Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

23-07-2025 / 15:55

Vətəndaşların tibbi məlumatlara mərkəzləşdirilmiş və rahat çıxışını təmin etmək məqsədilə “mygov” platformasına yeni inteqrasiyalar həyata keçirilib.

Xeberler.az bildirir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb.

Məlumata əsasən, İRİA və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı nəticəsində elektron reseptlər artıq “mygov” platformasında əlçatan olub. İstifadəçilər onlara yazılmış reseptlərlə bağlı məlumatlarla həm veb, həm də mobil tətbiq üzərində tanış ola və yükləyə bilərlər.

Bununla yanaşı, İRİA-nın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə birgə həyata keçirdiyi inteqrasiya çərçivəsində instrumental diaqnostik müayinə nəticələri və tibbi göndərişlər də platformada təqdim olunur. Bu xidmətlər hazır sənəd formasında təqdim edilir. Dövlət tibb müəssisələri tərəfindən verilən instrumental diaqnostik müayinə nəticələrinə (MRT, KT, USM, EKQ, EEQ və s.), eləcə də həm dövlət, həm də özəl tibb müəssisələrinə verilən tibbi göndərişlərə “mygov” platforması üzərindən elektron şəkildə baxmaq və yükləmək mümkündür.

Qeyd edək ki, bütün bu məlumatlara veb versiyada “Tibbməlumatlarım” bölməsi, mobil tətbiqdə isə “Sağlamlıq” kateqoriyası vasitəsilə çıxış mümkündür.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə