Ağıllı saatlar və ya riderlər kimi portativ qurğularda monoxrom E-Ink-ekranları görməyi vərdiş etmişik. Lakin elektron mürəkkəblərin imkanları bununla məhdudlaşmır.
E-Ink şirkəti əsasını elektron mürəkkəb texnologiyasının təşkil etdiyi rəngli divar kağızlarını təqdim edib. Bu yenilik adi divar ilə inteqrasiya edə və bu zaman verilən təsviri və ya rəngi dəyişə bilir.
Xəbərlər xarici mətbuata istinadən məlumat verir ki, bu kimi divar kağızları rəssam və dizaynerlər üçün daha əlverişlidir. Belə ki, onlar öz yaradıcılıq nümunələrini əyani görə və son nəticəni asanlıqla dəyişə bilərlər.
Bundan əlavə, elektron divar kağızlarından məişət ehtiyacları, reklam məqsədləri ilə də istifadə oluna bilər. E-kağızdan istifadə sayəsində oboylar yalnız təsvirin yenidən çəkilməsi üçün minimal enerji sərf edəcək.
Şirkətdən bildirilənə görə, bu texnologiyanın köməyilə mükəmməl vitrinlər, pəncərə və ya divarlar yaradıla bilər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri