Previous Next
Bağla

Kitab fondlarında saxlanılan kolleksiyalar rəqəmsallaşdırılacaq

03-03-2016 10:22
Kitab fondlarında saxlanılan kolleksiyalar rəqəmsallaşdırılacaq

Mərkəzi Elmi Kitabxana (MEK) öz kitab fondlarında saxlanılan kolleksiyalar barədə ictimaiyyəti məlumatlandırma fəaliyyətinə başlayıb.

Kitabxanadan Xeberler.az-a verilən məlumata görə, təşkil olunan dəyirmi masada görkəmli türkoloq, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georq Hazainin kitabxananın Şərq Ədəbiyyatı Fondunda saxlanılan şəxsi kolleksiyasının təqdimatı barədə fikir mübadiləsi aparılıb.

Dəyirmi masada çıxış edən MEK-in direktoru, tibb üzrə fəlsəfə dokroru Leyla İmanova kitabxananın fondlarında çoxsaylı şəxsi kolleksiyaların saxlanıldığını bildirib. MEK rəhbəri bu kolleksiyaların təqdimatına dair silsilə tədbirlərin keçiriləcəyini, həmçinin kataloqlaşdırma layihələri çərçivəsində bu kolleksiyaların elektron kataloqlaşdırlmasının aparılacağını da qeyd edib.

Sonra çıxış edən MEK-in Şərq Ədəbiyyatı Fondunun rəhbəri Aidə Hüseynova  fondda uzun illərdir beynəlxalq mübadilə, hədiyyə yolu ilə toplanan və mühafizə edilən minlərlə qiymətli ədəbiyyat, eyni zamanda dünya şöhrətli şərqşünas alimlərin şəxsi kolleksiyaları haqqında məlumat verib. A.Hüseynova bildirib ki, hələ illər öncə akademik G.Hazai şəxsi kitabxanasının türkologiyaya aid bölməsini AMEA-nın kitabxanasına bağışlamaq niyyətində olduğu barədə ölkəmizin Macarıstandakı səfirliyinə müraciət edib.

Daha  sonra dəyirmi masada alimin kolleksiyasının tədqiqi və kataloqlaşdırılması işində əməyi olan əməkdaşlar çıxış ediblər. Bütün ömrünü və elmi fəaliyyətini türk dünyasının öyrənilməsinə həsr edən qərbli, macar əsilli alimin Şərq dünyasına son dərəcə vurğunluğundan söz açıblar.

Sonda dəyirmi masada bir sıra təkliflər səsləndirilib. G.Hazainin Qarabağ konfilikti ilə bağlı məqalə və çıxışlarının MEK-in “Qarabağ” guşəsində yerləşdirilməsi, bu materilların rəqəmsallaşdırılaraq “Vahid Qeydiyyat Sistemi”nə daxil edilməsi, həmçinin Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə töhvə olaraq akademik G.Hazinin kolleksiyasının virtual sərgisinin təşkil edilməsi və digər məsələlər nəzərdə tutulub.

Günel 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kitabların qorunması üçün elektron çiplərdən istifadə olunacaq

28-05-2015

Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

22-11-2018

Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

29-02-2016

MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

11-02-2019

MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

11-12-2025

Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

09-02-2017

MEK-in elektron kitabxanasına yeni nəşrlər daxil olub

04-10-2024

MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

15-01-2026

Kitabların elektron təqdimatı keçirilib

28-09-2015

MEK elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

14-03-2019

MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

29-10-2018

MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

15-12-2025

AnkosLink-2019 beynəlxalq konfransı keçirilib

05-04-2019

Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

01-10-2019

“Zərifə Əliyeva - 100” adlı elektron layihə istifadəyə verilib

28-04-2023

Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

22-05-2019

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024

Türkiyənin müasir elektron resursları adlı seminar keçirilib

06-11-2019

ScienceDirect  elmi-məlumat bazasının təqdimatı keçirilib

29-04-2025

MEK və Macarıstanın şirkəti arasında onlayn görüş keçirilib

14-04-2022

Mərkəzi Elmi Kitabxanada İT-dən istifadə genişləndirilir

12-01-2016

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014

MEK-in yenilənmiş elektron kitabxanasının təqdimatı olub

16-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə