Previous Next
Bağla

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016 10:10
“Elmi problemlər reyestri”  informasiya sistemi yaradılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Təhmasib Fətəliyev Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün “Elmi problemlər reyestri” informasiya sisteminin və Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradılmasından danışıb.

İnstitutdan Xeberler.az-a verilən məlumata görə, Təhmasib Fətəliyev bildirib ki,  məqsəd Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası və Elmi problemlər üzrə elmi şuraların fəaliyyətinin informasiya texnologiyalarının tətbiqi ilə müasir informasiya cəmiyyətinin tələblərinə uyğun inkişaf etdirilməsi və yaradılan informasiya resurslarında müntəzəm olaraq öz əksini tapan məlumatların analizi ilə elmin idarə olunmasına dəstək verilməsidir.

Onun sözlərinə görə, “Elmi problemlər reyestri” informasiya sisteminin yaradılması üçün ölkə üzrə elmi problemlərin mövcud vəziyyətinin monitorinqinin aparılması nəzərdə tutulur. Eyni zamanda, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası və Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradılması istiqamətində müvafiq işlər görülür.

T.Fətəliyev “Elmi problemlər reyestri” informasiya sisteminin yaradılması ilə respublikada fəaliyyət göstərən elmi qurumlarda tədqiq olunan elmi problemlərin pasportlaşdırılaraq vahid reyestrdə saxlanacağını və onların emalı prosesindən əldə olunan nəticələrin elmi-tədqiqatlarda təkrarçılığın aşkarlanmasında, aparılan araşdırmaların effektivliyinin artırılmasında, ayrı-ayrı tədqiqatçı və elmi qurumların fəaliyyətlərinin qiymətləndirilməsində və idarəetmə qərarlarının qəbulunda mühüm rol oynayacağını qeyd edib.

 AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev  Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” fərmanına uyğun olaraq AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış və AMEA-nın nəzdində fəaliyyət göstərən Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının respublikada elmin koordinatoru kimi bütün elmi-tədqiqat və ali təhsil müəssisələrində müxtəlif elm sahələri üzrə aparılan fundamental və tətbiqi tədqiqatların əlaqələndirilməsinə və həyata keçirilməsinə nəzarət edən səlahiyyətli orqan olmasını qeyd edib.

Bu baxımdan AMEA-da elektron elm çərçivəsində aparılan islahatlara uyğun olaraq onun fəaliyyətinə dəstək kimi ölkə üzrə elmi problemlərin vahid reyestrinin yaradılmasının zəruriliyini vurğulayıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

Elmi tədqiqatlar üçün informasiya sistemləri yaradılır

06-10-2016

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026

Azərbaycanda elektron elmi-intellektual baza yaradılır

02-03-2016

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

“Elektron elm” layihəsinin reallaşdırılması üçün tədbirlər görülür

19-02-2009

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016

Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

16-10-2015

“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

08-01-2015

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015

Azərbaycanda Elmi kadrlar milli informasiya sistemi istifadəyə verilir

28-01-2020

“Elmmetriya: mövcud vəziyyəti və imkanları” adlı ekspress-informasiya çapdan çıxıb

15-07-2013

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019

İnformasiya Texnologiyaları İnstitutunda “İnternetşünaslıq problemləri” elmi sektoru yaradılıb

17-07-2013

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə