Previous Next
Bağla

Əli Abbasov: “TASIM layihəsi TANAP qədər vacibdir”

09-04-2015 14:47
Əli Abbasov: “TASIM layihəsi TANAP qədər vacibdir”

"Honqkonq və Frankfurtu birləşdirən transmilli optik-lif magistralın yaradılmasına yönələn Transavrasiya yüksəksürətli informasiya magistralı (TASIM) "Transanadolu qaz kəməri" layihəsi qədər vacibdir".

Xəbərlər "Report"-a istinadən  məlumat verir ki, bu barədə Azərbaycanın kommunikasiya və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. 

"TASIM həyata keçirildiyi zaman TANAP qədər əhəmiyyətli olacaq", - Ə.Abbasov qeyd edib. 

"Bu gün Azərbaycan və Türkiyə neft və təbbi qaz sahəsindən kənar, yəni kommunikasiya sahəsində münasibətləri qurmağa çalışır", - nazir deyib.

O vurğulayıb ki, Türkiyə və Azərbaycan hər iki ölkənin iş adamları və sahibkarları üçün açıq olacaq bazarların yaradılmasına dair birgə layihəyələrə və dünya ölkələri ilə ticarətin genişləndirilməsi üçün imkanlara sahibdir. 

"Bundan başqa, Azərbaycan və Türkiyə energetika və nəqliyyat baxımından Avropa və Asiya arasında körpü rolunu oynayır. İndi ölkələrimiz kommunikasiya və informasiya texnologiyaları baxımından da vacib rol oynayacaq", - Ə.Abbasov qeyd edib. 

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın regiondakı nüfuzu artır, bu da qonşu ölkələri texnologiya və kommunikasiya sahələrimizə marağını artırır. 

Qeyd edək ki, plana görə TASIM Frankfurtdan Honqkonqa qədər əsas optik-lif marşrutu olacaq. Həmin marşrut Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçəcək. Həmçinin Rusiya, Ukrayna və Polşadan keçəcək ehtiyat şimal marşrutunun yaradılması imkanları da nəzərdən keçirilir. 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Regional İnnovasiya Zonaların yaradılması barədə layihənin icrasına başlanacaq

14-10-2009

Əli Abbasov vəzifəsindən azad edildi

12-11-2015

Bakıda Transmilli Avrasiya Super İnformasiya Magistralı üzrə nazirlərin Regional Görüşü keçirilib

11-11-2008

Əli Abbasov: «Lokal şirkətlərimizi yeni texnologiyalarla təchiz edib regional bazarlara çıxarmaq niyyətindəyik»

27-02-2013

Azərbaycan regionda informasiya texnologiyaları marşrutunun mərkəzinə çevriləcək

07-01-2009

Azərbaycanın süni peykinin istehsalına başlanılıb

07-09-2010

Azərbaycan və Bolqarıstan arasında İKT sahəsində əməkdaşlıq haqqında razılıqla bağlı layihə hazırlanır

01-05-2012

Azərbaycan və Yunanıstan İKT sahəsində əməkdaşlığa dair saziş imzalayıblar

17-02-2009

Azərbaycan İKT layihələrinə 3,5 milyard dollar ayıracaq

28-03-2012

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tezliklə fəaliyyətə başlayacaq

08-04-2013

2020-ci ilə qədər elektron xidmətdən əhalinin 80 faizi istifadə edə biləcək

09-12-2012

Əli Abbasov: “2010-cu ildə Azərbaycanda İKT sektorunda gəlirlərin artım tempi 30 faiz təşkil edəcək”

08-12-2010

“Qərb-Şərq yüksəksürətli informasiya magistrali” layihəsi BMT-nin baş məclisinin sessiyasında müzakirə olunacaq

07-01-2009

Azərbaycanla Belarus arasında İKT üzrə əməkdaşlıq haqqında sənəd imzalanıb

13-11-2008

2012-ci ildən Azərbaycan rəqəmsal televiziyaya keçəcək.

02-07-2010

İxracyönümlü IKT məhsulların istehsalı stimullaşdırılacaq

19-02-2015

Osman Gündüz: Bu, ölkəyə böyük dividentlər gətirəcək bir layihədir

14-01-2019

Əli Abbasov mobil operatorların rominq tariflərindən razı deyil

11-02-2011

Əli Abbasov: Ötən il Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz olub

23-01-2011

Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası yaradılır - Baş katib

16-06-2023

İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

10-11-2017

Nazir Əli Abbasov: «Azərbaycanın istənilən yaşayış məntəqəsinə istənilən keyfiyyətdə və sürətdə internet verilə bilər»

14-12-2010

Azərbaycan TASİM üzrə üçtərəfli əməkdaşlıq təklif edib

11-05-2015

Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

06-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə