"mygov" platformasında vətəndaşların işlərini rahatlaşdıran yeni xidmət istifadəyə verilib. Artıq "Əmək müqaviləsinin imzalanması" xidməti platformada əlçatandır. Bu inteqrasiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.
Xidmət çərçivəsində işəgötürən tərəfindən göndərilmiş əmək müqavilələri istər yeni işə qəbul zamanı, istərsə də mövcud müqavilələrdə dəyişiklik olduqda vətəndaşlar tərəfindən birbaşa "mygov" platformasında imzalana biləcək.
Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:
1. Portalda "Məşğulluq" kateqoriyasından "Əmək müqaviləsinin imzalanması" xidmətinə daxil olunur.
2. İmzalanmalı müqavilə mövcuddursa, siyahıda göstərilir, əks halda bu barədə mesaj əks olunur.
3. Müqavilə seçilir və təqdim edilən məlumatlarla tanış olunur.
4. "İmzala" düyməsinə klik edilərək müqavilə SİMA İmza vasitəsilə təsdiqlənir.
Bununla yanaşı, əgər vətəndaşın yeni əmək müqaviləsi varsa, bu barədə ona "mygov" üzərindən bildiriş göndərilir və vətəndaş həmin bildirişdən birbaşa keçid edərək müqaviləni imzalaya bilir.
Yeni xidmət əməkdaşların müqavilə imzalama prosesini daha sürətli və rahat şəkildə həyata keçirməsinə şərait yaradacaq.
"mygov" platformasının əsas məqsədi dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq vasitəsilə vətəndaşlara zəruri dövlət xidmətlərini vahid platformadan təqdim etməkdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları