“Elektron hökumət və gənclər” mövzusunda seminar keçirildi

07-04-2015 / 16:02

"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən"Elektron hökumət və gənclər" mövzusunda növbəti seminar Bakı Slavyan Universitetində təşkil olunub

Mərkəzdən Xəbərlər-ə verilən məlumata görə, seminar MHM-in şöbə müdiri İlqar Abdullayevin çıxışı ilə açıq elan edilib.

O, seminar iştirakçılarına Elektron Hökumətin infrastrukturu, e-xidmətlər, e-arayışlar, dövlət reyestrləri və açıq hökumət məlumatları haqda prezentasiya üzrə geniş məlumat verdi. Şöbə müdiri "Elektron Hökumət"in yaradılmasını zəruri edən amillərdən, onun hüquqi əsasından, prinsiplərindən bəhs etdi. "Elektron Hökumət"in infrastrukturu, "Elektron Hökumət” portalı üzərindən təqdim olunan e-xidmətlər , e-arayışlar barədə ətraflı məlumat verdi. O, "Elektron Hökumət" quruculuğunun ictimai mahiyyətini və üstünlüklərini açıqladı. Məruzəçi qeyd etdi ki, portal üzərindən təqdim olunan bir çox elektron xidmətlər məhz gənclər üçün nəzərdə tutulmuşdur. Vurğulandı ki, yeniliyə tez uyğunlaşan gənclərın, elektron xidmətlərdən mütəmadi istifadə etməsi, özləri üçün faydalı olmaqla yanaşı, cəmiyyətin elektronlaşmasına da müsbət təsir göstərəcək.

Daha sonra, MHM-nin MSXM-in müdiri Mailov Arif öz çıxışında e-imzanın mahiyyəti və əhəmiyyəti, e-imza sertifikatlarının e-sənəd mübadiləsində rolundan bəhs etdi.

O, MHM-nin Milli Sertifikat Xidməti Mərkəzi tərəfindən verilən e-imza sertifikatlarının iqtisadiyyatda tətbiq olunduğu sahələr və cari istifadə statistikası haqqında danışdı. A.Mayılov tələbələrə e-imzadan istifadə formasından və virtual dünyanın vətəndaşlarına çevrilmiş gənclərə bu dünyanın "şəxsiyyət vəsiqəsini” - e-imzanı əldə etməyin vacibliyi haqda məlumat verdi. Məruzəçi yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti və əhəmiyyəti, eləcə də e-xidmətlərin və e-imzanın kütləviləşməsində yeni nəsil şəxsiyyət vəsiqələrinin mühüm rol oynayacağını xüsusilə vurğuladı.

Seminar tələbələrlə diskussiya şəklində davam etdi. Seminarda aktiv iştirak edən 3 tələbə seçildi. Aktivliyi ilə məruzəçilərin diqqətini çəkən və İKT sahəsində biliyi ilə seçilən bir tələbəyə pul mükafatı, 2 tələbəyə isə həvəsləndirici hədiyyələr təqdim edildi.

Seminarda iştirak edən tələbələrə portaldan istifadə üçün kod/parollar verildi.

Qeyd edək ki, belə seminarların keçirilməsində məqsəd gənclərə "Elektron Hökumət", elektron xidmətlər, elektron imza, e-sənəd və sair barədə ətraflı informasiya vermək və onlara praktiki biliklərin aşılanmasıdır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə