“Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” analitik məqalə müsabiqəsinin 1-ci mərhələsinin qalibləri elan edilib

03-09-2013 / 10:29
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “İKT ili” çərçivəsində  “Respublikada “Elektron hökumət”:  mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda elan etdiyi analitik məqalə müsabiqəsinin 1-ci mərhələsi başa çatıb. Aşağıdakı müəlliflər 1-ci turun qalibləri olublar:
 
Hüseynov Aydın. “Azərbaycanda E-hökumət xidmətlərinin monitorinq sisteminin yaradılmasının mümkün istiqamətləri”.
 
Əlizadə Fuad . "E-правительство - новый этап развития страны”
 
Quliyeva Zülfiyyə. “Elektron hökumət”dən kənarda qalanlar”…
 
Əhmədova Aynurə. “Elektronlaşa bilməyən vətəndaşlar, yoxsa hökumət strukturları?”
 
Hətəmov Zahir. “Dövrün tələbi - elektron idarəetmə”
 
İlyasov Ramin “Yeni idarəetmə erası- Elektron Hökumət”
 
Hüseynova Ruhiyyə. “E-hökumətin “b” variantı; Nazirliklər niyə ləngiyir? – Araşdırma
 
Məmmədova Xəyalə.” E-Dünya təcrübəsi əsasında  yeni  “Elektron-Azərbaycan”
modelinin tətbiqi yollarının əsas inkişaf istiqamətləri”
 
Hacalıyev Elnur. “Elektron hökumət: çevik və səmərəli idarəçiliyin uğurlu formulu”.
 
Quliyeva Gülnar. “Elektron hökumət”in Azərbaycan modeli”
 
Onlayn səsvermənin yekunlarına görə:
 
Mahmudova Tacirə. “İKT-Dəyişən və dəyişdirən amil”
 
Adları bu siyahıda olan iştirakçılar müsabiqənin 2-ci mərhələsinə keçiblər.
 
Hörmətli müsabiqə iştirakçıları!
 
Müsabiqənin 2-ci mərhələsinə start verilir.
2-ci mərhələyə təqdim ediləcək məqalə aşağıda qeyd olunan məsələlərin hər birini əhatə etməlidir:
 
Sahə üzrə qanunvericiliyin analizi və təkliflər;
Dövlət informasiya ehtiyatları və fərdi məlumatlar informasiya sistemləri ilə tanışlıq, təhlil və təkliflər. Hansı informasiya sistemlərini görmək istərdilər?
Portal üzərindən xidmət göstərməyən qurumlar: səbəblərin araşdırılması;
Beynəlxalq təcrübə və müqayisə;
"2013- 2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın layihəsinə təkliflər;
Sosial tələblərdən irəli gələrək yeni elektron xidmətlərin yaradılması;
Portalın yeni funksionallıqları;
Elektron xidmətlərin təbliği, təşviqi, tədrisi və miqyaslanması.
Kadr hazırlığı.
 
Məqalələr 16 sentyabra qədər elektron imza ilə təsdiq olunmuş formada Təşkilat Komitəsinə göndərilməlidir. Bu tarixdən sonra təqdim olunan məqalələr qəbul olunmayacaq. Məqalələr təqdim olunduqdan sonra 10 gün ərzində KİV-də dərc olunmalıdır. KİV-də dərc olunmayan məqalələr müsabiqədə iştirak etməyəcək.
 
Qeyd: 2-ci mərhələdə iştirak üçün e-imza vəsiqəsinin alınması “www.e-imza.az” saytında elektron müraciət forması ilə təmin olunacaq. (mincom.gov.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə