“Elektron hökumət” portalından 1,4 mln. nəfər istifadə edib

10-04-2015 / 13:51

Aprelin 1-nə qədər "Elektron hökumət" portalının xidmətlərindən 1,4 mln. nəfərdən çox vətəndaş 8 mln. dəfədən çox istifadə edib. Bu dövrdə elektron xidmətlərin sayı 413-ə çatıb.

Xəbərlər-in məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) rəhbəri Nail Mərdanov bu gün keçirilən brifində bildirib.

Tədbirdə qeyd olunub ki, "Elektron hökumət" portalının istifadəyə verilməsindən 2015-ci il martın 31-dək portala 4 854 127 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı 1 452 488 nəfər olub. Bu dövr ərzində portala müraciət edənlərin 30%-ni yeni istifadəçilər, 70%-ni təkrar istifadəçilər təşkil edib.

Aprelin 1-ə qədər bütün qurumlar üzrə Fərdi məlumatların informasiya sistemləri və dövlət informasiya ehtiyatları Dövlət Reyestrinə daxil olunan məlumatların ümumi sayı isə 238 ədəd təşkil edib.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə