“Spotify” “ChatGPT”yə inteqrasiya ediləcək

07-10-2025 / 19:46

“OpenAI” yeni bir inteqrasiya təqdim edib. Bu yenilik digər tətbiqlərin idarəetmə elementlərini birbaşa “ChatGPT”yə qoşmağa imkan verir. Beləliklə, istifadəçilər artıq chatbotdan çıxmadan “Spotify”da pleylist yarada və ya “Zillow” platformasında yerli daşınmaz əmlak elanlarını axtara biləcəklər.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu yenilik müəyyən mənada “Telegram” və “Discord” kimi mesajlaşma platformalarındakı “mini tətbiqlər”ə bənzəyir. Yeni inteqrasiya sayəsində istifadəçilər “ChatGPT” ilə ünsiyyəti davam etdirərək onun tətbiqlərlə necə qarşılıqlı əlaqə qurmasını təyin edə biləcəklər.

“Spotify”, “Canva” və “Zillow” kimi xidmətlər artıq “ChatGPT” üçün daxili tətbiq interfeyslərinin pilot layihədə sınaqdan keçirilməsinə başlayıblar.

Bu ilin sonuna qədər “OpenAI” daha geniş tərtibatçılar qrupuna öz tətbiqlərini təqdim etməyə icazə verəcək. Həmin tətbiqlər “ChatGPT” istifadəçiləri üçün açıq kataloqda yerləşdiriləcək.

Şirkətin tətbiq tərtibatı üzrə təlimatında qeyd olunur ki, tətbiqlər “ardıcıl, faydalı və etibarlı olmalı, “ChatGPT”nin imkanlarını real fayda gətirəcək şəkildə genişləndirməlidir”. Nümunə kimi səyahət bronları, yemək sifarişi, yer mövcudluğunun yoxlanılması və çatdırılmanın izlənməsi kimi xidmətlər göstərilib. Sənəddə, həmçinin vurğulanır ki, tərtibatçılar tətbiqlərdən uzun məzmun yaratmaq, mürəkkəb iş axınları qurmaq, reklam yerləşdirmək və ya “mövzuya aidiyyəti olmayan mesajlar” göndərmək üçün istifadə etməməlidirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə