Previous Next
Bağla

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016 14:09
AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

AMEA Rəyasət Heyətində akademiyanın elmi bölmələrinin veb-saytlarının təqdimatına həsr olunmuş müşavirə keçirilib.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, müşavirədə akademiyanın elmi bölmələrinin elmi katibləri, AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun məsul şəxsləri və əməkdaşları iştirak edirdi.

Öncə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycanda ilk veb-sayt olan science.gov.az-ın 1995-ci ildə fəaliyyətə başladığını diqqətə çatdırıb.

 Bu gün Azərbaycan elminin carçısı olan science.gov.az-ın böyük nüfuza malik olduğunu, ölkə elmində baş verən hadisələrin portalda operativ və dolğun şəkildə işıqlandırıldığını bildirib.

O qeyd edib ki, bu gün təqdim olunacaq veb-saytları məhz AMEA-nın rəsmi portalı olan science.az-ın törəmələri hesab etmək olar.

Akademik R.Əliquliyev son illərdə AMEA-da informasiya-kommunikasiya texnologiyalarının sürətlə tətbiq olunduğunu vurğulayaraq, artıq science.az-ın vahid informasiya siyasətinin formalaşdığını deyib.

Qeyd edib ki, Azərbaycan elmində baş verən yeniliklər və alimlərimizin fəaliyyətinə dair məlumatlar təkcə veb-sayt deyil, həm də sosial şəbəkələr vasitəsilə operativ olaraq yayımlanır.

R.Əliquliyev rəhbərlik etdiyi qurumun AMEA-nın elmi bölmələrinin veb-saytlarına daim texnoloji dəstək göstərəcəyini vurğulayıb.

 Alim, akademiyada fəaliyyət göstərən veb-saytların səmərəliyini artırmaq məqsədilə müxtəlif müsabiqələrin, çoxmeyarlı qiymətləndirmələrin nəzərdə tutulduğunu da bildirib.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Əfruz Qurbanova AMEA-nın elmi bölmələrinin veb-saytlarını təqdim etdi. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin saytının nümunəsində çıxış edən məruzəçi qeyd edib ki, elmi bölmələrin veb-saytlarının yaradılmasında əsas məqsəd elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasıdır.

Ə.Qurbanovanın sözlərinə görə, veb-saytlar AR Xüsusi Dövlət Mühafizə Xidmətinin, o cümlədən AR Nazirlər Kabinetinin İnternet informasiya ehtiyatlarının yaradılması Qaydalarına uyğunlaşdırılmış, təhlükəsizlik tam şəkildə təmin olunub.

 Sonra məruzəçi saytın strukturu haqqında geniş məlumat verdi. O bildirib ki, saytın ana səhifəsində elanlar və müxtəlif kateqoriyalar üzrə xəbərlər yerləşdirilib.

Ə.Qurbanov veb-saytın güclü axtarış sisteminə malik olduğunu, həmçinin burada bölmə ilə əlaqəli mühüm linklərin də yer aldığını söyləyib.

3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərəcək saytda “Elmi-tədqiqat müəssisələri”, “Dövri nəşrlər”, “Problemlər üzrə elmi şuralar”, “Bölmənin rəsmi sənədləri”, “Dövlət Proqramları və layihələr”, “Konfranslar, seminarlar” kimi bölmələrin də yer aldığını nəzərə çatdırıb.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015
İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016
AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015
Bu idarələr yeni sayt təqdim etdi

Bu idarələr yeni sayt təqdim etdi

23-04-2018
“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

07-10-2016
Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

03-07-2017
Botanika İnstitutunun veb-saytı yeniləndi

Botanika İnstitutunun veb-saytı yeniləndi

08-06-2017
AMEA-nın televiziyası fəaliyyətə başlayır

AMEA-nın televiziyası fəaliyyətə başlayır

23-11-2015
Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016
Ədəbiyyat İnstitutunun saytı yenilənib

Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017
AMEA-nın  veb-portalının monitorinqi keçiriləcək

AMEA-nın veb-portalının monitorinqi keçiriləcək

21-09-2016
 Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

30-05-2017
AMEA ilin ən yaxşı veb-saytlarını açıqladı

AMEA ilin ən yaxşı veb-saytlarını açıqladı

10-03-2017
Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016
Kimya jurnalının saytı təqdim edildi

Kimya jurnalının saytı təqdim edildi

29-06-2017
“Elmi problemlər reyestri”  informasiya sistemi yaradılır

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016
AMEA-da yeni informasiya sistemləri yaradılır

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017
Vikipediyada Azərbaycanın ilk veb-saytı olan science.gov.az haqqında məlumat yenilənib

Vikipediyada Azərbaycanın ilk veb-saytı olan science.gov.az haqqında məlumat yenilənib

10-01-2019
AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

06-02-2016
Şamaxı Astrofizika Rəsədxanasının  saytı yenilənib

Şamaxı Astrofizika Rəsədxanasının saytı yenilənib

17-07-2017
Azərbaycanın ilk veb-saytının 20 yaşı oldu

Azərbaycanın ilk veb-saytının 20 yaşı oldu

17-12-2015
Veb-saytların monitorinqi aparılıb

Veb-saytların monitorinqi aparılıb

17-09-2015
Science.gov.az portalı müasir dizaynda oxucuların istifadəsinə verilib

Science.gov.az portalı müasir dizaynda oxucuların istifadəsinə verilib

26-05-2021
Transliterasiya veb-saytının ilkin versiyasının təqdimatı keçirildi

Transliterasiya veb-saytının ilkin versiyasının təqdimatı keçirildi

01-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə