Ailə üzvləri haqqında məlumatları təsdiq edən arayışın əldə edilməsi prosesi artıq daha rahat və sürətli olub. Vətəndaşlar qeydiyyat şöbələrinə müraciət etməklə yanaşı, artıq bu arayışı “mygov” platforması vasitəsilə, tam rəqəmsal formada da əldə edə bilərlər.
Xeberler.az bildirir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.
Məlumata əsasən, “Ailə üzvləri haqqında arayış” xidmətinin “mygov” platformasına inteqrasiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilib. Bu yeni xidmət vətəndaşlara sənədi sürətli formada, vaxt və resurslarına qənaət edərək almağa imkan yaradır.
Xidmətdən istifadə qaydaları aşağıdakı kimidir:
• Vətəndaş “mygov” tətbiqinə daxil olaraq hesabına giriş edir.
• “Xidmətlər” bölməsindən “Ailə üzvləri haqqında arayış” xidmətini seçir və “Yeni müraciət” düyməsinə klik edir.
• Arayışın təqdim olunacağı yer seçilir: ölkə və ya səfirlik
• Vətəndaş siyahıdan müvafiq ölkənin və ya səfirliyin adını seçir.
• Mobil nömrə və elektron poçt ünvanı daxil edilir.
• İstəyə bağlı olaraq qeydini daxil edir.
• Daxil edilmiş məlumatları təsdiqləyir.
• Sorğu Ədliyyə Nazirliyinə yönləndirilir.
• Sorğu tamamlandıqdan sonra, vətəndaş elektron arayışı "Tarixçə" bölməsindən “Sənədə bax” düyməsinə klik edərək əldə edə bilər.
Qeyd edək ki, sözügedən arayışın alınması üçün dövlət rüsumu tələb olunmur.
Ailə üzvləri haqqında arayış mülki-hüquqi məsələlərdə, immiqrasiya prosedurlarında, daimi yaşayış icazəsi və vizalarla bağlı müraciətlərdə tələb olunur. Vətəndaşlar artıq "mygov" platforması vasitəsilə əldə etdikləri elektron arayışı bu xidmətlərdən istifadə edərkən rahatlıqla təqdim edə bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları