Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi(MHM) “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.
Mərkəzdən Xəbərlər.az-a verilən məlumata görə, 2012-ci ilin dekabrından bu ilin fevralın 28-ə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 4,405,403 daxilolma qeydə alınıb.
Portala müraciət edənlərin sayı isə 1,329,130 nəfər olub. Belə ki, 1,329,130 nəfər ümumən 4,405,403 dəfə portala baxıb və 7,949,130 dəfə elektron xidmətlərə müraciət ediblər.
Bu dövr ərzində portala müraciət edənlərin 30,2 faizini yeni istifadəçilər, 69.8 faizini təkrar müraciət edənlər təşkil edib.
Fevral ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 469,628 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin sayı 163,641 nəfər olub. Fevral ayı ərzində portala müraciət edənlərin 26,7 faizini yeni istifadəçilər, 73,3 faizini təkrar müraciət edənlər təşkil edib.
Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı 191,163 nəfərə çatıb.
Portal üzərindən təqdim edilən xidmətlərin sayı 410 olub.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri