-2025
  • “Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

    09-05-2025
  • İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

    09-05-2025
  • AYNA: Gediş haqqının QR ödənilməsi ilə bağlı problem aradan qaldırılıb

    09-05-2025
  • Bütün xəbərlər
  • Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

    14-04-2025
  • Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

    26-04-2025
  • İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

    21-04-2025
  • Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verilib

    20-04-2025
  • Rəqəmsal iqtisadiyyat və texnologiyada yeni dövr başlayır - Osman Gündüz

    25-04-2025
  • “Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

    19-04-2025
  • "Aztelekom" yenidən təşkil edilir

    25-04-2025
  • “Yahoo” “Chrome”u almaqla maraqlanır

    25-04-2025
  • Azərbaycan peyklərinin istehsalı ilə bağlı İsrailə xarici təsirlər varmı?

    29-04-2025
  • “e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

    19-04-2025
  • Osman Gündüz

    Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

  • Məltəm Talıbzadə

    Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh

  • Ağasəf Haqverdiyev

    Windows 10-u necə sürətləndirmək olar?

  • Fərrux İlhamoğlu

    Bizi idarə edən güc: Netokratiya

  • Sevil Rəsulzadə

    Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

  • İsmayıl Rafiqoğlu

    Facebook müəmması

  • Günel Azadə

    4G mobil texnologiyası niyə ləngiyir?

  • Kamran Ədalətoğlu

    Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

  • Azər Həsrət

    “Asan imzanı belə gördüm”- Azər Həsrət

  • Eyvaz Qocayev

    Satışa çıxarılmış Azərbaycan adları

  • Bütün yazarlar



sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə



NƏTİCƏLƏR

Bütün sorğular

  • ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  •  
  •  
  •  
  •  
© 2008 -2025 Xəbərlər.az
Bütün hüquqlar qorunur.