“Elektron-hökumət” portalının statistikası təqdim olundu

07-05-2015 / 12:25

"Elektron Hökumət" bülleteni üzrə növbəti brifinq keçirilir.

Xəbərlər-in məlumatına görə,  bülletendə "e-hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron hökumət" İKT sahəsindəki təcrübəsi barədə xəbərlər əksini tapır.

Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2015-ci ilin aprelin 30-na qədər qədər portala ümumilikdə 5 891,7 min nəfər daxil olub. Portala müraciət edənlərin ümumi sayı isə 1 710,9 min nəfər olub. Onların 29,1%-ni yeni istifadəçilər, 70,9%-ni isə təkrar müraciət edənlər təşkil edib. Aprel ayı ərzində isə portala 1 037,6 min daxilolma qeydə alınıb. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı 213,6 minə çatıb.

Bu dəfə bülletendə aprel ayı ərzində "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə olunan e-xidmətlərin siyahısı, bir ay üçün təqdim olunmuş elektron imza vəsiqələri, bütün qurumlar üzrə portal tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə barədə statistik məlumatlar yer alıb.

Brifinqdə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan İnternet Forumu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin nümayəndələri iştirak ediblər, mənsub olduqları dövlət qurumlarının həyata keçirdiyi elektron xidmətlərdən danışıblar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə