Previous Next
Bağla

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024 16:46
Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modelinin işlənməsi” mövzusunda məruzə dinlənilib.

Xeberler.az məlumat verir ki, məruzəni təqdim edən institutun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova qeyd edib ki, XX əsrin sonlarında informasiya texnologiyalarının inkişafı vətəndaşların dövlətlə yeni ünsiyyət forması olan elektron dövlətin (e-dövlət) yaranmasına səbəb olub. O, e-dövlət çərçivəsində istənilən sahə haqqında tam təsəvvür yaratmağa, eləcə də düzgün qərarlar qəbul olunmasını təmin etməyə imkan verən səmərəli idarəetmə sisteminin işlənilməsi zərurətinin yarandığını diqqətə çatdırıb.

Məruzəçi bu sistemin OLAP texnologiyaları əsasında qurulmuş informasiya-analitik sistemi olduğunu bildirib.

Böyük həcmli verilənlər və məlumat mənbələrinin müxtəlifliyi səbəbindən OLAP-da yaranan problemlərdən danışan tədqiqatçı bu zaman məlumat mənbələrinin müxtəlifliyinə görə kibertəhlükələrin artması, ənənəvi OLAP-da verilənlərin böyük həcminə görə onların intellektual analizi, təsnifatı, klasterləşdirmə, proqnozlaşdırma və digər proseslərin mürəkkəbləşməsi, eləcə də məlumatların böyük həcminə görə nəticələrin əldə edilməsi sürətinin azalmasına rast gəlindiyini diqqətə çatdırıb.

Məruzəçi dövlət orqanlarında informasiya axınlarının hərəkəti prosesinin sxemini təqdim edib, OLAP-ın intellektuallaşdırılmasını təmin edən texnologiyaları diqqətə çatdırıb.

Məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev məruzənin müasir dövrdə böyük aktuallıq kəsb edən elmi problemlərə həsr olunduğunu qeyd edərək, tədqiqat işində elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin tətbiqi istiqamətində beynəlxalq səviyyədə aparılmış tədqiqatlar, əldə olunmuş elmi-nəzəri nəticələr, keçirilmiş elmi-praktik konfranslara dair məlumatların da öz əksini tapmasının vacibliyinə toxunub.

Alim qlobal çağırışlar, eləcə də süni intellektin gətirdiyi reallıqlar kontekstində ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiyalar nəticəsində elektron dövlətin də sürətlə inkişaf etdiyini bildirib. Akademik R.Əliquliyev dünyanın inkişaf etmiş ölkələrində elektron dövlət mühitində OLAP sistemlərinin intellektuallaşdırılması məqsədilə bu infrastrukturlarda qabaqcıl süni intellekt texnologiyalarının tətbiq olunduğunu deyib, bu istiqamətdə tədqiqatların genişləndirilməsinə dair tövsiyələrini səsləndirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal dövlətin intellektuallaşdırılması problemləri tədqiq olunur

20-04-2026

“Ağıllı OLAP” konsepsiyasına dair yeni yanaşma təqdim olunub

18-11-2025

“Education 4.0” platforması ilə bağlı tədqiqatlar aparılır

30-01-2025

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

08-05-2023

E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

03-02-2025

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

24-12-2024

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025

Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması müasir dövrün tələbidir

16-12-2024

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025

İntellektual elektron kitabxanaların formalaşması problemləri araşdırılır

26-12-2024

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024

Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

12-05-2025

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

Gizli sosial şəbəkələrin aşkarlanması müzakirə edilib

28-10-2016

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019

Süni intellektin inkişafına dair məruzə dinlənilib

03-04-2025

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi müzakirə olunub

28-04-2025

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025

Kibersuveren dövlətin formalaşdırılması üzrə konseptual yanaşmalar işlənilir

03-07-2025

"Rəqəmsal dövlət kontekstində kibersuverenlik" müzakirə olunub

25-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə