Elektron Təhlükəsizlik Xidməti “Apple” məhsullarında boşluqlar aşkarlayıb

24-06-2023 / 13:49

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizik Xidməti "Apple" məhsullarında bir sıra boşluq aşkar edib.

Xeberler.az xidmətin yaydığı məlumata istinadla xəbər verir ki, “Apple” məhsullarında boşluqlar (CVE-2023-32434, CVE-2023-32435, CVE-2023-32439) aşkarlanıb. CVE-2023-32434 boşluğu kiberdələduza xüsusi proqramdan istifadə etməklə, nüvə imtiyazları ilə ixtiyari kodu icra etməyə imkan verir. Boşluqlar “iPhone 6s” (bütün modellər), “iPhone 7”, “iPhone SE” (1ci nəsil), “iPhone 8” və daha sonrakı, “iPad” 5-ci nəsil və daha sonrakı, “iPad Air” 3-cü nəsil, “iPad Air 2”, “iPad” mini 4-cü nəsil və daha sonrakı, “iPad Pro” (bütün modellər), “İpod Touch” (bütün nəsillər), “MacOS Big Sur”, “Monterey” və “Ventura”, “Apple Watch Series 3-7”, “Apple Watch SE”də aşkarlanıb.

“Qeyd olunan bütün məhsulların ən son versiyaya yenilənməsi tövsiyə olunur”, - deyə Elektron Təhlükəsizik Xidmətinin məlumatında bildirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə