Previous Next
Bağla

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016 15:28
Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

Gartner analitik şirkəti dünya smartfonlar bazarında zəifləmənin davam etməsini açıqlayaraq gələcəkdə bu sahədə ikirəqəmli artım tempi proqnozlaşdırmır.

Ekspertlərin qiymətləndirməsinə görə, 2016-cı ildə smartfonların satış həcmi 7 faiz artaraq 1,5 milyard ədədə çatacaq.

Xeberler.az RYTN-in elektron xəbər istinadən məlumat verir ki, resursuna istinadən yazır ki, müqayisə üçün qeyd edək ki, smartfon sahəsində ən yüksək artım göstəricisi artımın 73 faizə bərabər olduğu 2010-cu ildə qeydə alınıb. 2015-ci ildə artım 14,4 faiz təşkil edib. 2020-ci ildə bazarın natural ifadədə həcminin 1,9 milyard qurğuya çatacağı gözlənilir.

Zəifləmə onunla əlaqədardır ki, Şimali Amerika, Qərbi Avropa, Yaponiya və ayrı-ayrı Asiya ölkələri kimi iqtisadi baxımdan inkişaf etmiş regionlarda smartfonların nüfuzetmə səviyyəsi 90 faizə bərabərdir.

Bundan başqa, insanlar əvvəlki illərlə müqayisədə smartfonları yenisi ilə gec əvəzləməyə başlayıblar.

“İnkişaf etmiş bazarlarda bahalı smartfon sahibləri onları 2,5 ildə 1 dəfə yenisi ilə əvəz edirlər və yaxın beş ildə vəziyyətin dəyişəcəyi gözlənilmir”, - “Gartner” analitiki Robert Kozza bildirib.

Bunu nəzərə alan əksər istehsalçılar inkişaf etməkdə olan ölkələrə üstünlük verərək diqqəti Hindistan və Çinə yönəldib.

Analitik Annet Simmermanın fikrincə, daha çox artım potensialına Hindistan malikdir. Gələcəkdə ucuz smartfonların qiymətlərinin aşağı düşməsi ilə 2016-cı ildə bu ölkədə smartfonların satışının 29,5 faiz artaraq 139 milyon ədəd təşkil edəcəyi proqnozlaşdırılır. Göstərilən həcmin təxminən 50 faizi qiyməti 120 dollardan ucuz modellər olacaq.

Öz növbəsində R.Kozza Afrika regionunun perspektivli olmasını deyərək 2015-ci ildə Saxaranın cənub hissəsində yerləşən Afrika ölkələrində smartfonların ilk dəfə satış həcminə görə adi mobil telefonları üstələməsini qeyd edib.

Mütəxəssislərin qənaətinə görə, Çində isə artım imkanları məhdud olacaq. 2014-cü ildə satış həcminin 16 faiz artmasından sonra 2015-ci ildə Çinin göstəricilərində artım qeydə alınmayıb. Növbəti beş ildə də artımın olacağı ehtimal edilmir.

Qeyd edək ki, bir müddət əvvəl digər tanınmış analitik şirkət - IDC dünya smartfonlar bazarı üzrə daha mühafizəkar proqnoz təqdim edib. Analitiklərin hesablamasına görə, 2016-cı ildə smartfonların tədarükü 3,1 faiz - 1,48 milyon ədədədək artacaq. Bununla belə, ekspertlər 2015-ci ildə 10,5, 2014-cü ildə 27,8 faiz artım qeydə alıblar.

Zəifləmənin əsas səbəbini IDC mütəxəssisləri Gartner kimi inkişaf etmiş bazarlarda və Çində tələbatın ödənilməsində görürlər. Tədqiqatçıların 2020-ci il üçün açıqladıqları proqnoz da oxşardır:

“IDC-nin versiyasına görə, dörd ildən sonra smartfon sahəsinin həcmi ədədi hesablamada 84 milyard qurğu təşkil edəcək.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016
Smartfonların satış həcmi  7 faiz  artacaq

Smartfonların satış həcmi 7 faiz artacaq

13-04-2016
Smartfonların satışı azalacaq

Smartfonların satışı azalacaq

09-09-2015
2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015
Qlobal smartfon bazarı üzrə proqnoza yenidən baxılıb

Qlobal smartfon bazarı üzrə proqnoza yenidən baxılıb

17-08-2015
Smartfonların satış həcmi artıb

Smartfonların satış həcmi artıb

19-11-2015
Kompüter elektronikasının tədarükü artacaq

Kompüter elektronikasının tədarükü artacaq

08-07-2015
Daşınan elektronika bazarında üçqat artım gözlənilir

Daşınan elektronika bazarında üçqat artım gözlənilir

19-06-2015
Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

20-02-2015
2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

20-10-2016
Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

22-06-2015
Fərdi kompüterlərin satışı azalır

Fərdi kompüterlərin satışı azalır

30-05-2015
2010-cu ildə bazara 300 milyondan artıq smartfon çıxarılıb

2010-cu ildə bazara 300 milyondan artıq smartfon çıxarılıb

11-02-2011
“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşür

“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşür

28-09-2020
 İnkişaf etməkdə olan bazarlarda smartfonların satışı artıb

İnkişaf etməkdə olan bazarlarda smartfonların satışı artıb

29-05-2015
Dünya İT bazarında 3 faiz illik artım proqnozlaşdırılır

Dünya İT bazarında 3 faiz illik artım proqnozlaşdırılır

13-02-2017
Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

16-01-2017
Gartner: “Bu il dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

Gartner: “Bu il dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

19-04-2017
Smartfonlar bazarının artımı zəifləyib

Smartfonlar bazarının artımı zəifləyib

21-08-2015
4K televizorların tədarükü artacaq

4K televizorların tədarükü artacaq

30-07-2015
İki SİM-kartlı smartfonların satışı yarım milyardı ötəcək

İki SİM-kartlı smartfonların satışı yarım milyardı ötəcək

21-07-2015
Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016
2011-ci ildə mobil telefon bazarı 8 faizədək artacaq

2011-ci ildə mobil telefon bazarı 8 faizədək artacaq

25-12-2010
Kompüter satışına dair proqnozlar özünü doğrultmayıb

Kompüter satışına dair proqnozlar özünü doğrultmayıb

14-01-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə