Previous Next
Bağla

Elektron ticarət sektorunda lider ölkə hansıdır?

06-04-2015 14:40
Elektron ticarət sektorunda lider ölkə hansıdır?

ABŞ elektron kommersiya sektorunda liderlik edərək Şimali Amerika və Avropanı geridə qoyur. 2015-ci ildə ABŞ-da onlayn satışlardan gəlirlərin 349 milyard dollara çatacağı, “RetailMeNot” şirkəti tərəfindən tədqiqatın aparıldığı səkkiz Avropa ölkəsində bu göstəricinin 254 milyard dollar təşkil edəcəyi gözlənilir. 
 
Xəbərlər-in Payspacemagazine-ə istinadən  məlumatına görə, ölkə həmçinin 115 dollar təşkil edən orta onlayn sifariş göstəricisi üzrə birinci yerdədir. Bu isə səkkiz Avropa ölkəsindən 26 faiz (85 dollar), İsveçdən 21 faiz (91 dollar), Böyük Britaniyadan 22 faiz (90 dollar) və Kanadadan 15 faiz (98 dollar) çoxdur.
 
On ölkədə aparılan tədqiqatdan məlum olub ki, onlayn satışlarda artım bilavasitə mobil ticarətin populyarlığının artması ilə əlaqədardır. ABŞ-da bazar həmçinin tədqiqatın keçirildiyi digər ölkələrlə müqayisədə mobil kommersiya sektorunda sürətlə inkişaf edir. Proqnozlara görə, 2015-ci ildə ABŞ-da mobil kommersiyanın həcmi səkkiz Avropa ölkəsinin 20 faizlik göstəricisi (61,5 milyard dollar) ilə müqayisədə onlayn satışların ümumi həcminin 27 faizini təşkil edəcək.
 
Bu il onlayn satışların 14 faiz artacağı ABŞ-dan kənar ölkələrdə Şimali Amerika və Avropa bazarlarının böyük beynəlxalq müştəri bazasında maraqlı olan pərakəndə satışla məşğul olanlar üçün cəlbedici olacağı proqnozlaşdırılır. Məsələn, tədqiqatın aparıldığı səkkiz Avropa ölkəsi arasında internet satış həcminin 82 faizi Almaniya, Fransa və Böyük Britaniyanın payına düşür.
 
Həmçinin Almaniyada elektron ticarətin illik artımının 23 faiz olacağı proqnozlaşdırılır. Hazırda bu ölkə Avropa bazarında onlayn satışların həcminə görə ikinci yeri tutur. Fransada bu göstəricinin 17 faiz (Avropada satış həcminə görə üçüncü yer), Böyük Britaniyada 16 faiz (Avropada onlyan satışların sayına görə birinci yer), Polşada 21 faiz, Kanadada 13 faiz olacağı gözlənilir.
 
Tədqiqatdan o da məlum olub ki, Kanadada onlayn tranzaksiyaların 64 faizi kredit kartları vasitəsilə həyata keçirilir, ABŞ-da isə bu göstərici 42 faizə bərabərdir. Alternativ ödəniş üsulları, o cümlədən “PayPal” daha çox böyük Britaniya və Polşada populyardır. Bu ölkələrdə alternativ ödənişlərin həcmi onlayn ödənişlərin 20 faizini təşkil edir.

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Satış həcminin 50 faizi İnternetlə həyata keçiriləcək

03-08-2015

Banklar İT xərcləri artırır

01-05-2015

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025

Yarımkeçirici mikrosxem bazarının həcmi rekord həcmə çatıb

02-03-2011

Mobil reklam bazarının həcmi artıb

02-09-2015

Onlayn ticarətin həcmi 1 trilyon dollara çatdı

17-02-2015

Dünyada İT xərclərin həcmi nə qədərdir?

02-03-2017

2020-ci ilədək onlayn ödənişlərin həcmi neçə faiz artacaq?

16-06-2015

“2015-ci ildə dünya İT bazarının həcmi 5,5 faiz azalacaq”

01-07-2015

Avropa şirkətlərinin satışının dörddə bir hissəsi İnternetdə həyata keçirilir

14-05-2015

Dünyada pərakəndə onlayn ticarətin ortaillik artım tempi 17 faiz təşkil edib

20-11-2013

İT xidmətləri bazarının həcmi azalıb

02-11-2015

Smartfonların satış həcmi artıb

19-11-2015

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015

Nağdsız valyuta bazarında 31,7 milyard dollarlıq əməliyyat aparılıb

16-02-2023

Hansı ölkədə internet daha sürətlidir?

28-08-2015

Dünyada əməkçi miqrantların pulköçürmələrinin artımı zəifləyəcək

15-04-2015

Dünyada ən çox tələbat olan elektron qurğular smartfonlardır

28-04-2015

Mobil ticarət elektron ticarətdən daha sürətlə artır

24-11-2015

İlon Mask bir gündə 29 milyard dollar itirib

11-03-2025

Britaniyada mobil ödənişlərdən istifadə artacaq

16-04-2015

“Apple” dünyanın ən qiymətli brendi elan olunub

22-01-2025

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016

HP kompüterlərin satış həcminə görə liderliyini qoruyur

08-09-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə