İqtisadiyyat Nazirliyi “Elektron lisenziya” portalının yaradılması məqsədilə açıq tender elan edib.
Xeberler.az Report-a istinadən bildirir ki, bu barədə qurumun Tender Komissiyasından bildirilib.
Təkliflərin qiymətləndirilməsində satınalma müqaviləsini bağlamaq səlahiyyətinin, maliyyə durumunun qənatbəxş olması (son ildə azı 2 mln. manat dövriyyə), texniki, maliyyə, işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olması, vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə vaxtı keçmiş öhdəliklər haqqında məlumat, qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, təklifin tətbiqi üçün qısa müddət, bu cür layihələr üzrə təcrübə (ən azı 2 il), o cümlədən digər dövlət qurumlarında tətbiqi, texniki imkanlar, kadr potensialı kimi meyarlara üstünlük veriləcək.
Tenderdə iştirak etmək istəyənlər 1 min manat iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunan tenderin əsas şərtlər toplusunu Nazirlikdən (Hökumət Evi) ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) iyulun 19-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş iyulun 28-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir. Təklif zərflərinin açılma proseduru iyulun 29-da keçiriləcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri